Məhkəmə qərarları › İş №3(059)-230/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-230/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-230/2024 17.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Qərarından şikayət verilən orqanın, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis müavini X3 09 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq məhkəmə, müəyyənetdi: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, "xxxx" MMC-nin direktoru X9 tərəfindən ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin tələbləri pozulmuş, yəni, X7sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X7sının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyət həyata keçirilmiş, həmçinin ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X5 tərəfindən 28 avqust 2024-cü il tarixdə X4 Azərbaycan Respublikası İXM-nin 239-cu və 275.1.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair MN seriyalı, ******* saylı protokol tərtib olunmuş və həmin protokol əsasında Yaşar Qasımov 09 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarla 2500 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 yuxarıda qeyd edilən qərardan Siyəzən Rayon Məhkəməsinə şikayət edərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi şikayətçi "xxxx" MMC-nin direktoru X9 tərəfindən onunla əsaslandırılmışdır ki, 28 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu və 275.1.1-ci maddələri ilə inzibati protokol tərtib etmişlər. 09 sentyabr 2024-cü il tarixdə barəsində qərar çıxarılmış, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə 2500 manat məbləğində inzibati cərimə olunmuşdur. Qeyd edir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iş üzrə qərar qəbul edərkən hər hansı bir sübuta istinad etməmiş, qərar çıxararkən Azərbaycan Respublikasının İXM-nin tələblərini pozmuşlar. İş materiallarından görünür ki, MN ******* saylı protokol 28 avqust 2024-cü il tarixdə tərtib olunsa da, protokol ilə bağlı qərar 09 sentyabr 2024-cu il tarixdə qəbul olunmuşdur, bu da, bir başa olaraq İXM-nin tələblərinin kobud pozulmasına dəlalət edir. Bundan əlavə, inzibati orqan qərar çıxararkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin, yani müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə maddəsinə diqqət etməmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərtib etdiyi 86179 saylı AKT-da qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əvvəlki illərdə və son 2023-cü ildə rəsmi statistik hesabatların təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1 -ci maddəsinə əsasən ətraf mühitin qorunması qaydaları ilə bağlı inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər. Nəzərə alsaq ki, inzibati xəta 2023-cü il və ondan əvvəlki illərdə baş verib, belə olan halda bununla bağlı qərar ən geci 2024-cü ilin yanvar ayının sonuna kimi qəbul oluna bilərdi. Hesab edir ki, sözügedən qərar əsassız olduğu üçün ləğv edilməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunmalıdır. Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, şikayətçi X9 tərəfindən ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin tələbləri pozulmuş, yəni, X7sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X7sının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat fəaliyyəti həyata keçirilmiş, həmçinin ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Belə ki, təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı hər ilin yanvar ayının 25-nə kimi aparılmalı və bu hesabatlar 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim olunmalıdır. Bundan başqa, "xxxx" MMC 2008-ci ildə iki bina inşa etdiyində ekspertiza rəyi almış, sonradan əlavə olaraq iki binada tikilmiş, lakin həmin binaların inşasına görə ekspertiza rəyi alınmamışdır. Eyni zamanda, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini İkram Rəhmanovun 23 fevral 2024-cü il tarixli məktubunda "xxxx" MMC-dən müəssisədə ətraf mühitə təsirin uçot və hesabatının nəticələrini, eyni zamanda X7 Agentliyindən (idarəsindən) fəaliyyətə dair aldıqları rəyin surətini və digər normativ sənədləri məktubu rəsmi aldığı gündən 5 gün ərzində 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Beləliklə, tərəfindən 28 avqust 2024-cü il tarixdə "xxxx" MMC-nin qeyd olunan xətaları törətməsi aşkar olunmuş, habelə o, X9 barəsində sonuncunun iştirakı ilə müvafiq protokol tərtib etmiş, lakin, Yaşar Qasımov protokolu və aktı imzalamaqdan, eləcə də, izahat verməkdən imtina etmişdir. Bundan sonra, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini İkram Rəhmanov, "xxxx" MMC-nin direktoru Yaşar Qasımova 29 avqust 2024-cü il tarixdə məktub göndərərək, tərtib olunmuş sözügedən inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə baxılması üçün 09 sentyabr 2024-cü il tarixdə, saat 10:45-də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə gəlməsini və ya səlahiyyətli nümayəndəsini göndərməsini xahiş etmiş, habelə sözügedən məktub 02 sentyabr 2024-cü il tarixdə poçt vasitəsi ilə qəbul edilmişdir. Bundan başqa, Yaşar Qasımov barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən müddətlər ötürülməmiş, inzibati xətanın aşkara çıxarıldığı, yəni, 28 avqust 2024-cü il tarixdə həmin protokol tərtib edilmişdir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X3 09 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Şikayət vermiş şəxs X6 inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, eləcə də işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 avqust 2024-cü il tarixli, 86179 nömrəli aktının və fotoşəkillərin surətlərindən görünür ki, Siyəzən rayonunun Zarat Bələdiyyəsi ərazisində, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun kənarında yerləşən "xxxx" MMC-yə 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən göndərilmiş 23 fevral 2024-cü il tarixli, 3-14-44/2-102/2024 nömrəli müəssisədə ətraf mühitə təsirin uçot və hesabatının nəticələrinin, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Agentliyindən (idarəsindən) fəaliyyətə dair rəyin surətinin və digər normativ sənədlərin təqdim olunması ilə bağlı məktubun icra olunması vəziyyəti "xxxx" MMC-nin direktoru X4 iştirakı ilə 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən əvvəlki illərdə və son 2023-cü il ərzində 2TQ (hava, su tullantı) rəsmi statistik hesabatlar tərtib olunmamış və razılaşdırılması üçün 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Araşdırma müddətində X7 Agentliyinin (idarəsinin) rəyi, digər normativ sənədlər təqdim olunmamış, həmçinin Yaşar Qasımov yazılı izahat verməkdən imtina etmiş, qeyd olunan sənədlər hal-hazırda MMC-də olmadığı üçün təqdim etmək imkanının olmadığını bildirmişdir. Bununla da, qeyd olunanlara əsasən Azərbaycan Respublikası “X8 haqqında” Qanunun 18-ci, 52-ci və 54-cü maddələrinin tələbləri pozulmuşdur. Həmçinin, X9 aktı imzalamaqdan imtina etmişdir. İşdə olan materiallardan, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X5 tərəfindən tərtib edilmiş 28 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, M.M.Z” MMC-nin direktoru X9 tərəfindən ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin tələbləri pozulmuş, yəni, X7sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X7sının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyət həyata keçirilmiş, həmçinin ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Nəticədə, X9 İXM-nin 239-cu və 275.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 29 avqust 2024-cü il tarixdə "xxxx" MMC-nin direktoru X6 ünvanlanmış Ç-BM/4424-520 nömrəli məktubun və poçt xəbərnaməsinin surətindən görünür ki, ondan "xxxx" MMC barəsində tərtib olunmuş 28 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə baxılması üçün 09 sentyabr 2024-cü il tarixdə, saat 10:45-də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi və ya səlahiyyətli nümayəndəsini göndərməsi xahiş edilmiş, həmçinin bildirişi alan ünvan sahibi göstərilən vaxtda 5 saylı RETSİ-nə gəlməli olduğu, gəlmədiyi halda və ya işə baxılmasının təxirə salınması haqqında vəsatət verilmədikdə Qanunvericiliyin tələblərinə əsasən işə iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmişdir. Həmçinin, sözügedən məktub 02 sentyabr 2024-cü il tarixdə qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis müavini X3 09 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X9 Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə sonuncu (vəzifəli şəxs qismində) barəsində 2500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sözügedən Məcəllənin 38-ci maddəsinin İ və İİ hissələrinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Bu Məcəllənin 275.1.1-ci maddəsinə əsasən ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni X7sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X7sının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. “X8 haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat X8 sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Bu Qanunun 51-ci maddəsinin əsasən ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və X8 üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir. Ekoloji ekspertiza obyektlərinin ekoloji təhlükəsizlik səviyyəsini və ətraf mühitə potensial təsirini tam, hərtərəfli və elmi əsaslandırılmış təhlil əsasında qiymətləndirmək, ətraf mühitə bilavasitə və ya dolayısı ilə təsir göstərə biləcək qərarların qəbul edilməsinin qarşısını almaq, ekoloji ekspertiza obyektlərinin X8 və təbii ehtiyatlardan istifadə sahəsində normativ hüquqi aktlara uyğunluğunu müəyyən etmək, X8 üzrə tədbirlərin səmərəliliyini, dolğunluğunu və tamlığını qiymətləndirmək və onların ekoloji tələblərə uyğunluğunu müəyyən etmək, ekoloji ekspertiza obyektlərinin ətraf mühitə potensial təsiri və onun nəticələri barədə maraqlı şəxsləri məlumatlandırmaq ekoloji ekspertizanın vəzifələrindəndir. Həmin Qanunun 52-ci maddəsinin İV hissəsinə əsasən X7sının obyektləri barədə ekoloji ekspertiza rəyi olmadan sənaye və qida məhsullarının istehsalı, işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır. Sözügedən Qanunun 54-cü maddəsinin İİ hissəsinə əsasən istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchiz edilməsi və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) və transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri X7sının obyektlərindəndir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borclu olmalarına baxmayaraq, M.M.Z” MMC-nin direktoru X9 tərəfindən əvvəlki illərdə və son 2023-cü il ərzində 2TQ (hava, su tullantı) rəsmi statistik hesabatlar tərtib olunmamış və razılaşdırılması üçün 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Bundan başqa, X7sının obyektləri barədə ekoloji ekspertiza rəyi olmadan sənaye və qida məhsullarının istehsalı, işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağan olsa da, yenə də, Yaşar Qasımov tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməyərək ekoloji ekspertiza rəyi alınmamışdır. Bununla da, şikayətçi ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin tələblərini pozmuş, yəni, X7sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X7sının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyəti həyata keçirmiş, həmçinin ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmamış, nəticədə, Azərbaycan Respublikasının İXM-nin 239-cu və 275.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmiş, buna görə barəsində müvafiq protokol tərtib edilmiş və həmin protokol əsasında İXM-nin 275.1.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməklə, inzibati xəta haqqında qərar qəbul edilmiş, habelə şikayətçi inzibati qaydada 2500 manat məbləğində cərimə edilmişdir. Bundan başqa, X9 şikayət ərizəsində inzibati məsuliyyətə cəlb edilmə müddətinin ötürüldüyünü qeyd etmişdir. Məhkəmə hesab edir ki, X4 törətdiyi inzibati xətalar uzanan inzibati xətalara aid olduğundan, Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablandığından inzibati məsuliyyətə cəlb edilmə müddəti ötürülməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı şikayət üzrə, yəni barəsində qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı sübutetmə yükü də məhz şikayətçinin üzərinə düşür. Şikayətçi tərəfindən isə şikayətini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, ekologiya elmində ətraf mühit dedikdə, insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu, o cümlədən insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Ekoloji ekspertiza isə ekoloji ekspertiza obyektlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədi ilə həmin obyektlərin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş ekoloji tələblərə uyğunluğunun və realizəsinin mümkünlüyünün əvvəlcədən qiymətləndirilməsidir (“X8 haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi). İş materiallarından da göründüyü kimi "xxxx" MMC Siyəzən rayonunun Zarat kəndi ərazisində təsərrüfat fəaliyyəti göstərsə də, həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmamış, MMC-nin direktoru X9 tərəfindən əvvəlki illərdə və son 2023-cü il ərzində 2TQ (hava, su tullantı) rəsmi statistik hesabatlar tərtib olunmamış və razılaşdırılması üçün 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmiş, ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin tələblərini pozaraq, X7sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X7sının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat fəaliyyətini həyata keçirmişdir. Lakin, X7sının obyektlərindən olan istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri ətraf mühitə təsirin qiymətləndirilməsi üçün ekoloji ekspertizaya təqdim edilməli, habelə bununla bağlı ekspert rəyi əldə edilməlidir. X10 isə vəzifəli şəxs kimi “X8 haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq, X7sının rəyini almadan, habelə bununla bağlı hər hansı bir layihə sənəd olmadan Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşməklə, ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat işlərinin ətraf mühitə təsiri vəziyyətini müəyyənləşdirmədən öz fəaliyyətini davam etdirmişdir. Beləliklə, X10un şikayətində göstərilənlər özünümüdafiə xarakteri daşımaqla, yanaşı gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, şikayətçinin mübahisəli qərarın əsassızlığı ilə bağlı gətirdiyi arqumentlər onun şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Deməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati araşdırma aparılmaqla, X4 Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsi ilə inzibati cərimə edilməsi barədə 09 sentyabr 2024-cü il tarixli qərarı qəbul edərkən inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozmamışdır. Əlavə olaraq, qərarla bağlı qeyd olunmalıdır ki, İXM-nin 34-cü maddəsinin İİİ və İV hissələrinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Göründüyü kimi X10a 09 sentyabr 2024-cü il tarixdə İXM-nin 275.1.1-ci maddəsi ilə inzibati cərimə edilərkən bu məcəllənin tələbləri gözlənilməklə, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilmişdir. Bu səbəbdən də, şikayətçi barəsində tətbiq edilmiş inzibati tənbehin miqdarının dəyişdirilməsinə zərurət olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X3 09 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X3 09 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar