Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-204/2022 23.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 2000-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 21 noyabr 2022-ci il tarixdə, saat 20:20 radələrində yaşadığı Siyəzən rayonu, Zarat kəndində X1 DİN-nin 102 xidmətindən daxil olmuş müraciəti ilə əlaqədar ünvana getmiş, ictimai qaydanı mühafizə edən Siyəzən RPŞ-nin əməkdaşlarının nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə məhəl qoymamış, habelə onların yanında öz hüquqazidd hərəkətlərini davam etdirərək, sonuncuların onlarla şöbəyə getməklə bağlı qanuni tələbinə də qəsdən tabe olmayaraq, oradan qaçmağa cəhd göstərmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 22 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 21 noyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində sərxoş halda yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki evdə səs-küy saldığı üçün anası Zümrüd İlyasovanın dəvəti ilə ora gəlmiş bibisi Kəmalə Nəzərova DİN-nin 102 xidmətinə zəng vuraraq, ondan şikayət etmişdir. Həmin vaxt əsəbi olmuş, həmçinin yaşadığı ünvana gəlmiş 3 nəfər polis əməkdaşlarını gördükdə, qorxduğuna görə qaçmağa çalışsa da, buna nail ola bilməmiş, sonuncular tərəfindən saxlanılaraq, Siyəzən RPŞ-nin növbətçi hissəsinə aparılıb, təhvil verilmişdir. Bundan əlavə, saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Odur ki, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha belə hərəkət törətməyəcəyi vədinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X4 izahatında göstərdi ki, Şəxs əvvəllər tanımamaqla, ilk dəfə hadisə baş verən gün, yəni 21 noyabr 2022-ci il tarixdə görmüş və ona qarşı hər hansı bir formada ədavəti və ya düşmənçiliyi olmamışdır. 21 noyabr 2022-ci il tarixdə, saat 20:20 radələrində əməliyyat qrupunda olarkən DİN-nin 102 xidmətindən Şəxs yaşadığı ünvanda anası və bacısına təzyiq göstərməsi barədə xalası Zülfiyyə İlyasovanın daxil olmuş müraciəti əsasında o və daha 2 nəfər polis əməkdaşı Siyəzən rayonunun Zarat kəndindəki evə getmiş, ora çatdıqda ünvanın qapısı bağlı olmaqla, içəridən Şəxs qışqırıq səsləri eşidilmiş, qapı açıldıqda, sonuncunun anası tərəfindən saxlanılmasını müşahidə etmiş, həmçinin onları görən Şəxs qaçmaq istəyərək, səs-küy salmağa, nalayiq ifadələr işlətməyə başlamış, hətta onlar tərəfindən saxlanılıb, avtomobilə məcburi əyləşdirilərkən öz hərəkətlərini davam etdirib, avtomobili yumruqlamış, təpikləmiş, ucadan heç nəyi etmədiyini bildirərək, anasıgilə “görərsiniz nə edəcəm” deyə qeyd etmişdir. Buna baxmayaraq, Şəxs məcburi qaydada gətirilərək Siyəzən RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən görünür ki, Şəxs 21 noyabr 2022-ci il tarixdə, saat 20:20 radələrində yaşadığı Siyəzən rayonu, Zarat kəndində X1 DİN-nin 102 xidmətindən daxil olmuş müraciəti ilə əlaqədar ünvana getmiş ictimai qaydanı mühafizə edən Siyəzən RPŞnin əməkdaşlarının nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə məhəl qoymamış, habelə onların yanında öz hüquqazidd hərəkətlərini davam etdirərək, sonuncuların onlarla şöbəyə getməklə bağlı qanuni tələbinə də qəsdən tabe olmayaraq, oradan qaçmağa cəhd göstərmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi və gəncliyi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, təqsirinin dərəcəsini, yəni ilk dəfə bu qəbildən olan inzibati xəta törətməsini, gəncliyi, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd edilən yüngülləşdirən halların mövcud olmasını nəzərə alaraq, onun İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 21 noyabr 2022-ci il tarixdə, saat 20:20-dən faktiki saxlanılsa da, 21:35-dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətaların törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 150 (yüz əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-204/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-204/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver