Məhkəmə qərarları › İş №3(059)-21/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-21/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-21/2021 26.01.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs sədri X3 oğlunun iştirakı ilə xx xxxxxx 1980-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Böyük Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, Şəxs sədri vəzifsində işləyən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 549.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Şəxs sədri X2 “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərini pozaraq, xx xxxxxx 2020-ci il tarixli, 12 saylı iclas qərarını (aktını) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq göndərməli olduğu halda, həmin müddətdən gec göndərmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən xx xxxxxx 2020-ci tarixdə Şəxs sədri X1 Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs sədri X3 oğlu özünü İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, sədrlik etdiyi bələdiyyənin xx xxxxxx 2020-ci il tarixli, 12 nömrəli iclas protokolunu inzibati nəzarəti həyata keçirən orqana qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq göndərilməli olduğunu unutmuş, habelə, bələdiyyənin mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 12 saylı iclas qərarını (aktını) Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilməsi məqsədilə xx xxxxxx 2020-ci il tarixdə Siyəzən rayonunun mərkəzi poçt şöbəsinə təqdim etmişdir. Qeyd olunanların, əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, habelə inzibati xəta haqqında işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Belə olan halda, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs sədri X2 İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs sədri X2 “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərini pozaraq, xx xxxxxx 2020-ci il tarixli, 12 saylı iclas qərarını (aktını) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə qəbul edildiyi andan 5 iş günü müddətinə göndərməli olduğu halda, həmin müddətdən gec göndərmişdir. Belə ki, işdə olan sənədlərdən, o cümlədən Şəxs iclasının xx xxxxxx 2020-ci il tarixli 12 saylı protokolundan, eləcə də bələdiyyənin sədri Eyyam Əsgərovun xx xxxxxx 2020-ci il tarixli izahatından görünür ki, qeyd olunan sənəd xx xxxxxx 2020-ci il tarixdə qəbul olunduqdan 5 iş günü keçdikdən sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə aidiyyəti üzrə göndərilməsi üçün poçt qurumuna, oradan isə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin icraatına daxil olmuş, habelə Şəxs sədri Eyyam Əsgərov izahatında mövcud qanunvericiliyin tələblərini pozduğunu etiraf etmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilmişdir ki, bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktların; bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların; yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktların; yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların; bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların; bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların; qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs sədri işləyən X3 oğlunun vəzifəli şəxs olaraq İXM-nin 549.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs sədri X1 məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, vəzifəli şəxs Şəxs sədri X2 barəsində İXM-nin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbehin aşağı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Vəzifəli şəxs Şəxs sədri X3 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar