Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-187/2022 04.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X3 iştirakları ilə 12 avqust 2003-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.6 və 332.4-cü maddələri ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis şöbəsinin X11 Bölməsindən daxil olmuş 21 oktyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 15 oktyabr 2022-ci il tarixdə, saat 08:50 radələrində, Siyəzən rayonu, Böyük Həmyə kəndində idarəsində olan “Vaz 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşınla 10 kV-luq dəmir-beton dayağa çırpılaraq, həmin dayağı yararsız vəziyyətə salıb, zərərçəkmiş şəxs "xxxx" ASC-yə 100 manat məbləğində maddi zərər vurmaqla, yanaşı yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi X8 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Azərişıq ASC-nin Şimal RETSİ Siyəzən EŞ-nin 18 oktyabr 2022-ci il tarixli məktubuna əsasən aparılmış araşdırma zamanı Şəxs 15 oktyabr 2022-ci il tarixdə, 09- 10:00 radələrində idarə etdiyi göy rəngli, “Vaz 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşınla atası Nəsir Nəsirovun ev ustası kimi işlədiyi evdən sonuncuya dərman gətirmək üçün yaşadıqları Siyəzən rayonunun Böyük Həmyə kəndindəki evə gedərkən qəfildən qarşısına iri buynuzlu mal-qara çıxması nəticəsində idarəetməni itirərək 10 kV-luq dəmir-beton dayağa çırpılması müəyyən olmuşdur. Bundan sonra, sonuncu hadisə yerindən yayınmış, habelə hadisə barədə Siyəzən rayon Polis Şöbəsinin DYPB-yə məlumat verməli olsa da, bu barədə RPŞ-yə heç bir məlumat verməmişdir. Bundan sonra, sözügedən avtomobil Şəxs yaşadığı evin həyətində aşkar edilmiş, bu zaman sonuncunun avtomobili nəqliyyat vasitəsini idarə etmək və sürücülük hüququ olmadan idarə etdiyi məlum olmuşdur. Eyni zamanda, sözügedən avtomaşın X1 mülkiyyətində olsa da, etibarnamə ilə Şahların atası X6 idarəçiliyindədir. Həmçinin, hadisə nəticəsində 10 kV-luq dəmir-beton dayağa vurulmuş 100 manat məbləğində zərər Şəxs tərəfindən aradan qaldırılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.6 və 332.4-cü maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 18 oktyabr 2022-ci il tarixdə, 09-10:00 radələrində atası İİ qrup Qarabağ əlili olan Nəsir Nəsirovun ev ustası kimi işlədiyi evdən sonuncuya dərman gətirmək üçün “Vaz 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadıqları Siyəzən rayonunun Böyük Həmyə kəndindəki evə gedərkən, qəfildən qarşısına iribuynuzlu mal-qara çıxdığına görə idarəetməni itirmiş, nəticədə idarə etdiyi avtomaşının sol ön qanadı 10 kV-luq dəmir-beton dayağa çırpılmışdır. Bundan sonra, onun idarə etdiyi “Vaz 2106” markalı avtomaşını qohumu başqa avtomaşının yedəyinə almaqla, yaşadıqları evə aparmışdır. Hadisə vaxtı özünü itirdiyindən Siyəzən rayon Polis Şöbəsinin DYPB-yə məlumat verməmişdir. Bundan əlavə, atası Nəsir Nəsirovun etibarnaməli idarəçiyində olan avtomobili təmir edilməsi üçün ustaya apararkən arayış lazım olacağı halda, Siyəzən RPŞ-yə məlumat verməyi düşünmüşdür. Eyni zamanda, baş vermiş hadisədən bir həftə sonra zərər vurduğu 10 kV-luq dəmir-beton dayağı 100 manat xərc çəkməklə, təmir etdirməklə, zərərçəkmiş "xxxx" ASC-yə dəymiş zərəri aradan qaldırmşdır. Zərərçəkmiş şəxs "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də etibarnamənin surətlərindən görünür ki, X2 məxsus “Vaz 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil 15 avqust 2022-ci il tarixdən 15 avqust 2023-cü il tarixədək X6 etibarnaməli idarəçiliyindədir. İş materiallarında olan "xxxx" ASC-nin Şimal RETSİ Siyəzən EŞ-nin Siyəzən RPŞ-yə ünvanlandığı 17 oktyabr 2022-ci il tarixli, 223 nömrəli məktubun surətindən görünür ki, Böyük Həmyə kəndini və Siyəzən Su təmizləmə qurğularını elektrik enerjisi ilə təmin edən 1 saylı Böyük Həmyə hava veriliş xəttinin 1 ədəd 10 kv-luq dəmir beton dayağı naməlum avtomobil tərəfindən vurularaq yararsız hala salınmış, habelə dəmir-beton dayağı yararsız hala salan avtomobilin tapılmasında köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Şimal RETSİ Siyəzən EŞ-nin 28 oktyabr 2022ci il tarixli, 238 nömrəli məktubundan görünür ki, Siyəzən rayonu, Böyük Həmyə kəndi ərazisində yararsız hala salınmış 1 ədəd 10 kV-luq dəmir-beton dayağa vurulmuş ziyan, dayağı vuran vətəndaş tərəfindən bərpa olunmuşdur. X5 heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363- 2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602- 1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 327.6-cı maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı zərərçəkmiş şəxs "xxxx" ASC-nin şikayətinin olmaması, habelə zərərçəkmiş ASC-yə dəymiş zərərin ödənilməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını nəzərə alaraq hesab edirəm ki, Şəxs İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib ona 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Siyəzən RPŞ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-187/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-187/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver