Məhkəmə qərarları › İş №3(059)-19/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-19/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-19/2022 08.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxsın, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə 05 avqust 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 01 dekabr 2021ci il tarixdə, saat 16:30 radələrində yaşadıqları Siyəzən rayonunun Yenikənd kəndindəki evdə xalası Zərərçəkmiş şəxsı döymüşdür. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 oğlu tərəfindən 07 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 01 dekabr 2021-ci il tarixdə, saat 16:30 radələrində yaşadıqları Siyəzən rayonunun Yenikənd kəndindəki evdə xalası Zərərçəkmiş şəxsı döydüyünü bildirdi. Eyni zamanda, 20 dekabr 2021-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxsı xalasıdır və sonuncu ilə əvvəllər aralarında heç bir narazıçılıq olmamışdır. Siyəzən rayonu, Yenikənd kəndində yaşadığı, habelə mərhum babası Mirzəli Mirzəliyevdən onlara miras qalmış 50 kv.m sahəsi olan ev vardır və xalası Zərərçəkmiş şəxs həmin evə və evdə olan avadanlıqlara sahib çıxmaq istəyir. Belə ki, 01 dekabr 2021-ci il tarixdə saat 16:00 radələrində yaşadığı evdə dostu İsmayıl Xəlilov ilə birlikdə olduğu zaman, xalası Zərərçəkmiş şəxs hazırda kirayədə yaşadığı Bakı şəhərindən onun yaşadığı evə gəlmiş və ondan mərhum anası Umusələmədən miras qalan xalçaların yerin soruşmuşdur. Həmin vaxt o, 2 ədəd xalçanı evdə gizlətsə də, xalasına xalçalardan birini otağına sərdiyini və 2 ədədini isə satdığını bildirmişdir. Bundan sonra, xalası onunla mübahisə edərək, yatdığı otağın qapısını açmasını tələb etdiyində, o, əli ilə xalasını sinəsindən itələmiş, habelə həmin vaxt əsəblərini cilovlaya bilmədiyindən xalasının sol gözünün alt nahiyəsinə yumruqla zərbə vurmuşdur. Baş vermiş hadisədən sonra, o otağının qapısını bağlayaraq yaşadığı evdən çıxıb getmiş və bundan təxminən 3 saat sonra yaşadığı evə qayıtdıq da, xalasının onun otağının qapısının kilitini sındırdığını görmüşdür. Hal-hazırda əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxsı izahatında göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonunda işləyib, müvəqqəti olaraq orada yaşasa da, Siyəzən rayonu, Yenikənd kəndində evi vardır və mərhum bacısı Umusələmənin oğlu Şəxs həmin evdə yaşayır. 01 dekabr 2021-ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhərindən gəlib, həmin evə daxil olarkən bacısı oğlu Pərvizə həmin evdə olan xalça və plastik pəncərəni satdığına görə iradını bildirdik də, sonuncu ona qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra, o Pərvizdən borc kimi verdiyi 400 manat məbləğində pulunu istədikdə, sonuncu onun üzərinə hücum çəkərək, əlləri ilə boğazından tutaraq sıxmış və sonra, bir neçə yumruq zərbəsi ilə sol gözünün alt nahiyəsindən vurmaqla ona xəsarət yetirmişdir. Baş vermiş hadisədən sonra, Pərviz evdən çıxıb getmişdir. Daha sonra, o, Bakı şəhərində yaşayan oğlu Rəvan hadisə barədə məlumat vermiş və sonuncu da, öz növbəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Halhazırda bacısı oğlu Pərvizlə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Rəşad Təhməzov tərəfindən qəbul edilmiş 20 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 11 dekabr 2021-ci il tarixli, 18 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxsın bədən səthində aşkar edilmiş xəsarətlər-sol alt göz qapağının və sol gözaltı nahiyənin qançırları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01 dekabr 2021-ci il tarixdə insan bədənin hissəsinin (əl, əl barmaqları və sair) təsirdən əmələ gəlmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqlarına görə dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxsı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Şəxs qarşı heç bir şikayəti yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxsı ilə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlini səmimi şəkildə etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərər çəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 157-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar