Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-20/2024 16.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Yasinova Mehriban Səfa qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən vəkil X2, yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxxx 1968-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, müharibə veteranı, Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 24 noyabr 2023cü il tarixdə, saat 11-12:00 radələrində müəllim işlədiyi Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin idman zalında dərs zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 16 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, o, inzibati xəta hadisəsi baş verən zaman orada olmamış, habelə rayon X4 qrupundan daxil olmuş rədd materialı əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməklə, aidiyyəti üzrə baxılması məqsədilə Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Siyəzən rayonunun sakinləri onu idmançı, müəllim olaraq tanıyırlar. O, indiyə kimi heç kəsi incitməmişdir. 24 noyabr 2023-cü il tarixdə saat 10-10:30 radələrində V sinif şagirdləri ilə dərs zamanı kollektiv oyun keçirilmiş, habelə həmin sinif şagirdi Nəcəf Quliyevi epilepsiya xəstəsi olmaqla, qapalı uşaq olduğu üçün həmişəki kimi nəzarətdə saxlayıb, uşaqlara onunla da oynamalarını istəmişdir. Təxminən 10-11:00 radələrində Nəcəf Quliyev ağlayaağlaya onun yanına gəlib, Zərərçəkmiş şəxs onu vurduğunu bildirmişdir. O, isə ilk dəfə Toğrulu yanına çağırıb, Nəcəf Quliyevlə işinin olmaması ilə bağlı tənbeh etmişdir. Lakin, sonradan X6 Musayev tərəfindən incidilməsinin bir daha şahidi olduğundan qarşısındakı uşağın kimin övladı olmasından asılı olmayaraq, yəni hər kəsə övladı kimi yanaşdığından bir müəllim olaraq məsələyə müdaxilə edib, Toğrulun qolundan tutmuş, habelə sonuncuya Nəcəfin xəstə olduğunu bir daha bildirərək, onun əvvəlcə qulağından çəkmiş, daha sonra sol çiynindən tutub itələsə də, Toğrul yıxılmamışdır. Bu hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Onun yumruğuna uşaq başı dözə bilməz, odur ki, bu barədə qeyd edilənlər yalandır. Sonrakı günlərdə məktəbin direktor müavini ona yaxınlaşıb, saat 12:00-də onun yanına Toğrulun valideyninin gələcəyini bildirmiş, lakin, o, məktəbə gələn, habelə həmişə yaxşı münasibətdə olduğu Qanuni nümayəndə ona qarşı belə bir hərəkət edəcəyini düşünməmişdir. Qanuni nümayəndə məktəbə gəldikdən sonra direktor müavini onlara direktorun otağında danışmağı məsləhət etsə də, onun təklifi əsasında Toğrulun atası Təsfirlə təkbətək danışmış, habelə sonuncu heç nə aydınlaşdırmadan ona qarşı başqa münasibət göstərmişdir. Qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 24 noyabr 2023-cü il tarixdə Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin idman zalında dərs zamanı sinif yoldaşı Nəcəf Quliyevlə zarafatlaşaraq, sonuncuya qarşı yalandan, bərk olmayan zərbələr vurmuşdur. Həmin an Şəxs idman zalında jurnal yazmaqla məşğul olmuş, habelə ona yaxınlaşıb, “xəstə uşağı niyə vurursan” deyərək, baş nahiyəsindən yumruqla vurmuş, lakin o, yıxılmamışdır. Bundan əlavə, Şəxs onun qulağından tutumamışdır. Hazırda Şəxs şikayətçi olmaqla, sonuncu ilə barışmamış və belə bir niyyəti yoxdur. Yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında göstərdi ki, 24 noyabr 2023-cü il tarixdə, saat 13-14:00 radələrində oğlu Toğrul dərsdən evə gəldikdən sonra qusmağa başlamış, habelə arvadının məlumatı əsasında evə gəlib, baş verənlərlə maraqlanmış, bu zaman oğlu Toğrul müəllimin onu vurduğunu bildirsə də, o, həmin müəllimin Şəxs olduğunu bilməmişdir. Hətta, Şəxs həmin ərəfədə uşağına dərs deyən müəllimlərdən olmamışdır. Beləliklə, o, həmin gün Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin sabiq direktoru Nəcməddin müəllimin yanına getmiş, habelə tarix, Azərbaycan dili fənlərini öyrənmədikdə, şagirdin müəllim tərəfindən sillə ilə tənbeh edilə biləcəyini bildirsə də, bu halın idman fənni üzrə hansı səbəbdən baş verməsinin ona aydın olmadığını, bu dərsdə uşaqların oynamalı olduğunu qeyd etmişdir. Bundan başqa, həmin vaxt sabiq direktor Nəcməddin müəllimin özü belə, Şəxs çətin adam olduğunu, onunla bacara bilmədiklərini ifadə etmiş, o, isə bunun üçün tədbir görmək məqsədilə aidiyyəti qurumların olduğunu bildirdikdə, sabiq direktor zəruri tədbirlərin görüləcəyinə vəd vermişdir. Bundan başqa, hadisə ilə əlaqədar Şəxs ilə təkbətək söhbət edərkən sonuncu ona “Siz qızmısız, yaxşı eləmişəm, vurmuşam” kimi ifadələr işlətmiş, o, isə bunun müəllimə yaraşmayan sözlər olduğunu Şəxs bildirmişdir. Sonradan hadisə ilə bağlı görülən tədbirlə əlaqədar ona hər hansı bir məlumat verilmədiyindən o, 07 dekabr 2023-cü il tarixdə həm Siyəzən rayon prokurorluğuna, həm də rayon Polis Şöbəsinə məlumat vermiş, 21 dekabr 2023-cü il tarixdə isə rayon prokurorluğunda toplanmış material X4 qrupuna göndərilmişdir. Hadisədən bir ay müddətin keçdiyinə görə o, oğlu Toğrulun məhkəmə-tibbi ekspertizadan keçirilməsindən imtina etmiş, habelə buna artıq zərurət olmamışdır. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərarın surətindən və işin faktiki hallarından görünür ki, Şəxs 24 noyabr 2023-cü il tarixdə, saat 11-12:00 radələrində müəllim işlədiyi Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin idman zalında dərs zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Eyni zamanda, həmin qərarın və 22 dekabr 2023-cü il tarixli ərizənin surətlərindən görünür ki, 24 noyabr 2023-cü il tarixdə müəllimi Şəxs tərəfindən övladı Zərərçəkmiş şəxs başından yumruqla vurulmasına baxmayaraq, sonuncunun bədəni üzərində heç bir xəsarət olmadığından Qanuni nümayəndə oğlu Toğrulu könüllü olaraq məhkəmə-tibbi ekspertizasından keçirməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Qanuni nümayəndə 16 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, o, müəllim etik davranış kodeksinə xələl gətirdiyi üçün Şəxs barəsində inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Şəxs himayəsində 27 noyabr 2006-cı il təvəllüdlü Elman adında bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 24 noyabr 2023-cü il tarixdə, saat 11-12:00 radələrində müəllim işlədiyi Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin idman zalında dərs zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almaqla, müəllimlik fəaliyyəti ilə məşğul olaraq, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bununla belə onun məsuliyyətini yüngülləşdirən halların olmasını, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almaqla, müəllimlik fəaliyyəti ilə məşğul olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 400 (dörd yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-20/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-20/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver