Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-218/2022 06.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən Vəkil, zərərçəkmiş şəxs X7, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X5 iştirakları ilə xx xxxx 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “X18” MMC-də ictimai işlər üzrə sosial işçi qismində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci və 510-cu maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 sentyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən rayonunun inzibati ərazisində yerləşən Siyəzən X1 ucadan səs-küy salaraq mərkəzin iş ahəngini pozmaqla, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol vermişdir. Bundan başqa, o, 24 sentyabr 2022-ci il tarixdə, saat 18:45 radələrində Siyəzən rayonunun Yenikənd kəndində X8 yumruq zərbəsi vuraraq, sonuncuya qəsdən dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X9 tərəfindən 06 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 3(059)-218/2022 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-218/2022 saylı və 3(059)- 219/2022 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-218/2022 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X9 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 12 sentyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən rayon X1 həkim X3 qəbulunda olarkən ucdan nalayiq ifadələr işlətmiş, habelə orada olan Əhməd Əhmədov və Pərvin Talıbov bunun şahidi olmuşlar. Bundan başqa, Şəxs 24 sentyabr 2022-ci il tarixdə, saat 18:45 radələrində zərərçəkmiş şəxs X8 yumruq zərbəsi vuraraq, sonuncuya fiziki ağrı yetirmişdir. Belə ki, Elçin Əliyev şöbədə izahat verərkən bildirmişdir ki, o, işdən çıxıb yaşadığı ünvana qayıdarkən tanımadığı nömrədən mobil telefonuna zəng gəlmiş, habelə zəng edən şəxs ondan dana satıb-satmamasını soruşmuş, Elçin satmadığını bildirmişdir. Bundan sonra, Elçin Əliyev Bakı-Quba-Dağıstan sərhədi yolunda avtomobildən düşüb, Siyəzən rayonun Yenikənd kəndindəki yaşadığı evə piyada gedərkən, tanımadığı Vaqif adlı taksı sürücüsü və Şəxs avtomobili onun yanında saxlamış, bu zaman Şəxs ilə Elçin Əliyev arasında yaranmış mübahisə zamanı, Şəxs Elçin Əliyevə xəsarət yetirsə də, Vaqif adlı şəxs onları ayırmağa çalışmış, həmçinin təxminən 10 dəqiqə davam edən mübahisə Elçin Əliyevin atası Adil Əliyevin hadisə yerinə gəlməsi nəticəsində sona çatmış, həmçinin Namiq və Vaqif gəldikləri avtomobilə əyləşərək, hadisə yerindən getmişlər. Hadisə zamanı Elçin Əliyevin xəsarət alması barədə Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və X2 müvafiq rəyi olmaqla, sonuncu Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci və 510-cu maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, qardaşı Rövşən Hüseynquliyev fərdi qaydada işləyərkən çanaq sümüyündən xəsarət almış, buna görə 12 sentyabr 2022-ci il tarixindən təxminən 3 gün əvvəl Siyəzən rayon MDM-yə getmiş, habelə orada həkim X3 qəbulunda olmuş, sonuncu isə onun qardaşının çanaq sümüyündə problem olmadığını bildirmişdir. Bundan sonra, qardaşı, anası və arvadı ilə birlikdə el arasında “sınıqçı” kimi tanınan şəxsin yanına getmişlər və orada qardaşı Rövşənin çanağı “türkə-çarə” ilə müalicə edilmişdir. Sonra, qardaşının ağrıdığını görmüş, ondan sağalıb-sağalmadını soruşmuş və sonuncunu 12 sentyabr 2022-ci il tarixdə, saat təxminən 11:00 radələrində müayinə olunması üçün Siyəzən rayon MDM-yə gətirmişdir. Orada həkim Səftər Zeynalovun qəbuluna yazılması üçün nömrə almış, habelə sonucunun otağına daxil olub, qardaşının problemini bildirmək istəyərkən, Səftər Zeynalov qardaşını qəbul etmiş, ona isə dəhlizdə gözləməsini bildirərək, qapını bağlamışdır. Bundan sonra, o, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 1542 xidmətinə zəng vurmuş, habelə bu barədə bildirmişdir. Bununla yanaşı, qeyd edir ki, Siyəzən rayon MDM-də olarkən ucadan nalayiq ifadələr işlətməmiş, səs-küy salmamış, DM-nin iş ahəngini pozmamış, habelə o, DM-də olarkən həkim Əhməd Əhmədov onu görmüş, həmçinin sonuncu onun nalayiq ifadələr işlətməyini təsdiq edə bilər. Bundan başqa, mərhum Rasim Əliyev onun dostu olmaqla, sonuncu ilə birlikdə “Ramko” şirkətində işləmiş, Rasim Əliyev xəstə olduğu vaxt, onu ziyarət etmiş, habelə usta kimi onun evində santexnik işlərini görmüşdür. Rasim Əliyev vəfat etdikdə, sonuncunun oğlu Əli ondan yas mərasiminə molla gətirməsini xahiş etmiş, o da, mərhum atasının yas mərasimini idarə etmiş, Hacı adı ilə tanıdığı şəxsi mərhum dostu Rasim Əliyevin yas mərasiminə gətirmiş və sözügedən molla mərhumun üç mərasimində iştirak etmiş, habelə bununla bağlı heç bir narazılıq olmamışdır. Bundan sonra, yəni 23 sentyabr 2022-ci il tarixdə mərhum Rasim Əliyevin qırx mərasimi keçirilərkən o, Hacı adı ilə tanıdığı mollanı həmin yas mərasiminə təkrarən gətirmiş, saat təxminən 12:00 radələrində el adətinə uyğun məclisə gəlmiş şəxslər mərhumun qəbrini ziyarət etmək üçün mərasimin yerindən çıxıb, bayırda gözləyərkən, Elçin Əliyev barmağı ilə onu çağırmış, habelə mərasimin keçirildiyi yerin arxa tərəfində ondan, mollanın “zir-zibili götürüb” mərasimi tərk etməsini istəmişdir. Bu zaman Elçin Əliyevə mərasim bitdikdən sonra məsələni aydınlaşdırarıq deyə bildirmiş, habelə həmin mollanın gəlməsini mərhumun oğlu Əlinin istəməsini qeyd etmişdir. Lakin, Elçin Əliyev mollanı məclisə gətirənin ünvanına nalayiq ifadələr işlədərək, ondan məclisi tərk etməsini tələb etmişdir. Bundan sonra o və Hacı adlı molla məclisi tərk etmiş, yenindən məclisə qayıtmayaraq, mərhumun oğlu Əliyə zəng vurub, hadisə barədə məlumat vermişdir. Elçin Əliyev onun ünvanında nalayiq ifadələr işlətdiyindən, bunu aydınlaşdırmaq məqsədi ilə 24 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Yenikənd kəndinə gəlmiş, kəndin girəcəyində Vaqif adlı şəxsi görmüş, yağış yağdığı üçün sonuncunun avtomobilinə əyləşmiş və kəndə də olan mağazadan siqaret alıb, təkrarən kəndin girəcəyinə qayıdarkən Elçinin atası Adil Əliyevin avtomobilini görmüş, bununla da Elçinin işdən evə gələcəyinə əmin olmuşdur. Bir qədər sonra, Elçinin körpünün altı ilə gəldiyini görüb, ona yaxınlaşmış, ünvanına hansı səbəbdən nalayiq ifadələr işlətməsini soruşmuş, bu zaman sonuncu onun qolundan tutmuş və atası Adil Əliyevin avtomobilinə tərəf dartmışdır. Həmin vaxt qolunu Elçinin əlindən dartdıqda, qolu özündən biixtiyar sonuncunun üz nahiyəsinə dəymişdir. Bu hadisə təxminən 3 dəqiqə, habelə hər ikisi ayaq üstə olarkən davam etmiş, mübahisə zamanı əynində olan köynək cırılsa da, bu barədə şikayət etməmişdir. Elçin və onun atası kürəyindən daş ilə vursalar da, Vaqif adlı şəxs yalnız onları ayırmışdır. Qeyd edir ki, səhhətində problemlər olmaqla, ürəyindən əməliyyat olunmuşdur. Belə olan halda isə Elçin Əliyevə fiziki gücü çata bilməzdir. Həmçinin, hadisədən 4-5 gün sonra Siyəzən RPŞ-yə çağırılaraq, izahatı alınmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 izahatında göstərdi ki, mərhum əmisi Rasim Əliyevin yas mərasiminə Şəxs tərəfindən molla dəvət olunsa da, həmin məclisdə yaşadıqları kəndin mollası Mirələm ağa da iştirak edib, habelə sonuncu məclisi idarə etməklə, kənar mollanın məclisdə iştirakı zəruri olmamışdır. Eyni zamanda, Namiqin məclisə gətirdiyi mollanı mərhumun oğlu Əli və ya arvadı Nəsibə ilə razılaşdırıb, gətirməsi barədə bir söz deyə bilməz, lakin, bibilərindən eşitdiyinə görə həmin mollanı məclisə Namiq özü dəvət edib. Namiqin də mərhum əmisi ilə dost olmasını eşitməmiş, hətta bu barədə atasının, əmilərinin və bibilərinin də məlumatı olmamışdır. 23 sentyabr 2022-ci il tarixdə mərhum əmisini qırx mərasimi keçirilərkən, saat təxminən 12:00 radələrində orada iştirak edən şəxslər, həmçinin kəndin mollaları qəbri ziyarət etmək üçün məclisdən bayıra çıxsalar da, Namiqin gətirdiyi molla öz çıxışına davam etmiş, hətta məclisdə onu dinləyən 5-6 nəfər şəxsdə olmuşdur. Bu hal məclis iştirakçılarının narazılığına səbəb olduğundan, o, bu barədə mərhumun kürəkəni İgidə, sonuncu isə öz növbəsində Namiqə bildirmişdir. Bundan sonra, Namiq də özü ilə gətirdiyi mollaya narazılıq barədə bildirmiş, sonuncuda çıxışını dayandırmışdır. Bundan sonra, məclisdə iştirak edən şəxslər qəbri ziyarət etmək üçün getmiş, habelə qayıtdıqdan sonra, İgid Namiqi mərasimin keçirildiyi yerin arxa tərəfinə dəvət etmiş, o da, həmin yerə yaxınlaşmışdır. Bu zaman İgid Namiqdən mollanı kimin dəvəti ilə gətiridiyini soruşduqda, sonuncunu mərhumun arvadı Nəsibənin, daha sonra isə oğlu Əlinin adını söyləmiş, habelə İgid və Əli arasında bu barədə telefon danışığı baş tutmuşdur. Sonra Namiqdən mollanın pulunu kimin verəcəyi soruşulduqda, o, mərhumla dost olduğunu bildirib, pulu da özünün verəcəyini bildirmişdir. Bundan sonra, Namiqdən molla ilə birlikdə məclisi tərk etməsini istəmiş, onlar məclisi tərk etsələr də, məclisləri müəyyən müddət davam etmişdir. Səhəri gün yəni, 24 sentyabr 2022-ci il tarixdə, saat təxminən 17:30 radələrində işdən yaşadığı evə qayıdarkən tanımadığı nömrədən mobil telefonuna zəng gəlmiş və səsindən tanıdığı Şəxs ondan dana satıb-satmamasını soruşmuş, o da, cavabında satmadığını bildirmişdir. Bundan sonra, Bakı-Quba-Dağıstan sərhədi yolu yaşadığı kəndə gəlmiş, habelə yolun kənarında avtomobildən düşüb, kəndə tərəf istiqamətlənmiş, habelə onu yaşadıqları evə aparmaq üçüm gələn atası Adil Əliyevin avtomobilini görmüş, bu zaman “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı, süd rəngli avtomobil istiqaməti Bakı-Quba-Dağıstan sərhədi yoluna tərəf saxlamış, habelə avtomobildən düşən Şəxs heç bir söz demədən sol əlindən tutmuş və sağ əli sağ üz nahiyəsindən yumruq zərbəsi ilə vurmuşdur. Həmin vaxt, müqavimət göstərməyə cəhd etsə də, arxadan adını sonradan bildiyi Vaqif adlı şəxs onu tutmuş, habelə arxaya tərəf dartdıqda yerə yıxılmış, sol ayağında diz nahiyəsindən və sol qolundan xəsarətlər almış, habelə Namiq onun əlini dişləmişdir. Sonra atası mübahisə edənlərin kim olmalarını bilmədən oraya yaxınlaşdıq da, onu görmüş və bu zaman Namiq qaçaraq, Vaqifin avtomobilinə əyləşib, getmişlər. Təxminən 10-15 dəqiqə davam edən mübahisə zamanı ona cəmi 400 manat maddi ziyan da dəymiş, belə ki, üzərində olan əşyalar, o cümlədən gümüşü boyunbağı, 67 manat pulu, mobil telefonun üzlüyü və portativ enerji yükləyicisi itmişdir. Hazırda Şəxs şikayətçi olmaqla, barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında göstərdi ki, Siyəzən MDM-də 11 il olar, ümumilikdə isə 40 ildir həkim-travmatoloq işləyir. 12 sentyabr 2022-ci il tarixdə məzuniyyətdən yeni qayıtdığı üçün qəbulunda xəstə çox olmuş, həmin gün saat təxminən 10-11:00 radələrində əvvəllər tanıdığı Rövşən Hüseynquliyev və əvvəllər tanımadığı, habelə sonuncunun qardaşı olduğunu sonradan öyrəndiyi Şəxs qəbuluna gəlmiş, qəbulunda xəstə olduğu üçün onlara dəhlizdə gözləməyi məsləhət bilmişdir. Qeyd edir ki, hadisə baş verdiyi gündən təxminən 3-4 gün öncə Rövşən Hüseynquliyev qəbulunda olmuş, sonuncunun sağ ayağının diz nahiyəsini müayinə edib, müalicəsini yazmışdır. Bundan sonra, Namiq dəhlizdə səs-küy salmağa başladığından, habelə qəbula gəlmiş xəstələrdə mənfi fikir yaranmamasına görə onlara onları qısa zaman ərzində qəbul edəcəyini bildirmiş, habelə qəbul etmişdir. Qəbul zamanı Rövşən sağ diz nahiyəsində problem olduğunu bildirsə də, Namiq təkidlə çanaq sümüyündə problem olduğunu bildirib, çanaq sümüyünün rentgenə yazılması üçün göndəriş yazmasını tələb etmiş, sonuncuya həkimin özü olduğunu, işinə qarışmamasını bildirdik də isə, Namiq yenidən səs-küy salmış, habelə TƏBİB 1542 xidmətinə zəng vuracağını bildirmişdir. Bundan sonra, Namiqi otağından çıxartmağa cəhd etsə də, buna nail ola bilməmiş, buna görə mühafizəçi Pərvin Talıbovu otağına çağırmış və sonuncunun köməkliyi ilə Namiqi otağından uzaqlaşdırmışdır. Sonra o, Rövşənin diz nahiyəsinin rentgenə salınması üçün göndəriş yazmış, habelə sonuncundan qəbuluna hansı səbəbdən qardaşı ilə gəldiyini soruşmuş, Rövşən isə qardaşı Namiqin özünün gəlmək istədiyini bildirmişdir. Daha sonra, Namiq yenidən onun otağına gəlmiş və qardaşının diz nahiyəsinin deyil, ümumilikdə sağ ayağının rentgenə salınmalı olduğunu bildirərək, buna görə göndəriş yazmadığı üçün onunla mübahisə etməyə, yüksək səslə səs-küy salmağa, iş ahəngini, ictimai qaydanı pozmağa başlamışdır. O, yenidən mühafizəçini çağırmış, habelə Namiqi oradan uzaqlaşdırmağı tələb etmişdir. Bundan sonra, Namiq Hüeynquliyev hər gün Siyəzən rayon MDM-yə gələrək otağının və orada işləyən arvadının otağının önündə dayanmış, yollar yaxşı olmadığı üçün işə gecikdiyində, mobil telefonla danışır görüntüsü yaradaraq, kiməsə “yarım saat gecikdi”, “işə gəlmirlər” deyə bildirmiş, müayinə etdiyi xəstələrdən onlara hansı dərman yazdığını soruşmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X12 izahatında göstərdi ki, Siyəzən MDM-də həkim-cərrah işləyir. 12 sentyabr 2022-ci il tarixdə, saat təxminən 10-11:00 radələrində işlədiyi Siyəzən rayon MDM-də otağında olarkən səs-küy gəldiyini eşitmiş, buna görə dəhlizə çıxsa da, səs-küy salanın kim olduğunu görməmiş, habelə nalayiq ifadələr eşitməmişdir. Habelə, rayon Polis Şöbəsində adından yazılmış izahatı oxumadan imza etmişdir. Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Rəşad Təhməzov tərəfindən qəbul edilmiş 25 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərara alınmışdır. Bundan başqa, Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Emil Zülfüqarov tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X10 26 sentyabr 2022-ci il tarixli, 236 nömrəli rəyinin surətindən görünür ki, X7 bədəni üzərində üzün sağ almacıq nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ diz və sağ dirsəyin sıyırılmış yaraları, sağ əlin və sol saidin dəri yaraları (dişləmə izləri), sağ ayağın orta barmağının qançırı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti bir-iki günə qədər olub 24 sentyabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 20 iyul 2006-cı il təvəllüdlü Yusif və 04 iyul 2008-ci il təvəllüdlü Sadiq adında iki yetkinlik yaşına çatmayan övladı olan Şəxs “X18” MMC-də ictimai işlər üzrə sosial işçi qismində çalışır. İşdə olan zərərçəkmiş şəxs X11 tərəfindən 06 dekabr 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçidir və sonuncunun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etməklə, yanaşı hadisə zamanı Şəxsun ona 400 manat məbləğində maddi ziyan vurduğunu da göstərmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, işdə olan sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 sentyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən rayonunun inzibati ərazisində yerləşən Siyəzən X1 ucadan səs-küy salaraq mərkəzin iş ahəngini pozmaqla, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol vermiş, həmçinin 24 sentyabr 2022-ci il tarixdə, saat 18:45 radələrində Siyəzən rayonunun Yenikənd kəndində X8 yumruq zərbəsi vuraraq, sonuncuya qəsdən dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci və 510-cu maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, Şəxs İXM-nin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bununla belə onun məsuliyyətini yüngülləşdirən halların olmasını, o cümlədən himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, ictimai-faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 157-ci və 510-cu maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 400 (dörd yüz) manat inzibati cərimə tətbiq edilsin. Zərərçəkmiş şəxs X8 Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-218/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-218/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver