Məhkəmə qərarları › İş №3(059)-196/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-196/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-196/2020 20.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən şəhəri, B.Bayramov küçəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206cı və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən şəhəri, B.Bayramov küçəsindəyaşadığı fərdi yaşayış evinin həyətində narkotik vasitə olan kokosdan istifadə etmiş, bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı ünvandan çıxarkən oğurluqda şübhəli bilindiyindən ora gəlmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının onlarla şöbəyə getməklə bağlı təklifindən, imtina edərək yayınmış, habelə hadisə yerindən qaçmağa cəhd göstərib, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(059)-196/2020 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-196/2020 saylı və 3(059)- 197/2020 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-196/2020 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən şəhəri, B.Bayramov küçəsindəyaşadığı fərdi yaşayış evinin həyətində narkotik vasitə olan kokosdan istifadə etmiş, bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı ünvandan çıxarkən oğurluqda şübhəli bilindiyindən ora gəlmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının onlarla şöbəyə getməklə bağlı təklifindən, imtina edərək yayınmış, habelə hadisə yerindən qaçmağa cəhd göstərib, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, o, təqribən 2 il olar narkotik vasitə istifadəçisidir. xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında yaşadığı Siyəzən şəhəri, B.Bayramov küçəsindən bir qədər aralıda “Dəmiryolunun altı” deyilən ərazidə gəzərkən yerdən tapdığı bükülünü açmış və içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Bundan sonra, o, həmin bükülünü götürüb, dərhal yaşadığı evə gəlmiş, habelə saat 13:00 radələrində həmin narkotik vasitəni yaşadığı evin həyətində siqaret kağızında yandıraraq tüstü yolu ilə qəbul etmişdir. Bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində siqaret almaq məqsədilə yaşadığı ünvandan çıxıb mağazaya getmək istədikdə, mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edib, oğurluqda şübhəli olduğunu bildirmiş, habelə onlarla Siyəzən RPŞ-yə getməyi təklif etmişlər. Bu zaman o, polisin qanuni tələbinə tabe olmaqdan, həmçinin şöbəyə getməkdən imtina etmiş, dərhal qaçmağa başlamışdır. Lakin, təxminən 3-4 metr sonra polis əməkdaşları onu saxlamağa nail olmuşdur. O, Siyəzən RPŞ-yə getmək istəmədiyindən təkrarən polis əməkdaşlarına müqavimət göstərməyə başlasa da, onu avtomaşına əyləşdirərək şöbəyə gətirmişlər. O, Siyəzən RPŞ-də olarkən özünü şübhəli apardığı üçün sərxoş olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan kokosdan istifadə etməsi aşkar edilmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin əməliyyat rabitə qrupu kiçik inspektoru X7 izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə X3 ərizə ilə Siyəzən RPŞyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Şəxs adlı şəxsin yaşadığı evin həyətyanı sahəsinə guya səhvən daxil olduğunu, lakin o, həmin şəxsin oğurluq etmək məqsədi ilə evinin həyətyanı sahəsinə daxil olmasından şübhələndiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində ƏRQ-nin operatoru Babək Güləliyev ilə birlikdə Siyəzən şəhəri, B.Bayramov küçəsində xidmətdə olarkən Şəxs görmüş və daxil olmuş materialın icrası ilə əlaqədar ona yaxınlaşaraq özlərini təqdim edib, baş vermiş hadisə ilə əlaqədar şübhəli olduğu üçün onu RPŞ-yə dəvət etmişlər. Lakin, Şəxs onlarla birlikdə RPŞ-yə gəlməkdən imtina etmiş və qaçaraq həmin yerdən uzaqlaşmaq istəmişdir. Onlar Elvinin arxası ilə qaçaraq onu saxlamağa nail olmuşlar. Bundan sonra, yenidən Elvinə onlarla polis şöbəsinə getməli olduğunu bildirdikdə, sonuncu təkrarən onların əlindən çıxaraq qaçmağa çalışmışdır. Lakin, onlar Şəxs saxlayaraq RPŞ-yə gətirə bilmişlər. RPŞ-yə gətirildikdən sonra Şəxs onların verdikləri suallara qeyri-adekvat cavablar verdiyi üçün həmin şəxsin alkoqol və ya qeyri-alkoqol sərxoş olması barədə şübhələr yaranmışdır. Məhkəmə iclasında iştirak edən digər şahid Siyəzən RPŞ-nin əməliyyat rabitə qrupu operatoru X5 şahid Cavid Hidayətovun, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına uyğun, eyni məzmunlu izahat verərək sonuncuların izahatlarını bir daha təsdiqləmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən şəhəri, B.Bayramov küçəsindəyaşadığı fərdi yaşayış evinin həyətində narkotik vasitə olan kokosdan istifadə etmiş, bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı ünvandan çıxarkən oğurluqda şübhəli bilindiyindən ora gəlmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının onlarla şöbəyə getməklə bağlı təklifindən, imtina edərək yayınmış, habelə hadisə yerindən qaçmağa cəhd göstərib, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər X1 hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxx 2020-ci il tarixli, A/805 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə olan kokosdan istifadə etməsi aşkar edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, Şəxs İXM-nin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, müxtəlif vaxtlarda iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/2 hissəsinə yaxın həcmdə inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrindən inzibati qaydada tutulması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 15.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar