Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-183/2021 07.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə xx xxxxxxxx 1969-cu il tarixdə keçmiş Dəvəçi rayonu, Gil-Gil Çay qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də təmir üzrə usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(059)-341/2019 saylı icra vərəqəsinə əsasən 1900 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(059)-341/2019 saylı icra sənədi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədi qismən icra edilmiş, bundan sonra, sözügedən sənəd üzrsüz səbəbdən icra edilməmiş, habelə borclu borcunu ödəməkdən yayınmışdır. Belə ki, 23 iyun 2021-ci il tarixdə qalıq aliment borcunu qısa müddət ərzində ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə tələbkara 1900 manat məbləğində borcu yaranmış və bu borcun ödənilməməsi hazırkı vaxtadək davam etmişdir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli icra vərəqəsi üzrə olan 1900 manat məbləğində qalıq aliment borcunu ödəməmişdir. Belə ki, o, 2021-ci ilin avqust ayından "xxxx" MMC-də təmir üzrə usta işləsə də, onunla əmək müqaviləsinin bağlanılmasından xəbəri olmamış, hər ay qazandığı 300-350 manat puldan, o cümlədən 26 iyul 2021-ci il tarixdə 190 manat, 05 və 16 sentyabr tarixlərində hər dəfə 100 manat olmaqla, cəmi 200 manat sonuncu dəfə 03 noyabr 2021-ci il tarixdə isə 200 manat olmaqla, ümumilikdə bu müddət ərzində 590 manat aliment borcundan tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəmişdir. Bundan əlavə, yaranmış 1900 manat məbləğində aliment borcu pandemiya dövründə işləməməsi səbəbindən əmələ gəlmiş, hazırda ona bu ilin dekabr ayının sonuna kimi vaxt verilərsə, aliment borcunu birdəfəlik ödəyəcəkdir. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, həmçinin etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Hacıyev X4 Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli icra vərəqəsi üzrə mövcud olan 1900 manat aliment borcunu ödəməkdən qəsdən yayınmış və həmin icra sənədi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. O, Şəxs yetkinlik yaşına çatmayan uşağına görə dəfələrlə mövcud olan borcunu tam tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə borcunu tam ödəməkdən yayınmaqla uzun müddət olar məhkəmə qərarını icra etmir. Belə ki, borclu ona 30 noyabr 2021-ci il tarixədək bütün borclarını ödəyəcəyinə vəd versə də, buna əməl etməmişdir. Ona görə də Şəxs şikayətçi olmaqla, barəsində inzibati həbslə bağlı tənbeh tədbiri görülməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(059)-341/2019 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. İşdə olan qəbzlərin surətindən görünür ki, 26 iyul 2021-ci il tarixdən 03 noyabr 2021ci il tarixədək borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə sözügedən icra sənədi üzrə cəmi 590 manat aliment ödənişi etmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də təmir üzrə usta işləməklə, aylıq 600 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi, son dövrlər aliment borcundan müəyyən ödənişlər etməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, əməlindən səmimi peşmançılıq çəkməsi, eləcə də son dövrlər aliment borcundan müəyyən ödənişlər etməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, təqsirinin dərəcəsini, yəni ilk dəfə bu qəbildən olan inzibati xəta törətməsini, son dövrlər aliment borcundan müəyyən ödənişlər etməklə, faydalı əməklə məşğul olmasını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd edilən yüngülləşdirən halların mövcud olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-183/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-183/2021
07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver