Məhkəmə qərarları › İş №3(059)-231/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-231/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-231/2023 08.09.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X4, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxx 1997-ci il tarixdə Siyəzən rayonun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "X8" MMC-də ictimai işlər üzrə sosial işçi, Siyəzən rayonun Yenikənd kəndində qeydiyyatda olmaqla, Siyəzən şəhəri Babək küçəsində yerləşən Ailəvi yataqxanada yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 05 avqust 2023-cü il tarixdə, təxminən saat 07:30 radələrində Siyəzən şəhər 1 saylı fəhlə yataqxanasında Zərərçəkmiş şəxs1 evindən 1 ədəd yaddaş kartı (fləşkart) oğurlamaqla sonuncuya 25 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, 23 avqust 2023-cü il tarixdə, təxminən gecə saat 05:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Siyəzən şəhərinin Babək küçəsindəki 33 nömrəli binanın 5-ci mənzilinə daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus telefon kaburasının içərisində olan 100 manat pulu oğurlamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 07 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 3(059)-232/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-232/2023 saylı material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-231/2023 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 05 avqust 2023-cü il tarixdə, təxminən saat 07:30 radələrində Siyəzən şəhər 1 saylı fəhlə yataqxanasında Zərərçəkmiş şəxs1 evindən 1 ədəd yaddaş kartı (fləşkart) oğurlamaqla sonuncuya 25 manat məbləğində ziyan vurduğunu, bundan başqa, o, 23 avqust 2023-cü il tarixdə, təxminən gecə saat 05:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Siyəzən şəhərinin Babək küçəsindəki 33 nömrəli binanın 5-ci mənzilinə daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus telefon kaburasınən içərisində olan 100 manat pulu oğurladığını bildirdi. Həmçinin, o, 16 avqust və 02 sentyabr 2023-cü il tarixli qərarlarla Şəxs əməllərində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işlərinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 05 avqust 2023-cü il tarixdə, təxminən saat 07:30 radələrində Siyəzən şəhər 1 saylı fəhlə yataqxanasında Zərərçəkmiş şəxs1 evindən 1 ədəd yaddaş kartı (flaşkart) oğurlamaqla sonuncuya 25 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, 23 avqust 2023-cü il tarixdə, təxminən gecə saat 05:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Siyəzən şəhərinin Babək küçəsindəki 33 nömrəli binanın 5-ci mənzilinə daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus telefon koburasının içərisində olan 100 manat pulu oğurlamışdır. Bununla belə, əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxslərə vurduğu zərərləri ödəməmiş, habelə zərərçəkmiş şəxslərlə barışmamışdır. Söz verir ki, ayın sonunda əmək haqqı alarkən yaddaş kartının dəyəri olan 25 manatı və 100 manatı Zərərçəkmiş şəxs2 qaytaracaqdır. Həbs edilməsinin işsiz qalacağı və bununla, ailəsinin maddi vəziyyətinin daha da pisləşəcəyini bildirməklə, məhkəmədən barəsində inzibati həbs təyin edilməməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o, 05 avqust 2023-cü il tarixdə saat 07-dən 18 radələrinədək işdə olmuş, yaşadığı evin kilidi bağlanmadığı üçün qapısı açıq qalmışdır. Təqribən saat 18 radələrində o, yaşadığı evə gəlib ona məxsus televizora quraşdırılmış maskasını unutduğu üçün yaddaş kartının oğurlandığını aşkar etmişdir. Bundan sonra, DİN-in 102 xidmətinə müraciət edərək bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 25 manat məbləğində ziyan dəymiş, lakin nə yaddaş kartı qaytarılmamış, nə də kartın pulu ödənilməmişdir. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyanın əvəzi ödənilmədiyindən ondan şikayətçidir və qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, 22 avqust 2023-cü il tarixdə əmək haqqından qalmış 100 manat pulu mobil telefonun koburasının içərisinə qoyub yatmışdır. Yatarkən koburasında pul olan telefonunu yatağının yanındakı şkafın içşərəiniə qoymuşdur. Səhər yuxudan durandan sonra isə koburanın içinə baxdıqda həmin pouılu orada tapa ilməmişdir. Onunla yataqxanada qapı qonçşusu Şəxs da yaşauyır. Polisə müraciət etdikdən sonra məlum olmuşdur ki, qonşusu Şəxs gecə saat 05 radələrində işə getdiyi zaman qapının açıq olduğunu görüb onun yatdıöı oitaa daxil olaraq həmi 100 manat pulun götürmüşdür. Hal-hazıradək Şəxs tərəfindən 100 manat pul ona qaytarılmadığı üçün sonuncudan şikayətçidir və qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan 16 avqust və 02 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlardan görünür ki, naməlum şəxsin (şəxslərin) əməllərində cinayət tərkibinin əlamətləri olmadığından barəsində (barələrində) cinayət işlərinin başlanması rədd edilmiş və barəsində (barələrində) inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərarlardan və işin faktiki hallarından görünür ki, Şəxs 05 avqust 2023-cü il tarixdə, təxminən saat 07:30 radələrində Siyəzən şəhər 1 saylı fəhlə yataqxanasında Zərərçəkmiş şəxs1 evindən 1 ədəd yaddaş kartı (fləşkart) oğurlamaqla sonuncuya 25 manat məbləğində ziyan vurmuş, bundan başqa, o, 23 avqust 2023-cü il tarixdə, təxminən gecə saat 05:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Siyəzən şəhərinin Babək küçəsindəki 33 nömrəli binanın 5-ci mənzilinə daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus telefon koburasının içərisində olan 100 manat pulu oğurlamışdır İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Şəxs "X8" MMCdə ictimai işlər üzrə sosial işçidir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlindən səmimi peşmançılıq hissi çəkməsi, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs əməllərində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən törədilmiş inzibati xəta əməlləri nəticəsində vurduğu zərərləri ödəməməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yüngülləşdirici halları nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.2, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 07 sentyabr 2023-cü il tarixdən saat 19.50-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şəxs inzibati xətanı törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar