Məhkəmə qərarları › İş №3(059)-195/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-195/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-195/2020 20.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında yerləşən X4 məxsus çayxanada sərxoş vəziyyətdə ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının onlarla şöbəyə getməklə bağlı təklifindən nalayiq ifadələr işlətməklə, imtina edərək yayınmış, habelə hadisə yerindən qaçmağa cəhd göstərib, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X6 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, Siyəzən rayonu, Yenikənd kəndində gəzərkən (xidmətdə olmadığı zaman) Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında yerləşən X4 məxsus çayxanada səs-küy olduğunu eşitdiyindən Siyəzən RPŞ-yə əməliyyat qrupunun hadisə yerinə gəlməsi barədə məlumat vermişdir. Daha sonra, hadisə yerinə gedən polis əməkdaşları X2 Şəxs ilə birlikdə spirtli içkidən istifadə etməklə, ictimai qaydanı pozulduqlarının şahidi olmuşlar. Bu zaman polis əməkdaşları mübahisə edən tərəfləri sakitləşdirərək nizam-intizama dəvət etməyə çalışsalar da, sonuncular ictimai qaydanı mühafizə edən polis əməkdaşlarına tabe olmamış və ünvansız nalayiq ifadələr işlətməklə, öz hüquqazidd hərəkətlərinə davam etmişlər. Bu səbəbdən də, çağırışla hadisə yerinə gəlmiş polis əməkdaşları sakitləşməyən tərəfləri özləri ilə məcburi surətdə RPŞ-nin növbətçi hissəsinə aparıb təhvil vermişlər. Həmin müddət ərzində də həm Mirdadaş Məmmədov, həm də Şəxs öz hərəkətlərini davam etdirməklə, ünvansız nalayiq ifadələr işlətmişlər. Bundan əlavə, Siyəzən RPŞ-nin növbətçi hissəsində Mirdadaş sakitləşmiş olsa da, Fərhad öz aqressiv hərəkətlərini davam etdirərək 5-10 dəqiqə ərzində növbətçi hissənin normal iş ahəngini pozmuşdur. Odur ki, Şəxs barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında yerləşən X4 məxsus çayxanasına getmiş, orada X5 ilə birlikdə spirtli içki qəbul etdikdən sonra içkinin təsiri altında sonuncu ilə mübahisə edib, dartışmışlar. Bundan bir müddət sonra həmin çayxanaya polis əməkdaşları gəlmiş, onları ictimai yerdə səs-küy salmamağa və nizam-intizama dəvət etmişlər. Lakin, Mirdadaş Məmmədov spirtli içkinin təsiri altında polis əməkdaşlarına “sən kimsən mənə göstəriş verirsən, get işinlə məşğul ol” demiş, bu zaman polis əməkdaşları hər ikisini də sakitləşdirməyə və məsələnin aydınlaşdırılması üçün Siyəzən RPŞ-yə dəvət etsələr də, Mirdadaş və o, ünvansız nalayiq ifadələr işlətməklə, polisin qanuni tələbinə tabe olmaqdan, həmçinin şöbəyə getməkdən imtina etmişlər. Elə bu məqamda, polis əməkdaşları Mirdadaşı saxlamış, o, isə içkinin təsiri altında bu vəziyyətə əsəbiləşərək onları Siyəzən RPŞ-yə aparmalarına aqressiv şəkildə maneə olmağa çalışmışdır. Sərxoş olmaqla, hərəkətlərini bilmədiyindən polis əməkdaşları ilə onun arasında mübahisə yaranmış, habelə nalayiq ifadələr işlətməklə, şöbəyə getməklə bağlı təklifdən imtina edərək yayınmış, o cümlədən hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Lakin, ictimai qaydanı mühafizə edən polis əməkdaşları onun arxası ilə qaçaraq onu saxlamış, bundan sonra, Mirdadaşla onu patrul avtomaşınına əyləşdirərək şöbəyə gətirmişlər. Yol boyu həm Mirdadaş Məmmədov, həm də o, öz hərəkətlərini davam etdirməklə, ünvansız nalayiq ifadələr işlətmişlər. Siyəzən RPŞ-nin növbətçi hissəsində olarkən Mirdadaş sakitləşmiş olsa da, o, öz aqressiv hərəkətlərini davam etdirərək 5-10 dəqiqə ərzində növbətçi hissənin normal iş ahəngini pozmuşdur. Bundan əlavə, növbətçi hissədə sərxoşluğu müəyyən edildikdən sonra, üzərində keçirilmiş şəxsi axtarış zamanı hər hansı əşya və ya predmet aşkar olunmamış, bununla bağlı, protokol tərtib olunmuş, o, da həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Daha sonra, onun sidiyindən analiz götürülsə də, narkotik vasitədən istifadə etməməsi öz təsdiqini tapmışdır. Hazırda, əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını, bununla da, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin növbətçi hissənin sürücü polis nəfəri X7 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində RPŞ-nin NH-nə daxil olmuş məlumat əsasında o, əməliyyat-istintaq qrupunun üzvləri- CAB-ın əməliyyat müvəkkili İkraməddin Zəkiyev,İTB-nin sahə rəisi Afiz Əhmədov, TQ-nin təhqiqatçısı Fəzail Fərzəlibəyli, və PPXT-nin əməkdaşları ilə birlikdə Siyəzən rayonu Yenikənd kəndinə Qalib adlı şəxsin çayxanasına getmişlər. Onlar çayxanada olan zaman hərəkətlərindən sərxoş vəziyyətdə olması hiss olunan X1 ilə ünvansız nalayiq sözlər işlətməyə başladıqda, onlar sonuncunu nizam-intizama dəvət etsələr də, Mirdadaş ictimai qaydanın mühafizəsi ilə əlaqədar olaraq onların qanuni tələblərinə qəsdən məhəl qoymayıb, qərəzli hərəkətlərini davam etdirməklə, yersiz səs-küy salmağa başlamışdır. Onun bu hərəkətlərindən sonra digər sərxoş vəziyyətdə olması ehtimal olunan Şəxs ona heç bir aidiyyəti olmadığı halda onların xidməti fəaliyyətinə mane olmağa başlamışdır. Buna görə ictimai qaydanı pozan hər iki şəxsi saxlayıb, polis şöbəsinə gətirmək istəyən zaman onlardan biri, yəni Şəxs qaçaraq uzaqlaşmaq istəsə də, buna nail ola bilməmiş, saxlanılaraq, Mirdadaşla birgə avtopatrul avtomobilinə əyləşdirilmişlər. Siyəzən RPŞ-yə gedərkən, yolda hər iki şəxs öz hüquqa və əxlaqa zidd hərəkətlərini davam etdirmişlər. Bundan sonra, hər iki şəxs şöbəyə gətirilib, təhvil verilmiş, bu zaman Mirdadaş sakitləşmiş olsa da, Fərhad öz aqressiv hərəkətlərini davam etdirərək 5-10 dəqiqə ərzində növbətçi hissənin normal iş ahəngini pozmuşdur. Məhkəmə iclasında iştirak edən digər şahid Siyəzən RPŞ-nin növbətçi hissəsinin növbətçisi X8 şahid Ayaz Fərzəliyevin, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına uyğun, eyni məzmunlu izahat verərək sonuncuların izahatlarını bir daha təsdiqləmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında yerləşən X4 məxsus çayxanada sərxoş vəziyyətdə ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının onlarla şöbəyə getməklə bağlı təklifindən nalayiq ifadələr işlətməklə, imtina edərək yayınmış, habelə hadisə yerindən qaçmağa cəhd göstərib, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, 02204 nömrəli protokollaşdırmadan görünür ki, Şəxs alkoqol sərxoşluğu olmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın bir qrup şəxs, eləcə də sərxoş halda törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci və 33.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, o cümlədən polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmağa cəhd göstərməsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 2/3 hissəsi həcmində inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrindən inzibati qaydada tutulması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 22.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar