Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-234/2022 23.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxx 2002-ci il tarixdə Beyləqan rayonunun Mil qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonunun Mil qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonunun Xırdalan şəhərindəki S.Bəhlulzadə küçəsində yerləşən 168 saylı binanın 2-ci mənzilində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs 22 dekabr 2022-ci il tarixdə, saat 16:10 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın 707 saylı Stasionar xidməti postunda idarə etdiyi “Chevrolet Lacetti” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili nəzarət qaydasında saxlamış, habelə ictimai qaydanı mühafizə edən yol patrul xidməti inspektoru X2 qanuni tələblərinə məhəl qoymamış, habelə sonuncu ilə mübahisə edərək, əli ilə itələyib, onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən 22 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, DİN-in BDYPİ-nin YPXA-nın yol patrul xidməti inspektoru Nahid İbrahimovun 22 dekabr 2022-ci il tarixdə icraatına daxil olmuş raportu əsasında Orucov X3 RPŞ-yə dəvət olunaraq, izahatı alınmış, həmçinin sonuncu barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 22 dekabr 2022-ci il tarixdə, təxminən saat 16:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Lacetti” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı- Quba-Dağıstan sərhədi yolu ilə Xırdalan şəhərindən Quba rayonu istiqamətində hərəkətdə olduğu vaxt, düzgün olmayan ötmə əməliyyatı etdiyi üçün Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən stasionar postda saxlanılmış və bu zaman törətdiyi qayda pozuntusu ona bildirilməklə, sənədləri tələb olunmuşdur. Həmin vaxt, avtomobili idarə etmək üçün etibarnamə üzəridə olmadığına, eləcə də tələsdiyinə görə YPX-nin adını sonradan bildiyi əməkdaşı Nahid İbrahimovla aralarında mübahisə yaranmış, habelə yaranmış mübahisəyə avtomobilində olan anası X4 və xalası X6 da müdaxilə etmiş, mübahisələri məhkəməyə qədər gəlib çıxmışdır. Qeyd edir ki, hadisə vaxtı YPX-nin əməkdaşı ilə sərt formada danışmış, habelə onu idarə etdiyi avtomobildən uzaqlaşdırmaq üçün əli ilə itələsə də, sonuncunun və ümumiyyətlə polisin ünvanına nalayiq ifadələr işlətməmişdir. Bundan başqa, hadisə barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə ilk olaraq anası Gülzar Bədirxanova zəng vurub şikayət etmiş, bundan sonra isə YPXA-nın əməkdaşı Siyəzən rayon Polis Şöbəsinə məlumat verərək, oraya PPXT-nin əməkdaşlarını dəvə etmişdir. Daha sonra, o, rayon Polis Şöbəsinə aparılmış, habelə o, həmin gün saat 17:30 radələrindən inzibati qaydada tutulmaqla, şöbənin müvəqqəti saxlama otağında saxlanılmışıdır. Siyəzən RPŞ-də olarkən inventara zərər vurmamış, şöbənin iş ahəngini pozmamışdır. Odur ki, törətdiyi əməldən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası DİN BDYPİ-yə bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti inspektoru X7 izahatında göstərdi ki, 22 dekabr 2022-ci il tarixdə, saat 16:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın 707 saylı Stasionar xidməti postunda Şahidlə xidmətdə olarkən monitorda Xızı rayonunun Giləzi yaşayış məntəqəsində Şəxs idarə etdiyi “Chevrolet Lacetti” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə düz xəttin tələblərini pozaraq ötmə əməliyyatı etdiyini görmüş, bu səbəbdən də postun qarşısına çıxıb, ona saxla işarəsi verərək saxlatmış, habelə avtomobildən düşmüş Şəxs yaxınlaşıb, özünü təqdim edərək, qayda pozuntusunu izah etmiş, Şəxs isə törətdiyi xətanı etiraf etmiş, tələsdiyi üçün qaydanı pozduğunu qeyd etmişdir. Bundan sonra, Şəxs sənədləri yoxlanılarkən avtomobili lizinqdə olduğundan onun adına etibarnamə çıxmamış, başqa qaydada yoxlama zamanı isə avtomobil üçüncü şəxsin adında aşkar edilmiş, bu zaman sistemdə adı çıxmayan Şəxs posta yaxınlaşmaq tövsiyə edilmiş, o, isə buna etiraz etməmişdir. Həmin vaxt Şəxs sənədinin olduğunu bildirsə də, yol vərəqəsini avtomaşında tapmamış, bu zaman o, Məhəbbətə ona hörmət əlaməti olaraq, həmin sənədin surətini telefon vasitəsilə ona təqdim edə biləcəyini, buna etiraz etmədiyini, həmçinin bu qaydada sənədə baxıb, inzibati xəta haqqında protokol tərtib etməklə, onu yola salacağını qeyd etmişdir. Sonradan sürücü avtomaşınına yaxınlaşmış, orada anası və xalası ilə danışmış, bu vaxt o, avtomaşın asfaltın kənarında olduğundan Şəxs yaxınlaşıb, nəqliyyat vasitəsini postun qarşısına çəkməsini təklif etmiş, həmin məqamda avtomaşının şüşələrini endirən xanımlar “cəriməmizi yazın çıxaq gedək” deyə bildirmişlər. Bu vaxt o, Şəxs etibarnaməsinin olmadığını bildirdikdə, sonuncunun avtomaşının arxa oturacağında əyləşmiş anası sənədin təqdim ediləcəyini qeyd etsə də, onun qarşısında əyləşmiş digər xanım onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Şəxs ona problem yaradılmamasını istəmiş, xanımlar isə “sür ey, sür gedək” deyə qeyd etsələr də, o, buna etirazını bildirməklə, razılıq verməmişdir. Xanımlar öz hərəkətlərini davam etdirmiş, bu zaman Şəxsla aralarında anlaşmazlıq baş vermiş, sonuncu onu anası ilə söhbət etdiyi üçün əli ilə sinəsindən itələmiş, habelə həmin məqamda üzərində olan müşahidə kamerası yerə düşsə də, cihazın işləməsində problem yaranmamışdır. Mübahisə ərəfəsində Şəxs bir daha oradakı xanımlara ona problem yaratdıqlarını bildirmişdir. Bundan sonra, xidmət yoldaşı Siyəzən RPŞ-yə zəng vuraraq, baş verən hadisə barədə məlumat verməklə, ora məsələnin aydınlaşdırılması üçün polis əməkdaşları çağırılmışdır. Siyəzən RPŞ-nin PPXTnin əməkdaşları gələnə qədər Şəxs anası hadisə yerini tərk edib, getsə də, orada qalmış xalası məsələnin həllinə çalışmışdır. Siyəzən RPŞ PPXT-nin əməkdaşları ora gəldikdən sonra birlikdə RPŞ-yə getmişlər. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, bu vaxt Şəxs onun ünvanına nalayiq ifadələr işlətməsə də, qanuni tələblərinə tabe olmamışdır. Bununla belə, hazırda Şəxs şikayətçi olmamasının nəzərə alınmasını xahiş edir. İşdə olan sənədlərdən, o cümlədən DİN BDYPİ-yə bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti inspektoru Nahid İbrahimovun 22 dekabr 2022-ci il tarixli raportunun surətindən və məhkəmə iclasında tədqiq edilmiş, 1 ədəd CD diskə köçürülmüş videogörüntüdən görünür ki, Şəxs 22 dekabr 2022-ci il tarixdə, saat 16:10 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın 707 saylı Stasionar xidməti postunda idarə etdiyi “Chevrolet Lacetti” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili nəzarət qaydasında saxlamış, habelə ictimai qaydanı mühafizə edən yol patrul xidməti inspektoru X2 qanuni tələblərinə məhəl qoymamış, habelə sonuncu ilə mübahisə edərək, əli ilə itələyib, onun qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi və gənc yaşda olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, gənc yaşda olmaqla, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, təqsirinin dərəcəsini, yəni ilk dəfə bu qəbildən olan inzibati xəta törətməsini habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcud olmasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 22 dekabr 2022-ci il tarixdə, saat 17:30-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətaların törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 150 (yüz əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-234/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-234/2022
23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver