Məhkəmə qərarları › İş №3(059)-214/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-214/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-214/2022 01.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxxxx 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 09 noyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində Zərərçəkmiş şəxs maddi məsuliyyətli inzibatçı işlədiyi, Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən "xxxx" MMCnin 2 saylı filialından 1 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını oğurlamaqla Zərərçəkmiş şəxs 19,70 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, 27 noyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs maddi məsuliyyətli inzibatçı işlədiyi, Siyəzən şəhərinin H.Əliyev küçəsində "xxxx" MMC-nin 2 saylı filialından 1 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını oğurlamaqla Zərərçəkmiş şəxs 19,70 manat məbləğində ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 01 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 3(059)-214/2022 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-214/2022 saylı və 3(059)- 215/2022 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-214/2022 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, göstərdi ki, Şəxs 09 noyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində Zərərçəkmiş şəxs maddi məsuliyyətli inzibatçı işlədiyi, Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən "xxxx" MMCnin 2 saylı filialından 1 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını oğurlamaqla, Zərərçəkmiş şəxs 19,70 manat məbləğində ziyan vursa da, deməsinə görə həmin kərə yağını zərərçəkmiş şəxsə qaytarmışdır. Bundan başqa, o, 27 noyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində yenidən qeyd olunan mağazadan 1 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını oğurlamaqla, Zərərçəkmiş şəxs 19,70 manat məbləğində ziyan vurmuş, habelə bu kərə yağını naməlum şəxsə satmışdır. Bununla bağlı videogörüntülər də mövcuddur. Bununla da, Şəxs barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 09 noyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin 2 saylı filialından 1 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını rəfdən oğurlamaqla, onu gödəkcəsinin cibinə qoyub, aparmış, lakin bu yağı qaytarmışdır. Bundan sonra, o, 27 noyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində yenidən eyni mağazaya daxil olaraq, əvvəldə olduğu kimi 1 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını oğurlamış, amma onu qaytarmamışdır. Buna baxmayaraq, o, sonuncu əməlinə görə vurduğu zərəri də aradan qaldırmağa vəd verir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs 09 noyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində və 27 noyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində onun maddi məsuliyyətli inzibatçı işlədiyi, Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin 2 saylı filialına daxil olaraq, mağazadan hər dəfə 1 ədəd olmaqla, ümumilikdə 2 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını oğurlamış, bu yağlardan yalnız birini qaytarmışdır. Hər iki halla əlaqədar ayrı-ayrılıqda Siyəzən RPŞ-yə şikayət etmişdir. Belə ki, ilk hadisəni 09 noyabr 2022-ci il tarixdə işçinin şübhəsi ilə əlaqədar saat 10:30 radələrində təhlükəsizlik kamerasına baxarkən videogörüntüyə əsasən müəyyən etsə də, 27 noyabr 2022-ci il tarixdə baş vermiş hadisəni mağazada olan müştərinin təklifi əsasında baxdığı videogörüntü ilə təsbit etmişdir. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyanın əvəzinin qismən ödənilməsinə, yəni 09 noyabr 2022-ci il tarixdə oğurlanmış kərə yağının qaytarılmasına baxmayaraq, ondan hər iki xırda talama hadisəsi ilə bağlı şikayətçidir və barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 09 və 28 noyabr 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlardan görünür ki, Şəxs əməllərində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərarlardan və işin faktiki hallarından görünür ki, Şəxs 09 noyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində Zərərçəkmiş şəxs maddi məsuliyyətli inzibatçı işlədiyi, Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən "xxxx" MMC-nin 2 saylı filialından dəyəri 19,70 manat olan 1 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını, daha sonra, eyni qaydada 27 noyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində dəyəri 19,70 manat olan 1 ədəd 1,745 qram çəkidə “Super Sun” kərə yağını, ümumilikdə 2 ədəd kərə yağını oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 39,40 manat məbləğində ziyan vurmuşdur. İşdə olan 01 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədən görünür ki, Şəxs onun inzibatçı işlədiyi "xxxx" MMC-nin 2 saylı filialından 09 və 27 noyabr 2022-ci il tarixlərdə “Super Sun” kərə yağlarını oğurlamış, həmçinin bu yağlardan birini qaytarsa da, digərini qaytarmamışdır. Odur ki, o, Şəxs şikayətçidir və sonuncu barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi onun zərərçəkmiş şəxsə vurduğu zərəri qismən ödəməsini, yəni oğurladığı kərə yağlarından birini qaytarması nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməllərində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən onun əvvəllər də inzibati xətalar törətməsinə görə müvafiq olaraq inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək niyyətinin olmamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, bununla belə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, habelə az miqdarda dəyən ziyanın yarısının ödəməsini və bunun da onun məsuliyyətini yüngülləşdirən hal olmasını nəzərə alaraq, Şəxs İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.3-1, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 220 (iki yüz iyirmi) saat ictimai işlər təyin olunsun. İnzibati tənbehin müddəti Şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılsın. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxs Şəxs inzibati xətanı törətməsi nəticəsində ona qalıq 19,70 (on doqquz manat 70 qəpik) manat məbləğində dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar