Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-199/2024 30.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxxxxx 2001-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də satıcı-nəzarətçi, kassir işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin Fəyyaz Əliməmmədov küçəsində yerləşən 42 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 29 iyul 2024-cü il tarixdə, saat 11:20 radələrində Siyəzən rayon Polis Şöbəsinin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı, eləcə də polis əməkdaşlarının iş rejimini pozmuş, həmçinin, onların nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayıb, öz hərəkətlərini davam etdirmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən 29 iyul 2024cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 3(059)-199/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-199/2024 saylı və 3(059)- 200/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-199/2024 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolları müdafiə etməklə, onların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, RPŞ-nin TQ-nun təhqiqatçısı X1 29 iyul 2024-cü il tarixli raportu, habelə sonuncunun və RPŞ-nin İTB-nin rəisi X3 şahid kimi verdiyi izahatlar əsasında Şəxs barəsində 29 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokollar tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Belə ki, Şəxs 29 iyul 2024-cü il tarixdə, saat 11:00 radələrində Siyəzən rayon Polis Şöbəsinin inzibati binasına gələrək, tanışı ilə münaqişə yaratdığında görə RPŞ-nə gətirilməklə, həmin vaxt Səbuhi Zeynalovun xidməti otağında olan qardaşı Kənan İsgəndərov barəsində maraqlanmış, lakin, bu zaman RPŞ-nin növbətçisi olan Tural Nəsirovun və Rəvan Ağamirzəyevin qanuni tələblərinə məhəl qoymayaraq, səs-küy salmağa, iş ahəngini pozmağa, nalayiq ifadələr işlətməyə başlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Siyəzən şəhərinin Bəşir Səfəroğlu küçəsindəki 49 nömrəli evdə qeydiyyatda olmaqla, şəhərin F.Əliməmmədov küçəsindəki 42 nömrəli evdə yaşayır və "xxxx" MMC-də gecə növbəsində satıcı-nəzarətçi vəzifəsində işləyir. Bununla yanaşı, 29 iyul 2024-cü il tarixdə gecə növbəsindən çıxıb, yaşadığı evdə yatarkən atası Ağakərim İsgəndərov mobil telefonuna zəng edib, qardaşı Kənan İsgəndərovun rayon Polis Şöbəsinə aparılmasını bildirmişdir. Beləliklə, həmin tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞ-yə gedərək, şöbənin inzibati binasının birinci mərtəbəsinə yerləşən növbətçi hissəyə yaxınlaşıb, növbətçi Tural Nəsirovdan qardaşı Kənanın kimin yanında olmasını soruşmuş, Tural Nəsirov isə bundan məlumatsız olduğunu, telefon əlaqəsi yaratmaqla, qardaşının harada olmasını dəqiqləşdirməsini bildirmişdir. Bundan sonra, o, telefon əlaqəsi yaradaraq, qardaşının Siyəzən RPŞ-nin İTB-nin rəisi Səbuhi Zeynalovun xidməti otağında olduğunu öyrənmiş, habelə şöbənin inzibati binasının üçüncü mərtəbəsinə qalxaraq, sonuncunun otağına daxil olmuşdur. Orada olarkən sol əlində saxladığı açarları sıxdığı üçün Səbuhi Zeynalov ona xitabən “dava etmək istəyirsən” deyə bildirsə də, o, dava etmək istəmədiyini, qardaşı Kənanı aparmaq məqsədi ilə gəldiyini qeyd etmişdir. Bu zaman Səbuhi Zeynalov polis nəfərlərini çağıraraq, sonunculara onun otaqdan bayıra çıxarması barədə göstəriş vermiş, lakin, qardaşını aparmaq üçün gəldiyini bildirməklə, otaqdan çıxmamışdır. Bundan sonra, polis nəfərləri onu şöbənin inzibati binasının üçüncü mərtəbəsində yerləşən digər bir otağa, daha sonra isə, birinci mərtəbəyə aparmışlar. Orada qardaşının münaqişə etdiyi şəxslə rastlaşmış, sonuncuya etdiyi hərəkətin yanlış olduğunu bildirmiş, lakin onun və ya başqa şəxslərin ünvanına nalayiq ifadələr işlətməmişdir. Bundan sonra, polis əməkdaşı Rəvan Ağamirzəyev ona yaxınlaşaraq, səs-küy salmasının səbəbini soruşmuş, daha sonra isə, Tural Nəsirov ona yaxınlaşaraq, kəmərindən tutmuşdur. Bu zaman isə, onunla polis əməkdaşları arasında əvvəl münaqişə, sonra isə dartışma yaranmış, habelə bu zaman nalayiq ifadələr işlətmişdir. Eyni zamanda, həmin vaxtdan hazırkı məhkəmə iclasına gətirilənədək RPŞ-də saxlanılmışdır. Odur ki, əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Belə ki, məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin İTB-nin rəisi X6 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı düşmənçilik və ya ədavəti olmamışdır. Şəxs qardaşı X10 adlı tanışı ilə münaqişə yaradaraq, ictimai qaydanı pozduğuna görə Kənan barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə müvafiq protokol tərtib edilməsi üçün sonuncu 29 iyul 2024-cü il tarixdə, təxminən saat 10:00 radələrində rayon Polis Şöbəsinə gətirilmişdir. Kənan İsgəndərov RPŞ-də olan zaman sonuncuya valideynləri ilə əlaqə saxlaması üçün şərait yaradılmış, habelə bir müddət sonra, Kənan İsgəndərovun anasının gəldiyi ona bildirilmişdir. Beləliklə, xidməti otağında Kənan İsgəndərov barəsində protokol tərtib edərkən, sonuncunun qardaşı Şəxs və anası Səbinə İsgəndərova otağına daxil olmuş, bu zaman sonuncu aqressiv formada oğlunun hansı səbəbdən RPŞ-də olmasını soruşmuşdur. Həmin an, o, Kənanın anası Səbinə İsgəndərovaya oğlunun törətdiyi inzibati xəta haqqında məlumat verərkən, Şəxs əlində saxladığı açarı sıxaraq, otaqda gəzişməyə başlamışdır. O, gənc yaşda olan Şəxs hazırda rayon Polis Şöbəsində olduğunu xatırlatmaqla yanaşı, sonuncudan bir qədər səbirli olmasını istəmişdir. Lakin, Şəxs öz hərəkətlərini davam etdirərək, otaqdan çıxmaq istəmədiyini bildirmişdir. Bundan sonra, o, Teymur adlı polis nəfərini çağıraraq, sonuncudan Şəxs xidməti otağından çıxarmasını istəmiş, habelə sonuncu otağından çıxarılmışdır. Bir qədər sonra isə, RPŞ-nin inzibati binasının birinci mərtəbəsindən səs-küy gəldiyini eşitsə də, bunu edənin Şəxs olduğunu düşünməmişdir. Beləliklə, RPŞ-nin inzibati binasının içərisində təxminən 15-20 dəqiqə davam edən hadisə zamanı Şəxs qardaşı ilə münaqişə edən şəxsin üzərinə yürüdüyünün, sonuncunun və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyinin, sonunculara əl və ayaq zərbələri endirdiyinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı X4 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı düşmənçilik və ya ədavəti olmamışdır. 29 iyul 2024-cü il tarixdə, saat 11:20 radələrində hadisə yerinə getmək üçün rayon Polis Şöbəsinin inzibati binasının girişinə daxil olmuş, bu zaman orada olmaqla, adını sonradan bildiyi Şəxs uca səslə danışdığının, sonuncunu nizam-intizama dəvət edən polis nəfərinin isə buna nail ola bilmədiyinin şahidi olmuşdur. Bu zaman, Şəxs yaxınlaşaraq, ona RPŞ-də olduğunu bildirməklə, nizam-intizama dəvət etsə də, sonuncu onun və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, habelə “sən kimsən, get işinlə məşğul ol”, “sən get, rəisin gəlsin” deyə bildirmişdir. Beləliklə, Şəxs qanun tələblərini izah edib, onu təkrar nizam-intizama dəvət etməyə çalışmış, lakin, sonuncu bütün bunlara məhəl qoymayıb, qanunsuz hərəkətlərini davam etdirərək, ünvanlarına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt, polis əməkdaşları Tural Nəsirov və Səbuhi Zeynalov, Şəxs nizam-intizama dəvət etməyə cəlb olunmuş, habelə təxminən 10-15 dəqiqə davam etmiş münaqişə zamanı inventara hər hansı bir zərər dəyməmişdir. İşdə olan sənədlərdən, o cümlədən raportlardan və izahatlardan görünür ki, Şəxs 29 iyul 2024-cü il tarixdə, saat 11:20 radələrində Siyəzən rayon Polis Şöbəsinin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı, eləcə də polis əməkdaşlarının iş rejimini pozmuş, həmçinin, onların nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayıb, öz hərəkətlərini davam etdirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddində tənbeh tətbiq etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi və faydalı əmək fəaliyyəti ilə məşğul olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın isə olmamasını inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni vaxtda iki inzibati xəta törətməsini, bu cür davranışları ilə idarəçilik qaydalarının pozulduğunu, eləcə də bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, qardaşının izahatı alınması üçün dəvət olunduğu Siyəzən RPŞ-yə gedərək, xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onların qanuni tələblərinə əməl etməyib, polisin iş fəaliyyətini pozmasını, habelə hərəkətlərini davam etdirərək, nalayiq ifadələr işlətməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 29 iyul 2024-cü il tarixdən saat 12:15-dən inzibati qaydada tutulması və buraxılmadan məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 34.3, 40, 43, 48-51, 110, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 29 iyul 2024-cü il tarixdən saat 12:15-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-199/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-199/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver