Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-189/2022 23.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İnzibati xəta haqqında protokolu tərtib edən orqan, Dövlət Statistika Komitəsi Siyəzən Rayon Statistika İdarəsinin rəisi X1 iştirakı ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 40 olan "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 389cu maddəsi ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Siyəzən Rayon Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, "xxxx" MMC 2022-ci ilin 3-cü rübü üzrə 1-xarici borc, 2xarici borc və 1-invest №-li formalar üzrə (rüblük) rəsmi statistika hesabatları 20 oktyabr 2022-ci il tarixədək təqdim etməli olduğu halda müəyyən olunmuş vaxtda təqdim etməmişdir. Qeyd edilənlərlə bağlı, Azərbaycan Dövlət Statistika Komitəsi Siyəzən Rayon Statistika İdarəsi tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 21 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqan, Dövlət Statistika Komitəsi Siyəzən Rayon Statistika İdarəsinin rəisi X2 izahatında göstərdi ki, Siyəzən rayonu, Zarat kəndində yerləşən "xxxx" MMC tərəfindən 1-xarici borc, 2-xarici borc və 1-invest №-li formalar üzrə (rüblük) rəsmi statistika hesabatlar 20 oktyabr 2022-ci il tarixədək Siyəzən Rayon Statistika İdarəsinə təqdim edilməli olduğu halda təqdim edilməmiş, bununla bağlı tərəflərindən MMC-yə 18 oktyabr 2022-ci il tarixdə hansı hesabatların təqdim olunmalı olduğu barədə xəbərdarlıq məktubu göndərilmiş, habelə komitənin səlahiyyətli əməkdaşı MMC-nin rəhbərliyi ilə mobil telefon vasitəsi əlaqə saxlayaraq, hesabatın təqdim edilməsinin təmin edilməsi barədə müvafiq göstəriş verilməsini istəmiş, hətta sözügedən hesabatın MMC tərəfindən 21 oktyabr 2022-ci il tarixədək təqdim olunması gözlənilmişdir. Lakin, müsbət nəticə əldə olunmadığından tərəflərindən "xxxx" MMC barəsində 21 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və eyni tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad tərtib olunmuş, habelə sözügedən protokol 21 oktyabr 2022-ci il tarixdə "xxxx" MMC-yə göndərilmişdir. Eyni zamanda qeyd edir ki, xəbərdarlıq məktubu və sözügedən protokol rəsmi qaydada "xxxx" MMC-yə göndərilmişdir. Odur ki, "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, "xxxx" MMC -nin Siyəzən rayonunun Zarat kəndindəki yerləşdiyi ünvana Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Siyəzən Rayon Statistika İdarəsi tərəfindən göndərilmiş bildirişlərdə yuxarıda sadalanan hesabatların elektron formada Komitənin (stat.gov.az) saytında e-hesabatlar bölməsində, yerli statistika orqanlarına gəlmədən real vaxt rejimində, sərbəst şəkildə təqdim edilməsi MMC-dən tələb edilmiş, həmin bildirişlər lazımi qaydada MMC-yə göndərilmiş, bununla da, Siyəzən Rayon Statistika İdarəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Çünki, "xxxx" MMC 2022-ci ilin 3-cü rübü üzrə 1-xarici borc, 2-xarici borc və 1-invest №-li formalar üzrə (rüblük) rəsmi statistika hesabatları 20 oktyabr 2022-ci il tarixədək təqdim etməli olduğu halda müəyyən olunmuş vaxtda təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi, yaxud hesabatların təhrif edilməsi inzibati xətaya səbəb olan əməldir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 14 yanvar 2016-cı il tarixli, 1/08 saylı qərarı ilə təsdiq edilmiş “Xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında” 1-invest №-li (rüblük), “Xarici borc haqqında” 1-xarici borc №-li (rüblük), “Xarici borcun yaranması və ona xidmət edilməsi haqqında” 2-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı formalarında göstərilmişdir ki, “Xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında” 1-invest №-li (rüblük) hesabat üzrə məlumatlar ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələr, onların filial və nümayəndəlikləri, habelə xarici investisiyalar cəlb edən və xarici ölkələrə investisiya yönəldən, qeyri-rezidentlərin xidmətlərindən istifadə edən və onlara xidmət göstərən bütün müəssisə və təşkilatlar tərəfindən hesabat dövründən sonra 20 gün ərzində, “Xarici borc haqqında” 1-xarici borc №-li (rüblük) və “Xarici borcun yaranması və ona xidmət edilməsi haqqında” 2-xarici borc №-li (rüblük) hesabatlar təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq qeyrirezidentlər qarşısında borc öhdəliyi yaranmış bütün müəssisə və təşkilatlar tərəfindən hesabat rübündən sonrakı ayın 20-dək Dövlət Statistika Komitəsinə www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilir. Odur ki, "xxxx" MMC İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, "xxxx" MMC -yə İXM-nin 389-cu maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda, "xxxx" MMC-nin direktoru Yaşar Qasımov 16 noyabr 2022-ci il tarixdə məhkəməyə vəsatət göndərərək, başlanmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etməklə, vəsatətini 2022-ci il ərzində hər hansı Statistika İdarəsi tərəfindən "xxxx" MMC-nin ünvanına statistik məlumatların verilməsi barədə müraciətin, habelə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə inzibati icraatın başlanmasına dair protokolun daxil olmaması, MMC-nin ünvanına Siyəzən Rayon Statistika İdarəsi tərəfindən yalnız 29 oktyabr 2021-ci il tarixli, 111 nömrəli məktubun daxil olması ilə əsaslandırsa da, işdə olan "xxxx" MMC-nin Siyəzən poçt filialının 17 noyabr 2022-ci il tarixli, 10 nömrəli arayışından da göründüyü kimi bu protokol 29 oktyabr 2022-ci il tarixdə Yaşar Qasımova çatdırılmışdır ki, bu da "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraatdan xəbərdar olmaqla, vəsatətin əsassız olmasına dəlalət edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, cəmiyyətə 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-189/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-189/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver