Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-190/2022 10.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 09 noyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Siyəzən şəhərinin T. İsmayılov küçəsində ünvansız nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən 10 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 09 noyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Siyəzən şəhərinin T. İsmayılov küçəsində xidmətdə olan Siyəzən RPŞ-nin PPXT-nin əməkdaşları Qeybulla Nəcəfov və Taleh İsmayılov sərxoş halda, aqressiv formada ünvansız nalayiq sözlər işlətdiyinə görə Şəxs yaxınlaşıb özlərini təqdim etmiş, həmin vaxt Şəxs sərxoş olduğundan sonuncunu şəxsiyyətini dəqiqləşdirmək, eləcə də, ictimai yerdə nalayiq ifadələr işlətdiyi üçün RPŞ-yə dəvət etmişlər. Bu zaman, Şəxs etiraz etməyərək polis əməkdaşları ilə birlikdə RPŞ-yə getmiş, orada, Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən Şəxs spirtli içkinin təsiri altında olması yoxlanılmış, habelə sonuncunun saxlanıldığı saatdan 40 dəqiqə əvvələ kimi durmadan alkoqollu içki qəbul etməsi məlum olmuşdur. Bundan sonra, Şəxs barəsində 09 noyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokol tərtib edilmiş, həmçinin şöbənin saxlama otağında bir gündən artıq müddətdə nəzarətə alınmışıdır. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 09 noyabr 2022-ci il tarixdə, gecə yarısından səhər saat 11:00 radələrinədək 7 ədəd “Jaguar” adlı tərkibində alkoqol olan enerji içkisi qəbul etmişdir. Sözügedən içkinin 3 ədədini yaşadığı evdə qəbul etsə də, qalanını gecə saatlarında içkiləri aldığı mağazaların qarşısında içmişdir. Daha sonra, həmin içkini qəbul edə-edə Siyəzən şəhərinin T. İsmayılov küçəsində fəaliyyət göstərən avtoyuma məntəqəsinin qarşısına gələrək, sərxoş halda ünvansız nalayiq ifadələr işlətsə də, bunu hansı səbəbdən etdiyini xatırlamır. Bundan sonra, Siyəzən RPŞ PPXT-nin əməkdaşları Qeybulla Nəcəfov və Taleh İsmayılov ona yaxınlaşmış, sonuncuların dəvəti ilə onlarla birlikdə RPŞ-yə getmişdir. Eyni zamanda, saxlanılarkən üzərində meyvə doğramaq məqsədilə mətbəx bıçağı olmuşdur. Bundan başqa, aparıldığı RPŞ-nin saxlama otağında həmin gün axşam saat 18:00 radələrinədək yatmışdır. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri X3 izahatında göstərdi ki, 09 noyabr 2022-ci il tarixdə, saat 11:10 radələrində Taleh İsmayılovla birlikdə Siyəzən şəhərinin T. İsmayılov küçəsində xidmətdə olarkən Şəxs həmin küçədə 51 saylı binanın yaxınlığında sərxoş halda, aqressiv formada ünvansız nalayiq sözlər işlətdiyi üçün sonuncuya yaxınlaşmış, özlərini təqdim edərək, nizam intizama dəvət etdikdən sonra, onların dəvəti ilə həmin şəxs müqavimət göstərmədən onlarla birlikdə RPŞ-yə gəlmişdir. Bu zaman, sonuncudan sərxoş halda olma səbəbi soruşulduqda Şəxs 7-8 ədəd “Go” adlı alkoqollu içki qəbul etdiyini etiraf etmişdir. Eyni zamnda, gətirildiyi şöbənin növbətçi hissəsində keçirilmiş şəxsi axtarış zamanı Şəxs əynindəki şalvarın sağ arxa cibində mətbəx bıçağı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri X2 izahatında göstərdi ki, 09 noyabr 2022-ci il tarixdə, saat 11:10 radələrində Qeybulla Nəcəfov ilə birlikdə Siyəzən şəhəri, T. İsmayılov küçəsində xidmətdə olarkən bir nəfər şəxsin həmin küçədə sərxoş halda, aqressiv formada ünvansız nalayiq sözlər işlətdiyi üçün sonuncuya yaxınlaşmış, özlərini təqdim edərək, nizam intizama dəvət etmişlər. Həmin vaxt, sonuncunun əynindəki şalvarın sağ arxa cibində mətbəx bıçağı aşkar edilmişdir. Bundan sonra, həmin şəxsə hansı inzibati xəta törətməsi barədə məlumat vermiş, habelə onların dəvətinə müqavimət göstərmədən könüllü surətdə, piyada RPŞ-yə gətirilərək, şöbənin növbətçi hissəsinə təhvil verilmişdir. Burada şəxsiyyəti müəyyən edildikdən sonra, həmin şəxsin Şəxs olması məlum olmuşdur. İşdə olan Siyəzən RPŞ-nin PPXT əməkdaşlarının 09 noyabr 2022-ci il tarixli raportunun surətindən, eləcə də digər mötəbər sənədlərdən görünür ki, Şəxs 09 noyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Siyəzən şəhərinin T. İsmayılov küçəsində ünvansız nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. İşdə olan 01900 nömrəli protokollaşdırmadan görünür ki, Şəxs alkoqol sərxoşluğu olmuşdur. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Şəxs himayəsində 15 dekabr 2008-ci il təvəllüdlü Hafiz və 07 dekabr 2010-cu il təvəllüdlü Hakim adında iki yetkinlik yaşına çatmayan uşağı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran halın olmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də ictimai qaydanı pozaraq, ictimai yerdə ünvansız nalayiq ifadələr işlətməsi, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin sonq 1 il ərzində başqa inzibati xətalar törətməsinə görə müvafiq olaraq inzibati tənbehlər edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək niyyətinin olmamasını, əmlak vəziyyətini, həmçinin yüngülləşdirici halı nəzərə alaraq, ona İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 09 noyabr 2022-ci il tarixdən saat 11:10-dan saxlanması, həmin gün saat 18.00-da ayıldıqdan sonra inzibati qaydada tutulması və buraxılmadan məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Bu Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 07 (yeddi) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 09 noyabr 2022-ci il tarixdən saat 18.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-190/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-190/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver