Məhkəmə qərarları › İş №3(059)-200/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-200/2020

27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-200/2020 27.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, H. Talıbov küçəsində 4 nömrəli uşaq bağçasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhəri, H. Talıbov küçəsində tapdığı psixotrop maddə olan metafetaminin yarısını, həmin gün saat 19:20 radələrində Siyəzən şəhəri, H. Talıbov küçəsində yaşadığı 4 nömrəli uşaq bağçasının həyətində, qalan yarısını isə xx xxxxxx 2020-ci il tarixdə, saat 19:20 radələrində həmin yerdə istifadə etmiş, bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsində olarkən oğurluqda şübhəli bilinərək saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində psixotrop maddə olan metafetamindən qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs oğurluq faktında şübhəli bilinərək xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsində saxlanılaraq Siyəzən RPŞ-yə gətirildiyini, RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində psixotrop maddə olan metafetamindən istifadə etməsinin aşkar edildiyini, həmin gün Siyəzən RPŞ-dən sərbəst buraxılsa da, xx xxxxxx 2020-ci il tarixdə yenidən RPŞ-yə dəvət edildiyini bildirdi. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilərək toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Siyəzən şəhəri, H. Talıbov küçəsində 4 nömrəli uşaq bağçasında anası ilə birlikdə yaşamaqla, 2 il olar narkotik vasitə və psixotrop maddələrin aludəçisi olaraq onlardan istifadə edir, habelə bu vəziyyət artıq onun həyət tərzinə çevrilmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhəri, Gənclik qəsəbəsində (H. Talıbov küçəsində) parkın yanında gəzərkən, yerdə içərisində psixotrop maddə metafetamin olan bir bükülü görüb, sonradan istifadə etmək üçün götürməklə, cibinə qoymuş, həmin gün saat 19:20 radələrində yaşadığı 4 nömrəli uşaq bağçasına qayıtmış, yarısını orada həyətdə, qeyd olunan vaxtda, qalan yarısını isə xx xxxxxx 2020-ci il tarixdə, saat 19:20 radələrində yaşadığı ünvanın həyətində tüstü yolu ilə qəbul etmişdir. Bundan sonra, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsi ilə hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda şübhəli olmasını və onlarla birlikdə Siyəzən RPŞ-yə getməli olduğunu bildirdikdə, o, buna etiraz etməyərək, polis əməkdaşları ilə RPŞ-yə getmişdir. O, Siyəzən RPŞ-də olarkən özünü şübhəli apardığı üçün sərxoş olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən psixotrop maddə olan metafetamindən istifadə etməsi aşkar edilmişdir. Bundan əlavə, o, xx xxxxxx 2020-ci il tarixdə Siyəzən RPŞ-dən sərbəst buraxılsa da, xx xxxxxx 2020-ci il tarixdə yenidən RPŞ-yə dəvət edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhəri, H. Talıbov küçəsində tapdığı psixotrop maddə olan metafetaminin yarısını, həmin gün saat 19:20 radələrində Siyəzən şəhəri, H. Talıbov küçəsində yaşadığı 4 nömrəli uşaq bağçasının həyətində, qalan yarısını isə xx xxxxxx 2020-ci il tarixdə, saat 19:20 radələrində həmin yerdə istifadə etmiş, bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsində olarkən oğurluqda şübhəli bilinərək saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində psixotrop maddə olan metafetamindən qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər X1 hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxx 2020-ci il tarixli, A/815 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun psixotrop maddə olan AMP-dən, yəni metafetamindən istifadə etməsi aşkar edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən narkotik vasitə və psixotrop maddələrin aludəçisi olmasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 12.30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar