Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-224/2024 18.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Şabran rayonunun Daşlı Calğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 19 mart 2024-cü il tarixdə, saat 13:00 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində idarə etdiyi "Zaz Sens” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21074” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, nəticədə sərnişin Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarəti almışdır. Bu barədə Siyəzən rayon X6 yol polisi bölməsinin baş dövlət avtomobil müfəttişi X3 tərəfindən 04 iyun 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən Rayon Polis Şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 19 mart 2024-cü il tarixdə Siyəzən rayonunun Yenikənd kəndi ərazisində Şəxs idarə etdiyi "Zaz Sens” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21074” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, habelə hadisə barədə araşdırma Siyəzən RPŞ-nin istintaq bölməsində aparılmışdır. Bundan sonra, aparılmış araşdırma nəticəsində qəbul edilmiş qərar, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün aidiyyəti üzrə Siyəzən RPŞ-nin DYPB-yə göndərilmişdir. Daha sonra, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bundan başqa, hadisənin baş verdiyi ərazidə olan yol nişanının tələblərinə əsasən üstünlük Zərərçəkmiş şəxs2 olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 19 mart 2024-cü il tarixdə idarə etdiyi "Zaz Sens” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bibisi X2 yaşadığı evdən götürərək qəbirstanlığa ziyarətə aparmaq üçün Siyəzən rayonunun Yenikənd kəndi ərazisində hərəkətdə olarkən qarşıdan gələn “VAZ 21074” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli olmasına baxmayaraq hava yağışlı olduğundan onu görməmiş, nəticədə Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21074” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 avtomobilinə vurmuş olduğu ziyanı sığorta şirkəti ödəməli olduğundan, Səmədə heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, baş beyin silkələnməsi, hər iki baldırların və burnun yumşaq toxumalarının əziyi ilə nəticələnən yüngül bədən xəsarəti almışdır. Buna baxmayaraq, hadisədən sonra Şəxs onunla maraqlanmamış, xəstəxana xərclərinə köməklik etməmiş, əksinə əri Cəlal Balakişiyevin üzərinə gələrək “korsuz” deyə bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən Şəxs şikayətçidir, sonuncuya nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “VAZ 21074” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ciddi ziyan dəymiş, habelə Şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən Şəxs şikayətçidir, sonuncuya nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 məhkəmə-tibb ekspertizasının 02 aprel 2024-cü il tarixli, 57 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində qapalı kəllə-beyin zədələnməsi, baş beyin silkələnməsi, hər iki baldırların və burnun yumşaq toxumalarının əziyi aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 19 mart 2024-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan 06 may 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 19 mart 2024-cü il tarixdə daxil olmuş məlumat əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin DYPB-nə göndərilmişdir. Həmçinin, həmin qərardan, eləcə də, iş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, sərxoşluq müayinəsi zamanı Şəxs və Zərərçəkmiş şəxs2 alkoqol sərxoşluğu vəziyyətində olmamışlar. İş materiallarında olan 21 iyul 2024-cü il tarixli, ziyan aktından görünür ki, “VAZ 21074” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3170 manat təşkil etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlar əsasında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yol hərəkətinin iştirakçısı Şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, təqsirli hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsi, eləcə də, digər zərərçəkmiş şəxsin idarə etdiyi avtomobilə zərər vurması, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin hadisədən sonra zərərçəkmiş şəxslə maraqlanmamaqla, yanaşı ona yardım etməməsini, digər zərərçəkmiş şəxsin avtomobilinə vurmuş olduğu zərəri ödəməməsini, zərərçəkmiş şəxslərin inzibati xəta törədən şəxsə qarşı şikayətlərinin olmasını nəzərə alaraq, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 6 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması təyin edilsin. Şəxs inzibati xəta törətməsi nəticəsində yaranmış zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması zərərçəkmiş şəxslərə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(059)-224/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-224/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver