Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-225/2025 18.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakimi Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (fərdi identifikasiya nömrəsi 7JOYBGY) barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1-ci və 332.4-cü maddələri ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 09 mart 2025-ci il tarixdə, saat 15:30-da Bakı-Quba-Dağıstan sərhədi yolunun 94-cü kilometrində idarəçiliyində olan “Hyundai Elantra” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, nəticədə sözügedən avtomobilə 9630 manat məbləğində maddi zərər dəymiş və barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X2 tərəfindən 09 mart 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, hadisədən sonra Şəxs sürücülük hüququ olmadan avtomobil idarə etdiyi müəyyən edilmişdir. Belə ki, Şəxs avtomobili idarə edərkən manevr etmə qaydalarını pozmuş, nəticədə idarə etdiyi avtomobil beton ara-kəsməyə dəyərək zərər görmüşdür. Həmçinin, hadisə zamanı nə sürücü, nə də ki, avtomobildə olan sərnişinlər xəsarət almamışlar. Odur ki, onun barəsində qanunauyğun qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, Zərərçəkmiş şəxs ortaq tanışları vasitəsi ilə tanımışdır. Bununla yanaşı, Lətifə və digər tanışı ilə birgə Quba rayonundan Bakı şəhərinə qayıdarkən birincinin mülkiyyətində olan avtomobili sürücülük hüququ olmadan idarə etmiş, bu zaman manevr etmə qaydalarını pozduğuna görə avtomobil beton arakəsməyə dəyərək ziyan görmüşdür. Maddi imkanı dəymiş zərəri ödəməyə kifayət etməsə də, bankdan kredit götürərək zərəri ödəyəcəkdir. Lakin hadisədən sonra şəxsiyyətini təsdiq edən sənəd ondan alındığı üçün bugünə qədər ziyanı ödəməmişdir. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını və barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək və məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ortaq tanışları vasitəsi ilə tanıdığını, sonuncuya qarşı heç bir düşmənçilik və ədavətinin olmadığını bildirmiş və izahatında göstərmişdir ki, 09 mart 2025-ci il tarixdə Quba rayonundan Bakı şəhərinə qayıdarkən mülkiyyətində olan avtomobilinin idarə edilməsi onun və Şəxs ortaq qərarı ilə sonuncuya həvalə edilmişdir. Şəxs əvvəllər avtomobil idarə etməsi, sonradan avtomobilini satması ona məlum olmuş, o, Çinarənin sürücülük hüququnun olduğunu zənn etmiş, ümumiyyətlə maşını onun idarəsinə verən zaman bu barədə ondan soruşmamışdır. Hadisə zamanı avtomobili idarə edən Şəxs təqsirli hərəkəti nəticəsində avtomobilinə ziyan dəymiş və bu ziyan ödənilməmişdir. Bununla belə, Şəxs barəsində cərimə növündə qanunauyğun qaydada inzibati tənbehin tətbiq edilməsini və təqsirinin məhkəmə qərarı ilə təsdiq edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli, İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338- 1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343- 1.11, 349, 351, 351-1, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388- 2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 , 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 602-4, 603, 605, 606.1, 608 və 609cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirləndirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətlərindən görünür ki, “Hyundai Elantra” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs mülkiyyətindədir, həmçinin sonuncu 24 iyun 2020-ci il tarixdən 24 iyun 2030-cu il tarixədək “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan 14 mart 2025-ci il tarixli, 383 nömrəli qüsur aktının surətindən görünür ki, “Hyundai Elantra” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 9630 manat təşkil etmişdir. Həmçinin iş materiallarında olan 93004699 saylı qəbzdən görünür ki, inzibati xəta hadisəsi baş verən zaman Şəxs spirtli içki qəbul etməmişdir. Beləliklə, iş materiallarında olan biri digərini tamamlayan sübutlarla barəsində inzibati iş üzrə icraat aparılan Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirildiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gənc yaşda olması, əməlindən səmimi peşmançılıq hissi keçirməsi və dəymiş ziyanı ödəmək niyyətində olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan şəxs barəsində təyin olunacaq inzibati tənbehin növünü seçərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, yuxarıda sadalanan yüngülləşdirən halların olmasını, həmçinin zərərçəkmiş şəxsin də barəsində inzibati iş üzrə icraat aparılan şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdiyini nəzərə alaraq, Şəxs İXMnin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs inzibati xəta törətməsi nəticəsində yaranmış zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması zərərçəkmiş tərəfə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Şəxs inzibati xəta törətməsi nəticəsində yaranmış zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-225/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-225/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver