Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-185/2022 03.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu Bakı şəhər BPİ DYPİ-nin əməkdaşının İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolunun etibarsız hesab edilməsi barədə X2 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYPİ-nin əməkdaşının İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolunun etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin, iş materiallarını araşdırıb belə qənaətə gəlirəm ki, Bakı şəhər BPİ DYPİ-nin əməkdaşının İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan X3 tərəfindən verilmiş şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallardan görünür ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisi olmaqla, yanaşı şikayətçi Anar Nəzərov da ərizə ilə məhkəməyə müraciət edib, inzibati xəta haqqında materialın baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 132.1-ci maddəsinə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsini həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, iş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xətanın törədildiyi yer Siyəzən rayonunun inzibati ərazisi olmadığına, habelə şikayətçinin inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsində baxılmasına dair vəsatəti məhkəməyə daxil olmadığına bununla da, inzibati xəta haqqında protokoldan verilmiş şikayətə bu məhkəmədə baxılmasına əsaslar yaranmadığına görə X1 tərəfindən Bakı şəhər BPİ DYPİnin əməkdaşının İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3,129.1.3, və 132.2-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 tərəfindən Bakı şəhər BPİ DYPİ-nin əməkdaşının İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan verilmiş şikayət iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-185/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-185/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver