Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-210/2023 12.09.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X1, xx xxxx 1965-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 30 may 2022-ci il tarixli, İXP seriyalı ******* və ******* nömrəli, 31 may 2022-ci il tarixli, İXP seriyalı, ******* və ******* nömrəli inzibati xəta protokollardan və inzibati xəta haqqında iş materialından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 20 oktyabr 2019-cu il tarixli, EQ ******* saylı, 27 yanvar 2020-ci il tarixli, EQ ******* saylı və 23 iyun 2021-ci il tarixli, EQ ******* saylı, İXM-nn 339.1-1 maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair isə 20 oktyabr 2019-cu il tarixli, EQ ******* saylı, 10 dekabr 2019-cu il tarixli, EQ ******* saylı, 24 yanvar 2020-ci il tarixli, EQ ******* saylı, 13 iyun 2021-ci il tarixli, EQ ******* saylı və 04 iyul 2021-ci il tarixli, EQ ******* saylı qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Siyəzən Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 3(059)-132/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 6 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması təyin edilmiş, habelə bu qərar Şəxs 24 iyul 2023-cü il tarixli ərizəsinə əsasən məhkəmə tərəfindən ona təqdim edilmişdir. Bundan sonra, sözügedən qərardan narazı qalan Şəxs 31 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 3(105)-388/2023 saylı qərarı ilə Siyəzən Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 3(059)-132/2022 saylı qərarı ləğv edilməklə, işə yenidən baxılması üçün material Siyəzən Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi öz qərarında işə yenidən baxılarkən barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirakının təmin edilməli, inzibati xətanın törədilməsi ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsinin araşdırılmalı, Baş Dövlət Yol Polis İdarəsinə “VAZ 2103” minik, 53BA295 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində hansı tədbirlərin görüldüyü ilə bağlı sorğu verilməli, X2 məhkəmə iclasında iştirakının təmin edilməsi üçün tədbirlərin görülməli və digər əhəmiyyət kəsb edən bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmalı və qanunun tələblərinə cavab verən qərarın qəbul edilməli olmasını göstərmişdir. Bununla əlaqədar, işin məhkəmə iclası əvvəl 05 sentyabr 2023-cü il tarixə, saat 14:00-a, sonuncu dəfə isə 12 sentyabr 2023-cü il tarixə, saat 15:45-ə təyin edilmiş, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilk iclasda məhkəməyə gəlməyərək, ərizə ilə müraciət edib, vəkil ilə müqavilə bağlayacağının nəzərə alınmasını, buna görə də iclasın 12 sentyabr 2023-cü il tarixə təxirə salınmasını xahiş etsə də, o, eləcə də sonuncu inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Siyəzən rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, məhkəmə barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirakının təmin edilməsi üçün sonuncuya müvafiq məhkəmə bildirişi və SMS vasitəsilə məlumat verilsə də, Şəxs məhkəmə iclaslarında iştirak etməmişdir. Bundan başqa iş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin məktublarından da göründüyü kimi qeyd olunan avtomobil etibarnamə ilə Qəbələ rayonu, Zirik kənd sakini X3 verilmiş və tədbir görülməsi üçün Qəbələ rayon Polis Şöbəsinə tapşırılmışdır. Bununla da, avtomobilin hazırda faktiki olaraq kimin tərəfindən idarə edilməsi, o cümlədən Şəxs inzibati xətaların törədilməsinə aidiyyətinin olması təfərrüatlı araşdırılmamışdır ki, bu barədə yaranmış şübhələrin də aradan qaldırılması məhkəmə iclasında mümkün olmamışdır. Ona görə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Qeyd olunan məsələlərin isə qısa zaman, yəni on beş gün ərzində həll edilməsi sadalanan səbəblərdən mümkün olmamışdır. Digər tərəfdən məlum avtomobili idarə edərək inzibati xətaları törədən şəxsin kimliyinin aydınlaşdırılmaması məhkəmə aidiyyətinin də müəyyən edilməsində çətinliklər yaratmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin İ və İİ hissələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Bu mənada, işin düzgün həlli üçün əhəmiyyətli olan hallara (iş materiallarında olan sənədlərlə işin faktiki hallarının vəhdətdə) araşdırılaraq, lazımi hüquqi qiymətin verilməsi məhz səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Yuxarıda qeyd edilənlər araşdırma predmeti olduqdan sonra inzibati xətanın törədilməsi ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi aidiyyəti üzrə məhkəmə tərəfindən araşdırıla bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Beləliklə, təqdim olunmuş sənədlərdən görünür ki, qanunun qeyd edilən tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. İXM-nin 109-cu maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Bununla da, qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş 30 may 2022-ci il tarixli, İXP seriyalı ******* və ******* nömrəli, 31 may 2022-ci il tarixli, İXP seriyalı, ******* və ******* nömrəli inzibati xəta protokollar və əlavə edilmiş materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Vüqar Seyidov.
Məhkəmə qərarları › İş №3(059)-210/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-210/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver