Məhkəmə qərarları › İş №3(059)-201/2020

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-201/2020

07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-201/2020 07.12.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1975-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Uzunboyad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Babək Bayramov küçəsində nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs sərxoş vəziyyətdə xx xxxxxx 2020-ci il tarixdə, saat 21:23 radələrində Siyəzən şəhəri, Babək Bayramov küçəsində qonşusu Zərərçəkmiş şəxs, eləcə də onun şəhid olmuş qardaşı Ruslan Məmmədovun ünvanına nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 21:23 radələrində içkili olmuş, habelə bu zaman həyətinə tez-tez baxan Zərərçəkmiş şəxs, həmişəki kimi həyətinə baxdığını görüb, sonuncunu nalayiq ifadələrlə təhqir etmişdir. Bundan əlavə, özü də İ Qarabağ müharibəsinin iştirakçısı olduğundan şəhidlərin ünvanına nalayiq ifadələr işlətməmiş, habelə Zərərçəkmiş şəxs bu barədə bildirdikləri yalan məlumatlardır. Bir daha qeyd edir ki, o, yalnız Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 21:23 radələrində yaşadığı ünvanın həyətində olarkən qonşusu Şəxs içkili vəziyyətdə öz həyətindən onun, eyni zamanda vətən müharibəsində həlak olmuş şəhidlərin, o cümlədən İ Qarabağ müharibəsində şəhid olmuş qardaşı Ruslan Məmmədovun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman o, olanlara dözmədiyindən DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barəsində məlumat vermişdir. Hazırda, Şəxs şikayətçidir və sonuncunun barəsində ciddi tənbeh tədbiri görülməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən görünür ki, Şəxs sərxoş vəziyyətdə xx xxxxxx 2020-ci il tarixdə, saat 21:23 radələrində Siyəzən şəhəri, Babək Bayramov küçəsində qonşusu Zərərçəkmiş şəxs, eləcə də onun şəhid olmuş qardaşı Ruslan Məmmədovun ünvanına nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, 02245 nömrəli protokollaşdırmadan görünür ki, Şəxs alkoqol sərxoşluğu olmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə qismən təqsirli bilməsi barədə verdiyi izahatına tənqidi yanaşaraq hesab edirəm ki, onun təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən halın olmamasını, ağırlaşdıran halın isə olmasını, habelə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on gün) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 14.30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar