Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-215/2023 29.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Şəmiyeva (Bayramova) Cəmalə Akif qızının, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə 26 avqust 1979-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1, hazırki A.Qaradağlı küçəsi ev 52 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs Siyəzən Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(059)-456/2022 saylı icra vərəqəsinə əsasən 1489 manat aliment borcunu Şəmiyeva (Bayramova) Cəmalə Akif qızına ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən 29 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mütəmadi olaraq heç bir yerdə işləmir. Belə ki, sonuncu Dövlət Statistika Komitəsi Siyəzən Rayon Statistika İdarəsində rəsmi qaydada işləyərkən, iş rejimini pozduğu üçün onunla olan əmək müqaviləsinə xitam verilmiş, habelə Şəxs bundan sonra, quş saxlama sexində fəhlə işləsə də, oradakı işindən özü çıxmışdır. Belə olan halda Şəxs işə qəbul olunandan sonra, aliment borcunu vaxtlı-vaxtlında ödəyəcəyinə dair vədinin obyektiv qiymətləndiriləməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, maddi vəziyyəti ilə əlaqədar icra vərəqəsi üzrə borcunu tam şəkildə ödəyə bilmir, belə ki, daimi iş yeri yoxdur. Lakin, fəhləlik etməklə, habelə anasının pensiyası ilə şəxsi ehtiyaclarını qismən qarşılayır. Bundan başqa, tələbkara aliment borcundan hər ay ödəniş etsə də, son vaxtlar ödəniş edə bilməmiş, habelə tələbkara 1489 manat məbləğində aliment borcu yaranmışdır. Bununla yanaşı "xxxx" MMC-yə işə qəbul olunmaq üçün müraciət etmiş, habelə qısa zaman ərzində MMC-yə işə qəbul olunaraq, onunla əmək müqaviləsi bağlanacaqdır. Odur ki, işə qəbul olunandan sonra, aliment borcunu vaxtlı-vaxtlında ödəyəcəyinə dair vədinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs Şəmiyeva (Bayramova) Cəmalə Akif qızı izahatında göstərdi ki, Şəxs aliment borcunu vaxtlı-vaxtında ödəmir, habelə ödəməkdən imtina edir. Belə ki, Şəxs 2023-cü ilin aprel, may və iyun aylarında hər ay 100 manat aliment borcundan ödəniş etsə də, son ayların aliment borcunu ümumiyyətlə ödəməmişdir. Bundan başqa, Şəxs işə qəbul olunacağı barədə dedikləri yalandır. Odur ki, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(059)-456/2022 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 09 (doqquz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 29 avqust 2023-cü il tarixdən saat 11:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(059)-215/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-215/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver