Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-202/2024 04.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 21 fevral 2024-cü il tarixli, İXP ******* saylı protokolunun və 13 may 2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X4 29 yanvar 2024-cü il tarixdə, saat 21:13-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Bakı şəhərinin Binəqədi Rayonu ərazisində yerləşən 712 saylı Ekologiya postunda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi üçün saxlanılmışdır. Qeyd edilənlər ilə bağlı X4 barəsində Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi ilə 21 fevral 2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin eyni tarixli, 3(001)-1422/2024 saylı qərarı ilə X4 qeyd olunan maddə ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. Bundan sonra, sözügedən protokol üzrə yenidən Mais Sədrəddinov barəsində 13 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılaraq o, 800 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 yuxarıda qeyd edilən protokoldan və qərardan məhkəməyə şikayət edərək, həmin protokolun və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 29 yanvar 2024-cü il tarixdə, saat 21:13 radələrində Mercedes Benz 1840 markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı, yük avtomobilini idarə edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Ekologiya postunda polis əməkdaşları tərəfindən saxlanılmış və onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Bu səbəbdən də, 21 fevral 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi ilə İXP seriyalı, ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 21 fevral 2024-cü il tarixli qərarı ilə qeyd olunan maddə ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. Buna baxmayaraq, yenidən onun barəsində 13 may 2024-cü il tarixdə eyni xətaya görə həmin maddə ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 800 manat inzibati cərimə edilmişdir. Belə ki, həmin qərar onun idarə etmə hüququ olmadan idarə etdiyi Mercedes Benz 1840 markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı, yük avtomobilinin sahibinə 03 avqust 2024-cü il tarixdə sms vasitəsi ilə göndərilmişdir. Odur ki, barəsində qəbul edilmiş 21 fevral 2024-cü il tarixli protokolun, eləcə də, 13 may 2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, həmin orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 21 fevral 2024-cü il tarixli, İXP ******* saylı protokoldan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli, 3(001)-1422/2024 saylı qərarının surətindən və sözügedən məhkəmənin 15 avqust 2024-cü il tarixli, 1-4876/2024 saylı məktubundan görünür ki, X4 29 yanvar 2024-cü il tarixdə, saat 21:13 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi ilə 21 fevral 2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin eyni tarixli, 3(001)-1422/2024 saylı qərarı ilə o, qeyd olunan maddə ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilmiş, sözügedən qərar dərhal icra edilmiş və qərardan apellyasiya şikayəti verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 13 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 29 yanvar 2024-cü il tarixdə, saat 21:13 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə onun barəsində yenidən 13 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılaraq, 800 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyində (İXM-nin 334-1.1-ci maddəsində) nəzərdə tutulan məsuliyyətə səbəb olur. Bununla da, əldə olunmuş sənədlərdən, eləcə də, məhkəmə iclasında şikayətçinin verdiyi izahatdan məlum olur ki, X4 tərəfindən yol hərəkəti qaydalarının pozulmasına yönələn hərəkətlər edilməsi öz təsdiqini tapsa da, sonuncu barəsində qeyd olunan pozuntu ilə bağlı müvafiq olaraq protokol tərtib edilməklə, yanaşı o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarına əsasən qeyd olunan maddə ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. Buna baxmayaraq, Mais Sədrəddinov barəsində 13 may 2024-cü il tarixdə yenidən eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərar qəbul edilmiş və sonuncu ikinci dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin, qanunvericiliyin tələblərinə görə bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna, eləcə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qanuni qüvvəsini almış qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin qanuni qüvvəsini almış qərarı olmasına baxmayaraq, Mais Sədrəddinov yenidən qanunsuz olaraq eyni fakt üzrə ikinci dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Yəni, Mais Sədrəddinova aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin qanuni qüvvəsini almış qərarı olmasına baxmayaraq, ona yenidən inzibati tənbeh tədbirinin tətbiq edilməsi İXM-nin tələblərinə ziddir. Beləliklə, X3 aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin qərarı olduğundan, həmçinin bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilmədiyindən məhkəmə belə hesab edir ki, hazırkı qərar əsasında Mais Sədrəddinov Azərbaycan Respublikası İXM-in 334-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməzdir. Azərbaycan Respublikası İXM-in 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Bundan əlavə məhkəmə şikayətin “protokolun ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, protokolun ləğv edilməsi qaydası və halları inzibati xətalar qanunvericiliyi ilə təsbit edilmədiyindən, həmçinin həmin protokola əsasən qanuni qüvvəsini almış məhkəmə qərarı olduğundan şikayətin bu hissədə təmin edilməsi istisna edilir. Beləliklə, məhkəmə şikayəti, inzibati tənbeh vermə haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 13 may 2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135.1.5-1 və 128-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 13 may 2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-202/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-202/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver