Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-209/2023 18.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X3, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxxxx 1983-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "X6" MMC-də ictimai işlər üzrə sosial işçi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 18 avqust 2023cü il tarixdə tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 26 may 2023-cü il tarixdə, saat 08:15-dən 17:21-dək olan müddət ərzində Zərərçəkmiş şəxs maddi məsuliyyətli inzibatçı işlədiyi, Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən “OBA market Siyəzən 5” mağazasından cəmi dəyəri 132 manat 45 qəpik olan “Vestgold”, “Novaya Zemlya”, “Ankor” və “Viola” markalı kərə yağlarını oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, göstərdi ki, Siyəzən RPŞ-nin TQ-un cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı əsasında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, sərxoş vəziyyətdə “OBA market Siyəzən 5” mağazasından eyni gündə oğurluqlar etmiş, habelə hadisənin videogörüntülərinə baxış keçirilərkən, hansı məhsulları yəni, kərə yağlarını oğurladığını bilmişdir. Bundan başqa, həmin mağazanın inzibatçısı onun yaxınlarına zərərin aradan qaldırılması barədə xəbərdarlıq göndərsə də, ilkin vaxt zərərin 60 manat, sonradan 92 manat, daha sonra isə 132 manat olduğu bildirilmişdir. Bundan əlavə, hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri tam ödəməyə imkanı olmasa da, əmək haqqından hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 26 may 2023-cü il tarixdə mağazadan kərə yağlarını oğurlamaqla, 132 manat 45 qəpik ziyan vurmuşdur. Belə ki, o, Gülhüseynə ilkin olaraq 60 manat ziyan vurduğunu bildirsə də, hadisədən bir həftə sonra, videogörüntülərə baxış, eləcə də, fakturalı yoxlamaqla, məbləğin 132 manat 45 qəpik olduğunu bilmişdir. Hazırda dəymiş ziyan ödənilməyib, belə olan təqdirdə Şəxs barəsində inzibati tənbeh olaraq həbs təyin olunmasını xahiş edir. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbirin görülməsi üçün qəbul edilmiş qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərardan görünür ki, Şəxs 26 may 2023-cü il tarixdə, saat 08:15dən 17:21-dək olan müddət ərzində Zərərçəkmiş şəxs maddi məsuliyyətli inzibatçı işlədiyi, Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən “OBA market Siyəzən 5” mağazasından cəmi dəyəri 132 manat 45 qəpik olan “Vestgold”, “Novaya Zemlya”, “Ankor” və “Viola” markalı kərə yağlarını oğurlamışdır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, himayəsində 20 iyul 2015-ci il təvəllüdlü Hüseyn adında bir yetkinlik yaşına çatmayan uşağı olan Şəxs "X6" MMC-də ictimai işlər üzrə sosial işçidir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs oğlunun İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs əməlində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən törədilmiş inzibati xəta əməli nəticəsində vurduğu zərəri ödəməməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yüngülləşdirici halları nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.2, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 23 (iyirmi üç) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 18 avqust 2023-cü il tarixdən saat 10.30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxs Şəxs inzibati xətanı törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(059)-209/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-209/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver