Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-193/2020 20.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxx 1990-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də mühafizəçi işləyən, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206cı və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən rayonu, Yenikənd kəndində,yaşadığı məhəllədə narkotik vasitə olan marixuanadan istifadə etmiş, bundan sonra, həmin gün, saat 21:00 radələrində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında yerləşən X3 məxsus çayxanada sərxoş vəziyyətdə ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının onlarla şöbəyə getməklə bağlı təklifindən nalayiq ifadələr işlətməklə, imtina edərək yayınmış, habelə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(059)-193/2020 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-193/2020 saylı və 3(059)- 194/2020 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-193/2020 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, Siyəzən rayonu, Yenikənd kəndində gəzərkən (xidmətdə olmadığı zaman) Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında yerləşən X3 məxsus çayxanada səs-küy olduğunu eşitdiyindən Siyəzən RPŞyə əməliyyat qrupunun hadisə yerinə gəlməsi barədə məlumat vermişdir. Daha sonra, hadisə yerinə gedən polis əməkdaşları Şəxs X5 ilə birlikdə spirtli içkidən istifadə etməklə, ictimai qaydanı pozulduqlarının şahidi olmuşlar. Bu zaman polis əməkdaşları mübahisə edən tərəfləri sakitləşdirərək nizam-intizama dəvət etməyə çalışsalar da, sonuncular ictimai qaydanı mühafizə edən polis əməkdaşlarına tabe olmamış və ünvansız nalayiq ifadələr işlətməklə, öz hüquqazidd hərəkətlərinə davam etmişlər. Bu səbəbdən də, çağırışla hadisə yerinə gəlmiş polis əməkdaşları sakitləşməyən tərəfləri özləri ilə məcburi surətdə RPŞ-nin növbətçi hissəsinə aparıb təhvil vermişlər. Həmin müddət ərzində də həm Şəxs, həm də Fərhad Fərhadov öz hərəkətlərini davam etdirməklə, ünvansız nalayiq ifadələr işlətmişlər. Bundan sonra, RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı sərxoşluğu müəyyən edilmiş Şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində marixuanadan istifadə etməsi aşkar edilmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən rayonu, Yenikənd kəndində, yaşadığı məhəllədə əvvəllər xatırlamadığı şəxsdən aldığı və cibində qalmış nakrotik vasitə marixuananı tüstü yolu ilə qəbul etmişdir. Bundan sonra, həmin gün saat 20:00 radələrində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında yerləşən X3 məxsus çayxanasına getmiş, orada X5 ilə birlikdə spirtli içki qəbul etdikdən sonra içkinin təsiri altında sonuncu ilə mübahisə edib, dartışmışlar. Bundan bir müddət sonra həmin çayxanaya polis əməkdaşları gəlmiş, onları ictimai yerdə səs-küy salmamağa və nizam-intizama dəvət etmək istəmişlər. Lakin, o, spirtli içkinin təsiri altında polis əməkdaşlarına “sən kimsən mənə göstəriş verirsən, get işinlə məşğul ol” demişdir. Bu zaman polis əməkdaşları onu sakitləşdirməyə və məsələnin aydınlaşdırılması üçün Siyəzən RPŞ-yə dəvət etsələr də, o, ünvansız nalayiq ifadələr işlətməklə, polisin qanuni tələbinə tabe olmaqdan, həmçinin şöbəyə getməkdən imtina etmişdir. Belə olan halda, ictimai qaydanı mühafizə edən polis əməkdaşları Fərhadla onu patrul avtomaşınına əyləşdirərək şöbəyə gətirmişlər. Burada sərxoşluğu müəyyən edildikdən sonra, üzərində keçirilmiş şəxsi axtarış zamanı hər hansı əşya və ya predmet aşkar olunmamış, bununla bağlı, protokol tərtib olunmuş, o, da həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Daha sonra, onun sidiyindən analiz götürülmüş və həqiqətən narkotik vasitə marixuanadan istfadə etməsi öz təsdiqini tapmışdır. Etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin növbətçi hissənin sürücü polis nəfəri X6 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində RPŞ-nin NH-nə daxil olmuş məlumat əsasında o, əməliyyat-istintaq qrupunun üzvləri- CAB-ın əməliyyat müvəkkili İkraməddin Zəkiyev, İTB-nin sahə rəisi Afiz Əhmədov, TQ-nin təhqiqatçısı Fəzail Fərzəlibəyli, və PPXT-nin əməkdaşları ilə birlikdə Siyəzən rayonu Yenikənd kəndinə Qalib adlı şəxsin çayxanasına getmişlər. Onlar çayxanada olan zaman hərəkətlərindən sərxoş vəziyyətdə olması hiss olunan Şəxs kinayə ilə ünvansız nalayiq sözlər işlətməyə başladıqda, onlar sonuncunu nizam-intizama dəvət etsələr də, Mirdadaş ictimai qaydanın mühafizəsi ilə əlaqədar olaraq onların qanuni tələblərinə qəsdən məhəl qoymayıb, qərəzli hərəkətlərini davam etdirməklə, yersiz səs-küy salmağa başlamışdır. Onun bu hərəkətlərindən sonra digər sərxoş vəziyyətdə olması ehtimal olunan X5 ona heç bir aidiyyəti olmadığı halda onların xidməti fəaliyyətinə mane olmağa başlamışdır. Buna görə ictimai qaydanı pozan hər iki şəxsi saxlayıb, polis şöbəsinə gətirmək istəyən zaman onlardan biri, yəni Fərhad Fərhadov qaçaraq uzaqlaşmaq istəsə də, buna nail ola bilməmiş, saxlanılaraq, Mirdadaşla birgə avtopatrul avtomobilinə əyləşdirilmişlər. Siyəzən RPŞ-yə gedərkən, yolda hər iki şəxs öz hüquqa və əxlaqa zidd hərəkətlərini davam etdirmişlər. Bundan sonra, hər iki şəxs şöbəyə gətirilib, təhvil verilmiş, bu zaman Mirdadaş sakitləşmiş olsa da, Fərhad öz aqressiv hərəkətlərini davam etdirərək 5-10 dəqiqə ərzində növbətçi hissənin normal iş ahəngini pozmuşdur. Məhkəmə iclasında iştirak edən digər şahid Siyəzən RPŞ-nin növbətçi hissəsinin növbətçisi X7 şahid Ayaz Fərzəliyevin, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına uyğun, eyni məzmunlu izahat verərək sonuncuların izahatlarını bir daha təsdiqləmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən rayonu, Yenikənd kəndində, yaşadığı məhəllədə narkotik vasitə olan marixuanadan istifadə etmiş, bundan sonra, həmin gün, saat 21:00 radələrində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında yerləşən X3 məxsus çayxanada sərxoş vəziyyətdə ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının onlarla şöbəyə getməklə bağlı təklifindən nalayiq ifadələr işlətməklə, imtina edərək yayınmış, habelə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, 02203 nömrəli protokollaşdırmadan görünür ki, Şəxs alkoqol sərxoşluğu olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər X1 hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxx 2020-ci il tarixli, A/804 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, Şəxs İXM-nin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın bir qrup şəxs, eləcə də sərxoş halda törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci və 33.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni gündə, müxtəlif vaxtlarda iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/2 hissəsində inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrindən inzibati qaydada tutulması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 22.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-193/2020
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-193/2020
20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver