Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-189/2021 24.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxsın, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə 27 avqust 1994-cü il tarixdə Xızı rayonu, Fındığan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232- 1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 29 noyabr 2021ci il tarixdə, saat 18:00 radələrində Zərərçəkmiş şəxsın Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evinə dincəlmək niyyəti ilə pəncərəni qırma yolu ilə daxil olaraq, evin pəncərəsinin şüşələrini, oradakı hamam güzgüsünü və qapı tutacağını yararsız hala salmaqla, Zərərçəkmiş şəxs 98,65 manat miqdarında ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən 15 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 29 noyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində Zərərçəkmiş şəxsın Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evinə dincəlmək niyyəti ilə pəncərəni qırma yolu ilə daxil olaraq, evin pəncərəsinin şüşələrini, oradakı hamam güzgüsünü və qapı tutacağını yararsız hala salmaqla, Zərərçəkmiş şəxs 98,65 manat miqdarında ziyan vurduğunu bildirdi. Eyni zamanda, 08 dekabr 2021-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 29 noyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində evdən çıxıb kənd ərazisində gəzməyə başlamış, hava soyuq olduğundan Zərərçəkmiş şəxsa məxsus evə daxil olaraq, orada bir qədər isinmək qərarına gəlmiş, evin qarşısından keçərkən qapıda qıfılı görüb evdə adam olmadığını bilmiş, habelə evin həyətyanı sahəsini əhatəyə alan setkanın üzərindən həyətə tullanmış, evin giriş qapısına yaxınlaşdıqda isə giriş qapısının bağlı olduğunu görmüşdür. Bundan sonra, evin ətrafına fırlanmış və həyətə düşən pəncərəsini əli ilə itələsə də, pəncərə açılmamış, bu zaman içəridən nəyinsə yerə düşüb qırılma səsini eşitmişdir. Daha sonra, o, yenidən evin giriş qapısına yaxınlaşmış və qapının yanındakı pəncərənin şüşəsini əli ilə çıxarıb yerə qoymuş, habelə sındırmışdır. O, həmin şüşəni çıxardığı pəncərədən evə daxil olmuş və otağın qapısının tutacağını dartaraq, onu bilərəkdən qırmışdır. Bundan sonra, o, qapının cəftəsinin tutacağını qırıb yerə atmışdır. O, otağa baxanda pəncərədə olan güzgünün çöldən həmin pəncərəni əli ilə vurarkən yerə düşüb qırıldığını görmüşdür. Bundan əlavə, o, yataq otağına keçib orada uzanmaq istəsə də, üstünü örtməyə yorğan tapa bilməmişdir. O, bir qədər orda uzandıqdan sonra, gəldiyi kimi çıxıb evinə qayıtmış, evdən heç nə götürməmiş, habelə evə daxil olmaqda məqsədi oğurluq etmək olmamışdır. Eyni zamanda, onun Zərərçəkmiş şəxs və sonuncunun ailə üzvləri ilə heç bir düşmənçiliyi və ədavəti olmamaqla, yanaşı sözügedən evə əvvəllər daxil olmamışdır. O, zərərçəkmiş şəxsə cəmi 98,65 manat ziyan vurduğunu etiraf edir, habelə hazırda maddi imkanı olmadığından gələcəkdə bu zərəri qarşılayacağına vəd verir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxsı izahatında göstərdi ki, o, 21 noyabr 2021-ci il tarixdə günorta saatlarında evdən çıxıb Qusar rayonunda qızı Qərənfilin yaşadığı evə qonaq getmiş, habelə Siyəzən rayonu, Böyük Həmyə kəndindəki yaşadığı ünvandan çıxarkən evin qapılarını və pəncərələrini bağlayıb getmiş, 02 dekabr 2021-ci il tarixdə, saat 12:30 radələrində isə evinə qayıtmış, həmçinin evin qapısını açarkən yerdə şüşə qırıntılarını görmüş, pəncərəyə nəzər yetirdikdə isə şüşənin sındırıldığını müşahidə etmişdir. Bundan sonra, o, evə daxil olub, içəriyə baxıb, dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə yerinə gəlmiş Siyəzən RPŞ-nin əməkdaşları ilə baxış keçirdərkən evində hər hansı bir oğurluq hadisəsinin olmadığı müəyyən edilmiş, həmçinin baxış zamanı evinin üç şüşəsinin, evin otaq qapısının tutacağının və pəncərədə qoyduğu hamam güzgüsünün sındırılmasını aşkar etmişdir. Beləliklə, baş vermiş hadisə nəticəsində ona cəmi 98,65 manat ziyan dəymiş, habelə zərəri hazırkı vaxtadək ödənilməmişdir. Hazırda, o, Şəxs şikayətçi olmaqla, sonuncunun barəsində ciddi inzibati tənbeh tədbiri görülməsini istəyir. İşdə olan 08 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İşdə olan fiziki şəxs X2 tərəfindən 16 dekabr 2021-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə sənədindən görünür ki, 1 ədəd 31x32 sm, 1 ədəd 31x63 sm, 1 ədəd 97x41 sm ölçülü şüşələrin, 1 ədəd 70x45 sm ölçülü güzgünün və 1 ədəd qapı dəstəyinin qiyməti cəmi 98,65 manat təşkil edir. İşdə olan zərərçəkmiş şəxs tərəfindən 24 dekabr 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 29 noyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində Zərərçəkmiş şəxsın Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evinə dincəlmək niyyəti ilə pəncərəni qırma yolu ilə daxil olaraq, evin pəncərəsinin şüşələrini, oradakı hamam güzgüsünü və qapı tutacağını yararsız hala salmaqla, Zərərçəkmiş şəxs 98,65 manat miqdarında ziyan vurmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət yaranır. Odur ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin zərərin ödənilməməsini nəzərə alaraq, Şəxs İXM-nin 232-1ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli məbləğində, yəni 197 (bir yüz doxsan yeddi) manat inzibati cərimə tətbiq edilsin. Zərərçəkmiş şəxsa, Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-189/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-189/2021
24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver