Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-229/2024 17.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1964-cü il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d im: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 02 iyul 2024-cü il tarixdə, saat 18:00 radələrində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən 78-ci kilometrliyində Şəxs idarə etdiyi “X5” yük markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs2 idarə etdiyi “Dong Feng” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində, sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 və sərnişin Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri almışlar. Bu barədə Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin Yol-Patrul Xidməti Alayının İ Tağımının polis baş serjantı Ruslan Ramiz oğlu tərəfindən 19 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 02 iyul 2024-cü il tarixdə, saat 18:00 radələrində etibarnamə əsasında idarə etdiyi “X5” yük markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən 78-ci kilometrliyi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, qarşısında hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Dong Feng” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin əyləci basdığını görmüşdür. Bu zaman o, sözügedən avtomobil ilə toqquşmamaq üçün sükanı yolun sol hissəsinə istiqamətləndirmiş, nəticədə idarə etdiyi avtomobilin sağ ön hissəsi Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sol arxa hissəsinə dəymişdir. Bundan sonra, hadisə nəticəsində Zərərçəkmiş şəxs2 və sonuncunun idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri aldıqlarını görmüşdür. Daha sonra, DİN-in 102 xidmətinə və X6 Xidmətinə zəng edib, hadisə barədə məlumat vermiş, həmçinin hadisə yerinə gəlmiş X6 Xidmətinin əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Siyəzən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Bundan başqa o, hadisə yerindən yayınmamış, həmçinin zərərçəkmiş şəxslərlə barışmışdır. Belə ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 anası X3 ilə aralarında razılığa gələrək, sonuncuya Zərərçəkmiş şəxs1 xəstəxana xərclərinin qarşılanması üçün 1000 manat pul verəcəyini vəd vermiş, habelə həmin pulun 800 manatını Rəna Qayıtovaya ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 avtomobilinə dəymiş ziyanı sığorta şirkəti ödəsə də, sonuncunun xəstəxana xərclərinin qarşılanması üçün ona 2000 manat pul verəcəyinə söz vermişdir. Həmçinin, o spirtli içkilərdən istifadə etməməklə, yanaşı hadisə zamanı avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs2, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1, eləcə də, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan, Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin Yol-Patrul Xidməti Alayına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, Alay nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi (anası) X3 16 oktyabr 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, Şəxs tərəfindən onlara dəymiş zərər ödənildiyindən, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs2 17 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, Şəxs tərəfindən ona dəymiş zərərin tam olaraq ödənildiyini, onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş və yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, sonuncunun qanuni nümayəndəsinin, eləcə də inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 02 avqust 2024-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun haqqında cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ/1 X10 tərəfindən 04 avqust 2021-ci il tarixdə verilmiş BB seriyalı, 640511 nömrəli sürücülük vəsiqəsinin, BDYPİ Qİİ tərəfindən 13 sentyabr 2022-ci il tarixdə verilmiş, BB seriyalı, 299841 və 299881 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin, X4 tərəfindən 02 iyul 2024cü il tarixdə verilmiş etibarnamələrin, eləcə də, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 02 iyul 2024-cü il tarixli, 117 nömrəli aktın surətlərindən görünür ki, X2 məxsus X5” yük markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşın və “Krone” markalı, SDP27 yarımqoşqu Samiq Əbilov tərəfindən 02 iyul 2024-cü il tarixdən 4 il müddətinə Şəxs idarəçiliyinə verilmiş, həmçinin sonuncu 04 avqust 2021-ci il tarixdən 04 avqust 2031-ci il tarixədək etibarlılıq müddəti olan “B1, B, C1, C, BE, C1E, CE” kateqoriyalı sürücülük hüququna malik olmaqla, avtomobilini ayıq vəziyyətdə idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 12 iyul 2024-cü il tarixli, 122 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində döş qəfəsinin sağ yarısının, onurğanın bel şöbəsinin, sağ dizin hər iki baldır nahiyələrinin yumşaq toxumalarının əzilməsi və sağ baldırın əzilmiş yarası aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 02 iyul 2024-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 17 iyul 2024-cü il tarixli, 123 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində başın alın nahiyəsinin əzilmiş yarası və sağ dizin sıyrılması yarası aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 02 iyul 2024-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İşdən, o cümlədən yol-nəqliyyat hadisəsinin sxeminin surətindən görünür ki, Şəxs idarə etdiyi “X5” yük markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşınla 02 iyul 2024cü il tarixdə, saat 18:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən 78-ci kilometrliyində yol nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, təqdim olunmuş sübutlar əsasında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sürücü Şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunu etməmiş, nəticədə onun təqsirli hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri almış, bununla da, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların mövcudluğunu, zərərçəkmiş şəxslərin inzibati xəta törədən şəxsə qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiq hesab edirəm. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-229/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-229/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver