Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-186/2025 06.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızı, Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, müəyyən etdi: Siyəzən Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(059)-62/2023 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməli olduğu 11975,55 manat ümumi borcdan 500 manatını ödəyərək qalan hissəsini ödəməkdən yayındığı üçün barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 06 mart 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında tərtib edilmiş protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilmədiyindən, həmçinin sözügedən protokol tərtib edilərkən inzibati xətalar haqqında qanunvericiliyin inzibati məsuliyyət müəyyən edən müvafiq norması düzgün tətbiq edilmədiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Siyəzən rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 109-cu maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Sözügedən Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi, Məcəllənin 528.1-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə törədilməsi inzibati məsuliyyətə səbəb olan əməllərdir. Göründüyü kimi inzibati xətalar haqqında qanunvericilik qeyd edilən inzibati xəta hadisələrinin baş verməsini və bunların əsasında inzibati məsuliyyətlərin yaranma əsaslarını dəqiq müəyyən etmişdir. Belə ki, qeyd edilən maddənin sözügedən hissələrinin dispozisiyaları mahiyyət etibarilə bir-birindən ciddi şəkildə fərqlənməklə, İXM-nin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsini və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsini, İXM-nin 528.1-1-ci maddəsi isə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə törədilməsini ehtiva edir. Hazırki işin araşdırılan hallarından müəyyən edilir ki, Əsgərov X2 Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(059)-62/2023 saylı icra sənədi üzrə (28 mart 2023-cü il tarixli icraata başlamaq haqqında qərar) tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməli olduğu 11975,55 manat ümumi borcdan 500 manatını ödəsə də, qalıq 11475,55 manat borcu Zərərçəkmiş şəxs ödəməkdən yayındığından Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmiş, məhkəmənin 13 fevral 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 750 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmiş, sözügedən qərar 12 mart 2024-cü il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmiş, qərarın qanuni qüvvəsini aldığı 12 mart 2024-cü il tarixdən 1 il müddətin keçməməsinə baxmayaraq 06 mart 2025-ci il tarixdə icra məmuru Siyəzən Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(059)-62/2023 saylı icra sənədi üzrə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edib baxılması üçün bu məhkəməyə təqdim etmişdir. Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru Tural Fərhadlı, Şəxs tərəfindən yəni, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə törədilməsi əsaslarına diqqət yetirməli, həmçinin sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət etməli idi. Çünki, hər bir inzibati xəta əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi inzibati xətanın əlamətlərini əks etdirən əməllərin inzibati xəta olubolmamasını, inzibati xəta törətməkdə ittiham edilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin əmələ görə sözügedən şəxsə ədalətli tənbeh təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da inzibati xəta əməli törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, tənbehin düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində inzibati xətalar haqqında qanunvericiliyin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş 06 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Siyəzən rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-186/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-186/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver