Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-224/2022 19.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə 18 avqust 1986-cı il tarixdə Quba rayonunun Xaltan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba rayonunun Xaltan kəndində qeydiyyatda olmaqla, Siyəzən rayonu, Yenikənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(059)-101/2022 saylı icra vərəqəsinə əsasən cəmi 3080 manat aliment borcunu tələbkar Quliyeva (Məcidova) Aygül Fuad qızına ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6 tərəfindən 19 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(059)-101/2022 saylı icra sənədinə əsasən 19 iyul 2013-cü il təvəllüdlü X2 və 10 may 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 17 dekabr 2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı X5 xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Borclu Şəxs Quba rayonunun Xaltan kəndində qeydiyyatda olduğu üçün icra sənədi icra edilməsi məqsədilə Quba rayon icra və probasiya şöbəsinə göndərilsə də, araşdırma zamanı sonuncunun Siyəzən rayonunun Yenikənd kəndində yaşaması müəyyən edilməklə, 16 sentyabr 2022-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilərək Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Daha sonra, 12 oktyabr 2022-ci il tarixdə borclu Şəxs yaşadığı ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilməklə yanaşı, istifadəsində olan mobil nömrəyə “SMS” bildiriş də göndərilmişdir. Bundan sonra, 14 oktyabr 2022-ci il tarixdə borclu icra və probasiya şöbəsinə çağırılmaqla, ona bildiriş təqdim edilmiş, habelə bu zaman işlədiyi yer müəyyən edilərək, icra sənədinin icrası ilə əlaqədar tələbin onun əmək haqqına yönəldilməsi üçün "xxxx" MMC-yə məktub göndərilsə də, borclu işdən çıxdığı üçün tələbin borclunun əmək haqqına yönəldilməsi mümkün olmamışdır. Beləliklə, zərərçəkmiş şəxs Quliyeva (Məcidova) Aygül Fuad qızının 06 dekabr 2022-ci il tarixli ərizəsinə əsasən borclu şöbəyə dəvət olunaraq izahatı alınmışdır. Borclunun ödəniş etməsi ilə bağlı rəsmi sübut olmasa da, zərərçəkmiş Zərərçəkmiş şəxs başqa mülki iş üzrə izahat verərkən Şəxs bu günədək 260 manat məbləğində aliment ödəməsini qeyd etmiş, ona görə də, həmin məbləğ hazırkı borc məbləğindən çıxılmışdır. Şəxs 800 manata qədər aliment ödənişi etdiyini bildirsə də, bununla əlaqədar heç bir sübut təqdim etməmiş, habelə işləmədiyi üçün aliment borcunu ödəmədiyini bildirmişdir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, bu günədək 260, 200, 105, 120 manat və digər məbləğlər də daxil olmaqla, müəyyən qədər aliment ödənişləri etsə də, hazırda işləmədiyi üçün 3080 manat aliment borcunu ödəmək iqtidarında deyildir. Bundan əlavə, o, uşaqlarının kommunal və digər xərclərini də qarşılamışdır. Buna baxmayaraq, o, rəsmi nikahları dövründə ailənin bütün ehtiyaclarını ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Quliyeva (Məcidova) Aygül Fuad qızı izahatında göstərdi ki, borclu Məcidov X3 Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli icra vərəqəsi üzrə mövcud olan aliment borcunu ödəməkdən yayınmış və həmin icra sənədi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Şəxs bu günədək bir dəfə 2022-ci ilin may ayında 260 manat məbləğində aliment ödənişi etmiş, nəticədə onun 3080 manat borcu yaranmışdır. O, birgə nikahdan doğulmuş uşaqların maddi tələbatlarını qarşılaması üçün borclunun yaranmış 3080 manat aliment borcunu tam şəkildə ödəməsini tələb edir. Ona görə də, Şəxs şikayətçi olmaqla, barəsində inzibati həbslə bağlı tənbeh tədbiri görülməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(059)-101/2022 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən aliment borcunun miqdarının kifayət qədər olmasını, uzun müddət ödənilməməsini, əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 12 (on iki) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 19 dekabr 2022-ci il tarixdən saat 15:45-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-224/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-224/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver