Məhkəmə qərarları › İş №3(059)-205/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-205/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-205/2022 21.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, X1, Qərarından şikayət verilən orqan- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X4 iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin 27 oktyabr 2022ci il tarixli, EQ seriyalı, 11919037 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X5 27 oktyabr 2022-ci il tarixdə, saat 18:13:33-də Bakı-Quba-Dağıstan sərhədi yolunun 46.5-ci km-də “Chevrolet Cruze” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərinin bağlama qaydasını pozmuşdur. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında 27 oktyabr 2022ci il tarixdə X3 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair həmin tarixli, EQ seriyalı, 11919037 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin 27 oktyabr 2022-ci il tarixli, EQ seriyalı, 11919037 saylı qərarın ləğv edilməklə, İXM-nin 329.1-ci maddəsi ilə xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, 27 oktyabr 2022-ci il tarixdə, saat 18:13 radələrində “Chevrolet Cruze” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı-Quba-Dağıstan sərhədi yolunun 46.5-ci km-də idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Belə ki, təqdim edilmiş fotoşəkillərdən də onun təhlükəsizlik kəmərindən istifadə etməsi, habelə kəmərin onun sol çiynindən gəlib sükanın arxası tərəfə düşdüyü aydın görünür. O, ümumiyyətlə, təhlükəsizlik kəmərini taxmadan nəqliyyat vasitəsinə əyləşmir və avtomaşın idarə etmir. Yəni, o, 27 oktyabr 2022-ci il tarixdə, saat 18:13 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd hərəkət etməmişdir. Odur ki, barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X6 şikayəti qəbul edərək izahatında göstərdi ki, X5 barəsində xüsusi texniki vasitədən istifadə etməklə, əldə edilmiş məlumatı yanlışlıqla mərkəzi informasiya sisteminə ötürmüşdür. Belə ki, şikayətçinin müraciəti əsasında sonradan görüntülərə yenidən baxarkən Cəlal Ağayevin idarə etdiyi nəqliyyat vasitəsinin təhlükəsizlik kəmərinin boz rəngdə olduğu müəyyən edilmişdir. Ola bilər ki, həmin vaxt günəş şüaları nəqliyyat vasitəsinin üzərinə düşmüş və onlar kəmərin olubolmamasını texniki səbəbdən dəqiq müəyyənləşdirməmişlər. Yəni, 27 oktyabr 2022-ci il tarixdə, saat 18:13 radələrində X5 təhlükəsizlik kəmərindən istifadə etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən 18 avqust 2022-ci il tarixdə verilmiş BB seriyalı, 287515 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən, eləcə də elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X8 mülkiyyətindəki 2015-ci il buraxılışlı, “Chevrolet Cruze” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili X3 etibarnaməli idarəçiliyinə vermişdir. İş materiallarına əlavə edilmiş 27 oktyabr 2022-ci il tarixli, EQ 11919037 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 27 oktyabr 2022-ci il tarixdə, saat 18:13:33-də Bakı-Quba yolunun 46.5-ci kilometrliyində “Chevrolet Cruze” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etmiş, bu səbəbdən də, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə olunmaqla, məhkəmə iclasında tədqiq edilmiş, xüsusi texniki vasitə ilə çəkilmiş fotoşəkillərdən görünür ki, X5 27 oktyabr 2022-ci il tarixdə, saat 18:13 radələrində “Chevrolet Cruze” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı-Quba-Dağıstan sərhədi yolunun 46.5-ci km-də idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə inzibati məsuliyyətə səbəb olan əməldir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin Vİ bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən maddələrin dispozisiyasından göründüyü kimi mexaniki nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalıdır. Hərəkət edən avtomobildə təhlükəsizlik kəmərinin bağlanmaması isə Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyində (İXM-nin 329.1-ci maddəsində) nəzərdə tutulan məsuliyyətə səbəb olur. Bununla da, nə təqdim edilən sənədlərdən, nə də məhkəmə iclasında verilmiş izahatlardan X5 tərəfindən yol hərəkəti qaydalarının pozulmasına yönələn hərəkətlər edilməsi öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə Cəlal Ağayevin 27 oktyabr 2022-ci il tarixdə, saat 18:13 radələrində “Chevrolet Cruze” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı-Quba-Dağıstan sərhədi yolunun 46.5-ci km-də idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməsi təsdiqlənməklə, yanaşı bu halın mövcudluğu qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru tərəfindən də etiraf edilmişdir. Qanunvericiliyin tələbinə görə ilk öncə inzibati xəta hadisənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı halda isə inzibati xəta hadisəsinin baş verməsi müəyyən edilmir. Göründüyü kimi inzibati xəta hadisəsi baş vermədiyi halda səthi araşdırma aparılaraq, Cəlal Ağayev qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Yəni, iş üçün əhəmiyyətli sübutlar toplanmadan, tam və hərtərəfli araşdırma aparılmadan Cəlal Ağayevin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi İXM-nin tələblərinə ziddir. Beləliklə, X3 yol hərəkəti qaydalarını pozan hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə belə hesab edir ki, hazırkı qərar əsasında Cəlal Ağayev Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 84-cü maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sözügedən Məcəllənin 12-ci maddəsinin İ hissəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Beləliklə, məhkəmə şikayəti, inzibati tənbeh vermə haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin 27 oktyabr 2022-ci il tarixli, EQ seriyalı, 11919037 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135.1.5-1 və 128-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin 27 oktyabr 2022ci il tarixli, EQ seriyalı, 11919037 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar