Məhkəmə qərarları › İş №3(059)-185/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-185/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-185/2021 15.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs, 18 noyabr 2021-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs inzibatçı işlədiyi, habelə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin 2 saylı filialından 1 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 16,04 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, 27 noyabr 2021-ci il tarixdə, günorta saatlarında X4 inzibatçı işlədiyi, habelə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “OBA” marketin 5-ci filialından 2 ədəd 1 kiloqram çəkidə “Super Sun” kərə yağını oğurlamaqla zərər çəkmiş şəxs Rüfət Səmədova ümumilikdə 18 manat məbləğində ziyan vurmuşdur. Həmçinin, o, 26 noyabr 2021-ci il tarixdə, saat 10:30 radələrində, eləcə də 30 noyabr 2021-ci il tarixdə, günorta saatlarında X1 inzibatçı işlədiyi, habelə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin 1 saylı filialından ümumilikdə 2 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını oğurlamaqla zərər çəkmiş şəxs Hikmət Ramazanova cəmi 32,08 manat məbləğində ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən müvafiq olaraq, 14 dekabr 2021-ci il tarixli, MN 1163836, 1163835, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 3(059)-185/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-185/2021 saylı, 3(059)- 186/2021 saylı, 3(059)-187/2021 saylı və 3(059)-188/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-185/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 18 noyabr 2021-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs inzibatçı işlədiyi, habelə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin 2 saylı filialından 1 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 16,04 manat, 27 noyabr 2021-ci il tarixdə, günorta saatlarında X4 inzibatçı işlədiyi, habelə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “OBA” marketin 5-ci filialından 2 ədəd 1 kiloqram çəkidə “Super Sun” kərə yağını oğurlamaqla zərər çəkmiş şəxs Rüfət Səmədova cəmi 18 manat, 26 noyabr 2021-ci il tarixdə, saat 10:30 radələrində, eləcə də 30 noyabr 2021-ci il tarixdə, günorta saatlarında X1 inzibatçı işlədiyi, habelə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-dən ümumilikdə 2 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını oğurlamaqla zərər çəkmiş şəxs Hikmət Ramazanova cəmi 32,08 manat məbləğində ziyan vurduğunu bildirdi. Həmçinin, o, 02 dekabr 2021-ci il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmaqla, kokosdan (heroin) istifadə edir. O, 18 noyabr 2021-ci il tarixdə pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, habelə bunun üçün günorta saatlarında Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin 2 saylı filialını seçmişdir. Belə ki, qeyd olunan marketdə əsasən qızlar işlədiyi üçün oradan oğurluq etməyin asan olduğunu düşünmüş, habelə evdən çıxaraq birbaşa ora getmiş, marketdə 2 nəfər qız işçinin olduğunu və oğlan işçinin isə olmadığını gördükdən sonra marketin yağlar bölməsinə yaxınlaşaraq oradan 1 ədəd 1,745 qram çəkidə, qiyməti isə 16,04 manat olan “Super Sun” kərə yağını oğurlayaraq onu əlində olan gödəkcənin içərisinə qoymuş onu heç kimin görmədiyindən əmin olduqdan sonra marketdən çıxıb getmiş, oğurladığı yağı çöldə tanımadığı bir nəfər şəxsə 13 manata satmışdır. O, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan əlavə, o, pulu qutardığı üçün 26 noyabr 2021-ci il tarixdə Siyəzən şəhərinin giriş hissəsində yerləşən “OBA” marketə gedib, oradan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə saat 10:30 radələrində qeyd olunan marketin yağlar bölməsindən eyni üsulla 1 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını oğurlamış, habelə yağı çöldə tanımadığı bir nəfər şəxsə 13 manata satmışdır. Daha sonra, o, 27 noyabr 2021-ci il tarixdə pulu qurtardığı üçün yenidən oğurluq etmək qərarına gəlmiş, bu dəfə isə niyyətini reallaşdırmaq üçün “OBA” marketin 5-ci filialını seçmiş, habelə günorta saatlarında oradan 2 ədəd 1 kiloqram çəkidə “Super Sun” kərə yağını əvvəlki qaydada əyindəki gödəkcənin içərisinə qoymaqla, marketdən oğurlamış, bu yağları da çöldə tanımadığı şəxslərə hər birini 8 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, o, pulu qurtardığı üçün 30 noyabr 2021-ci il tarixdə, günorta saatlarında yenidən rayonun girişindəki “OBA” marketə gedib, yağlar bölməsindən 1 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını götürməklə, aparmaq istədikdə, marketin işçisi onun oğurluq etdiyini görmüş, habelə onu tutub saxlayaraq bu barədə Siyəzən RPŞ-yə məlumat vermiş, o cümlədən hadisə yerinə gələn polis əməkdaşları onu RPŞ-yə aparmış, lakin, oğurladığı sonuncu yağ zərərçəkmiş şəxsə qaytarılmamışdır. Zərərçəkmiş şəxslərə vurduğu cəmi 66,12 manat zərəri ödəməmiş, habelə zərərçəkmiş şəxslərlə barışmamışdır. Bununla belə, o, əməlindən səmimi peşmançılıq çəkdiyinə görə ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin 2 saylı filialında inzibatçı vəzifəsində işləyir. 18 noyabr 2021-ci il tarixdə işdə olarkən bir nəfər tanıdığı şəxs ona yaxınlaşaraq marketə daxil olan şəxslərə qarşı diqqətli olmasını bildirmiş, o, isə həmin şəxsdən nə üçün belə dediyini soruşduqda, sonuncu ona marketdən oğurluq edilməsindən ehtiyatlı olmağını tapşırmışdır. Bundan sonra, o, marketə daxil olan şəxslərə diqqət etməyə başlamış, o cümlədən marketin daxilində quraşdırılmış kameralara baxmağı qərara almışdır. Baxış zamanı o, adını sonradan öyrəndiyi Şəxs marketin yağlar bölməsindən 1 ədəd 1,745 qramlıq, qiyməti 16,04 manat olan Super Sun kərə yağını oğurladığını görmüşdür. O, Şəxs marketin daxilində yenidən görsə də, arxası ilə çıxarkən sonuncu onu gördüyündən şübhələndiyi üçün qaçaraq oradan uzaqlaşmışdır. O, bu barədə heç kimə məlumat verməmiş və Elnuru növbəti oğurluq edən zaman özü tutmaq istəsə də, sonuncu bir daha ora gəlməmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 16,04 manat maddi ziyan dəymiş, lakin ödənilməmişdir. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyanın əvəzi ödənilmədiyindən ondan şikayətçidir və barəsində ciddi inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, o, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin 1 saylı filialında inzibatçı vəzifəsində işləyir. 30 noyabr 2021-ci il tarixdə marketdə içəridə quraşdırılmış kameralara baxarkən adını sonradan öyrəndiyi Şəxs üst geyimini əlində tutmuş vəziyyətdə içəri daxil olduğunu görmüş, əvvəllər də rəhbərlik etdiyi marketdən oğurluq hadisəsi olduğu üçün Elnurun elə vəziyyətdə marketə girməsindən şübhələnmiş, habelə sonuncunun oğurluq etmək istədiyini düşünmüşdür. Bu səbəbdən də o, Şəxs görüntü kameraları vasitəsi ilə izləməyə başlamış, sonuncu marketin içərisində bir qədər gəzdikdən sonra yağlar bölməsinə yaxınlaşaraq oradan bir ədəd 1,745 qramlıq, qiyməti 16,04 manat olan Super Sun kərə yağını götürərək əlindəki gödəkcənin içərisinə qoymuş, həmçinin pulu ödəmədən marketdən çıxmaq istəyərkən onu saxlamışdır. Bundan dərhal sonra o, ərazidə xidmət aparan tanış polis əməkdaşlarına zəng edərək Şəxs onlara təhvil vermiş, lakin oğurlanmış kərə yağı ona qaytarılmamışdır. Daha sonra, o, Şəxs əvvəllər də maketdən oğurluq etməsindən şübhələndiyi üçün içəridəki görüntü kameralarının yaddaşını geriyə çevirərək görüntülərə baxmağa başlamış, bu zaman 26 noyabr 2021-ci il tarixdə Elnurun marketə daxil olaraq yağlar bölməsindən bir ədəd 1,745 qramlıq, qiyməti 16,04 manat olan Super Sun kərə yağını oğurladığını müəyyən etmiş, habelə bu görüntüləri polis əməkdaşlarına təqdim etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 32,08 manat maddi ziyan dəymiş, lakin ödənilməmişdir. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyanın əvəzi ödənilmədiyindən ondan şikayətçidir və barəsində ciddi inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. Zərərçəkmiş şəxs X7 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxs Rüfət Səmədovun iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 02 dekabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs, 18 noyabr 2021-ci il tarixdə, günorta saatlarında Zərərçəkmiş şəxs inzibatçı işlədiyi, habelə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin 2 saylı filialından 1 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 16,04 manat, 27 noyabr 2021-ci il tarixdə, günorta saatlarında X4 inzibatçı işlədiyi, habelə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “OBA” marketin 5-ci filialından 2 ədəd 1 kiloqram çəkidə “Super Sun” kərə yağını oğurlamaqla zərər çəkmiş şəxs Rüfət Səmədova ümumilikdə 18 manat, 26 noyabr 2021-ci il tarixdə, saat 10:30 radələrində, eləcə də 30 noyabr 2021-ci il tarixdə, günorta saatlarında X1 inzibatçı işlədiyi, habelə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-dən hər dəfə 1 ədəd olmaqla, ümumilikdə 2 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını oğurlamaqla zərər çəkmiş şəxs Hikmət Ramazanova cəmi 32,08 manat məbləğində ziyan vurmuşdur. İşdə olan 15 dekabr 2021-ci il tarixdə X6 və Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizələrdən görünür ki, onlar dəymiş zərərləri ödənilmədiyindən Şəxs şikayətçidirlər və sonuncu barəsində ciddi inzibati tənbeh tədbirinin görülməsini xahiş edirlər. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin sonuncu 13 oktyabr 2021-ci il tarixli, 3(059)-162/2021 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən bir il ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, mülkiyyət, eləcə də idarəçilik qaydaları əleyhinə inzibati xətalar törətməsinə görə müvafiq olaraq inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək niyyətinin olmamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yüngülləşdirici halı, o cümlədən dəymiş zərərin ödənilməməsini nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 14 dekabr 2021-ci il tarixdə, saat 16:30 radələrindən faktiki saxlanılması və elə həmin vaxt inzibati qaydada tutulması, bundan sonra azad edilməyərək məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 42 (qırx iki) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 14 dekabr 2021-ci il tarixdən saat 16.30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs, eləcə də X7 Şəxs inzibati xətanı törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar