Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-228/2024 17.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 X8 və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 233.1-ci və 266.2-ci maddələri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 29 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və Qazçıxarma Sahəsinin 2 və 4 nömrəli xidmət sahələrində lay suları və neftlə çirklənmiş mayelər ətrafa axıdılaraq, basdırılır, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Monitorinq İdarəsi tərəfindən götürülmüş analiz nümunələrində neft karbohidrogenlərinin yol verilən qatılıq həddinin normadan artıq olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi-aparıcı müfəttiş X3 5 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, “Siyəzənneft” NQÇİ-nin ərazisində neft göllərinin yaranması ilə bağlı sosial şəbəkələrdə yayınlanmış məlumat əsasında həmin idarənin əməkdaşları ilə birlikdə sözügedən ərazilərdə monitorinqlər aparılmışdır. Beləliklə, 29 avqust 2024-cü il tarixdə “Siyəzənneft” NQÇİ-nin ərazisində monitorinqlər keçirilmiş, həmçinin ərazidən götürülmüş nümunələrin laboratoriya analiz nəticələrinin cavabına əsasən, nümunələrdə zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olduğu müəyyən olunmuşdur. Bundan sonra, “Siyəzənneft” NQÇİ barəsində 29 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 266.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi və vəkili Vəkil tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi idarəni İXM-nin 233.1-ci və 266.2-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Azərbaycan dünyanın ən qədim neft ölkələlərindən biri sayılır, burada neftin sənaye üsulu ilə çıxarılmasının tarixi çox böyük dövrü əhatə edir. XİX əsrin sonları, XX əsrin əvvəllərindən başlayaraq, neftin çıxarılmasında, anbarlara yığılmasıda, daşınma və emalında istifadə olunan primitiv texnologiyalar torpaqların neftli sularla çirklənməsinə səbəb olmuşdur. Həmin bu ekoloji təhlükəsizlik, ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bir sıra vacib tədbirlərin həyata keçirilməsinin zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər arası kompleks tədbirlər planı təsdiq olunmuşdur. Həmin kompleks tədbirlər planında ölkə üzrə fəaliyyət göstərən bir çox sahələr kimi, Siyəzən, Neftçala, Şirvan və sair ərazilərdə də, neft və neft məhsulları ilə çirkləndirilmiş torpaqların, mədən sahələrinin mərhələli bərpası nəzərdə tutulmuşdur. Sözügedən tədbirlər planı çərçivəsində müəyyən edilmişdir ki, “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin ərazisində əsrlərdən bəri olan çirkab torpaqlar vardır və onların rekultivasiyasına başlanmışdır. Buna da, Dövlət Neft Şirkəti və onun idarələri daima nəzarət edir. “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi 1939-cu ildən fəaliyyət göstərir, ümumi sahəsi 1943 hektar təşkil edir. 2006-2010-cu illər arası kompleks tədbirlərin icrası ilə əlaqədar müəssisə ərazisində aparılmış monitorinqin nəticəsi olaraq, neftlə çirklənmiş ərazilərin sahəsi 135.13 hektardan azaldılaraq 70.5 hektara endirilmişdir. Bununla da, qeyd edir ki, keçirilən tədbirlər çərçivəsində mütəmadi olaraq təmizləmə işləri aparılır. Bundan başqa, hazırkı iş üzrə təmsil etdiyi idarənin inzibati məsuliyyətə cəlb olunmasına əsas kimi götürülmüş nümunələr, sözügedən çirkli ərazilərdən götürülmüşdür. Bu da, hər hansı bir inzibati xətanın baş verməməsinə dəlalət edir. Bundan başqa, Siyəzən rayon sakini Sənan Ağayevin sosial şəbəkələrdə paylaşımları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətt xidmətinə 31 iyul 2024-cü il tarixdə Siyəzən rayon ərazisində neftin axaraq ətraf mühitin çirklənməsi ilə bağlı şikayəti ilə əlaqədar 01 avqust 2024-cü il tarixdə “Siyəzənneft” NQÇİ-nin 1 saylı neft və qazçıxarma sahəsinin 2 və 5 saylı neft və qaz hasilatı xidmət sahəsində monitorinqlər keçirilmişdir. Monitorinqlər zamanı X6 və Təbii Sərvətlər Nazirliyinin 31 iyul 2024-cü il tarixdə qaynar xətt xidmətinə Siyəzən rayon ərazisində neftli suların axaraq ətraf mühitin çirklənməsi ilə bağlı qeyd etdiyi ərazinin və sosial şəbəkələrdə paylaşdığı foto, videogörüntülərin “Siyəzənneft” NQÇİ-nin keçmişdən miras qalmış neft məhsulları ilə çirklənmiş ekoloji problemli, təmizlənməsi gələcəkdə nəzərdə tutulan ərazilərin tərkib hissəsinə aid olan ərazilər olduğu müəyyən edilmişdir. Həmçinin, monitorinqlər zamanı həmin sahədə fəaliyyətdə olan “Siyəzənneft” NQÇİ-nin quyularından, ləğv edilmiş və su uducu quyulardan həmin çirklənmiş ərazilərə heç bir sızma hallarının olmadığı da, müəyyən edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyini X9 Monitorinq İdarəsinin monitorinqdə iştirak edən əməkdaşları tərəfindən “Siyəzənneft” NQÇİ-nin keçmişdən miras qalmış neft məhsulları ilə çirklənmiş ekoloji problemli, təmizlənməsi gələcəkdə nəzərdə tutulan ərazilərin tərkib hissəsi olan ərazilərdə çirkli olan yerlərdən və içərisində neft məhsulları olan lokal su gölməçələrindən nümunələr götürülmüşdür. Lakin, monitorinqlə bağlı və nümunələrin götürülməsi barədə aktın tərtibatında monitorinqdə iştirak edən “Azneft” İB-nin və “Siyəzənneft” NQÇİ-nin nümayəndələrinin iştirakı təmin edilməmişdir. Bundan başqa, 5 X8 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi Adil Məcidovun təkidi ilə heç bir tutarlı əsas göstərilmədən 01 avqust 2024-cü il tarixində keçirilən monitorinqin nəticələri barədə aktın tərtib edilməsi prosesi pozulmuş və monitorinqdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Monitorinq İdarəsinin və 5 saylı RETSİ-nin nümayəndələri 01 avqust 2024cü il tarixində “Siyəzənneft” NQÇİ-ni tərk etmişlər. 02 avqust 2024-cü il tarixində 5 X8 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi Adil Məcidov yenidən “Siyəzənneft” NQÇİ-nə gələrək qeyd edilən əraziyə yenidən baxış keçirmək istədiyini bildirmişdir. Adil Məcidova əraziyə yenidən baxış keçirməsi üçün şərait yaradılmış və bu sahə üzrə mütəxəssislər ona təhkim edilmişdir. Adil Məcidov tərəfindən qeyd edilən əraziyə yenidən baxış keçirilmiş, sözügedən çirkli ərazinin ətrafında olan ləğv edilmiş quyulardan və su uducu quyulardan həmin əraziyə heç bir sızıntı və ya axıntı olmadığı müəyyən edilmişdir. Adil Məcidov aparılan bu monitorinqin nəticələrini aktlaşdırmadan 02 avqust 2024-cü il tarixdə “Siyəzənneft” NQÇİ-nin ərazisini tərk edərək getmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Monitorinq İdarəsinin və 5 saylı RETSİ-nin monitorinq keçirən nümayəndələri tərəfindən bundan əlavə 02 avqust 2024-cü il tarixindən 29 avqust 2024-cü il tarixinədək “Siyəzənneft” NQÇİ-də hər hansı bir monitorinq keçirilməmişdir. 5 X8 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi Adil Məcidov 29 avqust 2024-cü il tarixdə “Siyəzənneft” NQÇİ-nin SƏTƏMM və keyfiyyətə nəzarət xidmətinin rəisi Nümayəndə2 yanına gələrək, tərəfindən tərtib edilmiş 29 avqust 2024-cü il tarixli, MN seriyalı, 86193 nömrəli akta və hüquqi şəxs qismində “Siyəzənneft” NQÇİ-nə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə qanunsuz və qərəzli şəkildə tərtib etdiyi inzibati xəta haqqında protokola qol çəkməsini tələb etmişdir. Nümayəndə2, Adil Məcidova tərtib olunmasında ciddi qanun pozuntularına yol verilmiş inzibati xəta haqqında protokolda “Siyəzənneft” NQÇİ-nin hüquqi şəxs qismində göstərildiyini və onun hüquqi şəxs qismində tərtib olunmuş protokola hüquqi şəxsin nümayəndəsi kimi adının yazılmasına, protokola imza etmək səlahiyyətinin olmadığını irad kimi bildirərək, protokolu imzalamaqdan imtina etmişdir. 01 avqust 2024-cü il tarixdə “Siyəzənneft” NQÇİ-də keçirilən monitorinqdə iştirak edən X9 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 01 avqust 2024-cü il tarixli 002221 nömrəli akt və həmin tarixli 455 nömrəli nümunə aktı, monitorinqdə iştirak edən “Azneft” İB-nin və “Siyəzənneft” NQÇİ-nin nümayəndələrinin iştirakı olmadan, yalnız şikayətçi vətəndaş Sənan Ağayevin iştirakı ilə tərtib edilmişdir. Qeyd edir ki, 02 sentyabr 2024-cü il tarixdə “Siyəzənneft” NQÇİ-nə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsinin rəhbərliyinin 29 avqust 2024-cü il tarixli məktubu ilə 01-29 avqust 2024-cü il tarixli, 86193 saylı Akt, 29 avqust 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibatı xəta haqqında protokolun surəti və X7 Monitorinq İdarəsi tərəfindən götürülmüş analiz nümunələrinin cavabları məlumat üçün daxil olmuşdur. “Siyəzənneft” NQÇİ-nə daxil olmuş inzibatı xəta haqqında protokola, X9 Monitorinq İdarəsi tərəfindən nümunə götürülməsi barədə tərtib olunmuş akta və götürülmüş nümunələrin analiz cavablarına “Siyəzənneft” NQÇİ tərəfindən baxış keçirilmiş və qeyd edilən sənədlərin tərtibatında ciddi qanun pozuntulara yol verildiyi müəyyən edilmişdir. Belə ki, “Siyəzənneft” NQÇİ-nin Əsasnaməsində “Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələndirilməsi, tikintisi, istifadəsi və sair prosesləri ilə fəaliyyəti nəzərdə tutulmamışdır. “Siyəzənneft” NQÇİ-yə İXM-nin 266.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunması tam olaraq əsassızdır. Bundan əlavə, protokol yazılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri ciddi qaydada pozulmuşdur. “Siyəzənneft” NQÇİ-nin rəhbərliyi 12 sentyabr 2024-cü il tarixli, 14- 2-1-6/3-6-832/2024 N-li “5 X8 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X5 tərəfindən hüquqi şəxs qismində “Siyəzənneft” NQÇİ-nə qarşı tərtib etdiyi 29 avqust 2024cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola etiraz edilməsi haqqında” məktubla 5 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilova müraciət edərək, həmin İdarənin baş məsləhətçi-müfəttişi Adil Məcidov tərəfindən “Siyəzənneft” NQÇİ-nə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə qanunsuz və qərəzli şəkildə tərtib edilmiş 29 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibatı xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Digər tərəfdən məhkəmənin nəzərinə çatdırır ki, ekoloji təhlükəsizlik, ətraf mühitə mənfi təsir edən amillərin qarşısının allınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bir sıra vacib tədbirlərin həyata keçirilməsinin zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1697 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün “Kompleks tədbirlər planı” təsdiq olunmuşdur. Həmin sərəncamda Siyəzən ərazisində də neft və neft məhsulları ilə çirklənmiş torpaqlarının rekultivasiyası və mədən sahələrinin mərhələli bərpası nəzərdə tutulmuşdur. 5 X8 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X5 “Siyəzənneft” NQÇİ-nə qarşı qərəzli mövqedədir. X5 İXM-nin 243.0.1 maddəsi ilə qərəzli şəkildə 22 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və bu barədə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Şabran Rayon Məhkəməsi 25 iyul 2023-cü il tarixli, 3(031)-286/2023 nömrəli qərar ilə “Siyəzənneft” NQÇİ-i barəsində İXMnin 243.0.1-ci maddəsi ilə başlamış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. “Siyəzənneft” NQÇİ-nin hərəkətlərində hər hansı inzibati xəta hadisəsi olmadığından, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə icraata xitam verilməlidir. Digər tərəfdən onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə “Siyəzənneft” NQÇİ hüquqi şəxs kimi məsuliyyətə cəlb edilə bilməz. Belə ki, “Siyəzənneft” NQÇİ hüquqi şəxs deyildir, hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Quruda Neft və X1 tərkibində yaradılmışdır. Buna görə də, “Siyəzənneft” NQÇİ-nin barəsində hüquqi şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 266.2-ci maddələrinin tələblərinin pozulmasına dair inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edirəm ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 266.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə2 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi idarəni İXM-nin 233.1-ci və 266.2-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, işlədiyi sahə üzrə təxminən 24 il iş staja malikdir. Bundan başqa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 X8 və Təbii Sərvətlər İdarəsi ilə 7 hektar çirklənmiş torpaq sahəsini təmizlənməsinə dair ümumi razılaşma mövcuddur. Monitorinqlər zamanı analiz nümunələri yer üstü suların, tullantı sular ilə çirkləndirilməsindən götürülmüşdür. Lakin, “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi yerüstü suları çirkləndirmir. Nümunələr o zaman yer üstü suların, tullantı sular ilə çirkləndirilməsindən götürülə bilərdi ki, “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tullantıları dəniz, çay və göllərə axıtmış olardı. Buna baxmayaraq, nümunələr çirkli torpaqdan götürülmüşdür ki, bu da, axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına gətirib çıxarmışdır. İdarə olaraq onların poliqonu yoxdur, habelə tullantıları müqavilə əsasında Siyəzən rayon Müəssisələr Kombinatına və Sənqəçalda yerləşən poliqonlara daşıtdırırlar. Odur ki, təmsil etdiyi İdarə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 266.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə1 tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi idarəni İXM-nin 233.1-ci və 266.2-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin vöen və bank hesabı olmamaqla, yanaşı müstəqil olaraq hər hansı bir şəxsi işə götürmək hüququna malik deyildir. Belə ki, işə götürmə yalnız Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs icazə məktubu əsasında İB-nin əmri ilə həyata keçirilir. Odur ki, təmsil etdiyi İdarə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 266.2ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 X8 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X5 tərəfindən tərtib edilmiş 29 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi barəsində VÖENİ: ********** olan hüquqi şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətməsi barədə protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş 01 may 2007-ci il tarixdə təsdiq olunmuş Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin “Əsasnaməsinin” surətindən görünür ki, həmin “Əsasnamənin” 1-ci hissəsinin 1.1-ci bəndinə əsasən "AZNEFT" İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 13 nömrəli, 28 yanvar 1994-cü il tarixli əmrinə əsasən Quruda Neft və X1 tərkibində yaradılmışdır. İdarə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 nömrəli, 08 aprel 2003-cü il tarixli əmrinə əsasən Birliyin tərkibinə verilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, ********** nömrəli VÖEN hüquqi ünvanı ünvan 1ət Neft Şirkəti "AZNEFT" İstehsalat Birliyinə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Bu Məcəllənin 54-cü maddəsinin İ, İİ və V hissələrinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Sözügedən Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Bu Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yenə bu Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, inzibati xətalar haqqında qanunvericilik inzibati xəta hadisəsinin baş verməsini və bunun əsasında inzibati məsuliyyətin yaranma əsasını dəqiq müəyyən etmişdir. Belə ki, inzibati xəta hadisəsi şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan və təqsirli sayılan əməl kimi qəbul olunur. Qanunvericilik eyni zamanda, xəta hadisəsinin subyektini də dəqiq müəyyən etmişdir ki, bu da inzibati xəta nəticəsində baş vermiş qanun pozuntusunun tənbehsiz qalmamasını şərtləndirir. Yuxarıda qeyd edilənlərin təhlilindən aydın olur ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsini düzgün olmayaraq, hüquqi şəxs kimi inzibati hüquqpozmanın subyekti olaraq qəbul etmişdir. Çünki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir, həmçinin hüquqi şəxsin müstəqil balansı olmalıdır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 233.1-ci və 266.2-ci maddələrinin sanksiyalarında müvafiq olaraq, vəzifəli şəxslərin və hüquqi şəxslərin cərimə edilməsi müəyyən olunmuşdur. Bununla da, iş üzrə aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin hüquqi və ya vəzifəli şəxs statusuna malik olmadığı öz təsdiqini tapmışdır. Həmin idarənin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən VÖEN–nin nömrəsi isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "AZNEFT" İstehsalat Birliyinin Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatından keçdiyi VÖEN–nin (**********) nömrəsidir. Beləliklə, hazırkı inzibati xəta haqqında materialdan da göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X4 29 avqust 2024-cü il tarixli protokolu tərtib edərkən inzibati hüquqpozmanın subyektini düzgün təyin etməmiş, sözügedən idarəni yanlış olaraq hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 266.2-ci maddələri ilə protokol tərtib edib, baxılması üçün bu məhkəməyə təqdim etmişdir. Hər bir inzibati xəta əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi inzibati xətanın əlamətlərini əks etdirən əməllərin inzibati xəta olub-olmamasını, inzibati xəta törətməkdə ittiham edilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin əmələ görə sözügedən şəxsə ədalətli tənbeh təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da inzibati xəta əməli törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, tənbehin düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində inzibati xətalar haqqında qanunvericiliyin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati hüquqpozmanın subyekti kimi hüquqi və vəzifəli şəxs olmayan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərinin tərkibinin olması qənaətinə gəlib, sözügedən idarəni bu maddələrdə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilmək yolverilməzdir. Göründüyü kimi hazırda idarənin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1ci və 266.2-ci maddələrinə münasibətdə inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi tərəfindən inzibati hüquqpozmanın subyekti düzgün təyin edilmədiyinə, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin hüquqi və ya vəzifəli şəxs olması halları müəyyən edilmədiyinə görə həmin idarənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 266.2-ci maddələri ilə inzibati xəta törətməsinə dair iş üzrə başlanmış icraata, sözügedən maddələrdə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 266.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-228/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-228/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver