Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-223/2024 02.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X4, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakları ilə 18 avqust 1986-cı il tarixdə Quba rayonunun Xaltan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Quba rayonunun Xaltan kəndində qeydiyyatda olmaqla, Siyəzən rayonunun Yenikənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs, Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(059)-101/2022 saylı icra vərəqəsinə əsasən yaranmış 8000 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən 02 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli icra vərəqəsi Quba rayon icra və probasiya şöbəsindən 12 oktyabr 2022-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. Bundan sonra, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbin könüllü icrası haqqında bildiriş təqdim olunmaqla yanaşı, sonuncuya məsuliyyəti izah edilmişdir. Lakin, Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Şəxs tərəfindən ayda təxminən 15-20 manat olmaqla, cəmi 250 manat məbləğində aliment borundan ödəniş edilmiş, habelə sonuncu sözügedən məhkəmənin 19 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olaraq 12 (on iki) gün müddətində həbs edilmişdir. Bundan başqa, Şəxs hər hansı gəlir yerinin olması barədə müvafiq sorğular göndərilmiş, həmçinin, X3 X1 Filialından 15 avqust 2024-cü il tarixdə şöbəyə daxil olmuş məktubda sonuncunun iş axtaran kimi agentlikdə qeydiyyatda olduğu, lakin, ona təklif edilmiş işlərdə işləməkdən imtina etdiyi qeyd edilmişdir. Bununla belə, zərərçəkmiş şəxs X7 hazırkı vaxtadək yaranmış 8000 manat aliment borcunun tam şəkildə ödənilməsini, əks təqdirdə Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Həmçinin, Siyəzən rayon icra və probasiya şöbəsinin 09 iyul 2024-cü il tarixli qərarı ilə axtarışda olan Şəxs rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 02 sentyabr 2024-cü il tarixdə, saat 11:30-da saxlanılaraq rayon icra və probasiya şöbəsinə gətirilib təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək, izahatında göstərdi ki, o, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, hər ay 300 manat məbləğində qazanc əldə edir. Bununla yanaşı, sözügedən icra sənədinə əsasən aliment borcundan hazırkı vaxtadək cəmi 250 manatdan artıq ödəniş etməklə yanaşı, yaranmış aliment borcu 8000 manat təşkil etmir. Bundan başqa, Zərərçəkmiş şəxs hərəkətləri nəticəsində onlara verilən ünvanlı sosial yardım dayandırılmışdır. Hazırda isə 8000 manat aliment borcunu bir dəfəlik tam şəkildə ödəməyə imkanı olmasa da, ümumilikdə ayda 100 manat ödəniş edə bilər. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 44 günlük vətən müharibəsində şəhid olmuş qardaşı X8 görə onlara Sumqayıt şəhəri ərazisində verilmiş mənzildə Şəxs ilə birgə nikahdan doğulmuş övladları İlahə və İslam ilə birlikdə yaşayır. Bundan başqa, Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qətnaməsi ilə hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat məbləğində alimentin borclu Şəxs onun xeyrinə tutulması qət edilsə də, Şəxs ümumilikdə aliment borcundan cəmi 250 manat ödəniş etmiş, sonuncunun hazırkı vaxta 8000 manat ödənilməmiş aliment borcu yaranmışdır. Bununla da, aliment borcunun tam şəkildə ödənilməsini tələb etməklə, yanaşı Şəxs şikayətçidir, habelə sonuncu barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(059)-101/2022 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 09 iyul 2024-cü il tarixdə borclu barədə axtarış elan edilmişdir. İş materiallarında olan Siyəzən rayon Polis Şöbəsinin 02 sentyabr 2024-cü il tarixli, 3-13-106/4xx/xx/2024 saylı məktubunun və Siyəzən rayon icra və probasiya şöbəsinin 09 iyul 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarının surətlərindən görünür ki, axtarışda olan Şəxs 02 sentyabr 2024-cü il tarixdə, RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək, həmin tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə gətirilib təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş, Siyəzən Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 3(059)-224/2022 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona inzibati tənbeh olaraq 12 (on iki) gün müddətində həbs təyin edilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs 02 sentyabr 2024-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs ona Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli icra vərəqəsinə əsasən 8000 manat aliment borcunun yarandığını, həmin borcu ödəmədiyini, həmçinin borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi qismən etirafedici izahatına tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər, eyni kateqoriyadan olan inzibati xəta törətməklə, Siyəzən Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 3(059)-224/2022 saylı qərarı ilə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, həmçinin aliment borcunun miqdarının kifayət qədər yüksək olmasını, uzun müddət ərzində ümumiyyətlə, ödənişlərin olmamasını, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış elan edilməklə, müəyyən müddətdə axtarışda olmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla, inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Bundan başqa, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 02 sentyabr 2024-cü il tarixdə, saat 11.30 radələrindən faktiki saxlanılması və bundan sonra sərbəst buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 02 sentyabr 2024-cü il tarixdən saat 11:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-223/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-223/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver