Məhkəmə qərarları › İş №3(059)-246/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-246/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-246/2023 02.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Yasinova Mehriban Səfa qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxxxxx 1997-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən şəhəri, X8 küçəsi, ev 24 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci, 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17 sentyabr 2023cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən evin kənarındakı otlaq sahədən 3 ədəd, 20 sentyabr 2023-cü il tarixdə 2 ədəd, cəmi 5 ədəd ördəyi, 23 sentyabr 2023-cü il tarixdə isə evin həyətyanı sahəsinin girişində olan 1 ədəd dəmir barmaqlı qapını oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 80 manat məbləğində ziyan vurmuşdur. Bundan əlavə, o, 30 sentyabr 2023-cü il tarixdə, saat 17:40-17:45 radələrində Siyəzən şəhərinin Şəhriyar küçəsində rayon ərazisində baş vermiş xırda talam faktları ilə əlaqədar şübhəli bilindiyindən ona yaxınlaşmış ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının onlarla şöbəyə getməklə bağlı qanuni tələblərinə qəsdən tabe olmayaraq, əl-qol hərəkətləri etməyə başlamış, habelə həmin məqamda orada, eləcə də küçədə ictimai qaydanı pozub, ucadan nalayiq ifadələr işlətmişdir. Bu barədə, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən müvafiq olaraq 30 sentyabr 2023-cü il tarixli, MN seriyalı 1791202, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 3(059)-247/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-246/2023 saylı, 3(059)- 247/2023 saylı və 3(059)-248/2023 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)- 246/2023 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, Şəxs barəsində Siyəzən RPŞ-nin TQ-un cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci, RPŞ-nin PPXB-nün əməkdaşlarının raportuna əsasən İXM-nin 510-cu və 535.1-ci maddələri ilə protokollar tərtib olunmuşdur. Belə ki, Şəxs Siyəzən şəhərinin Şəhriyar küçəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman, səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci, 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 17 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən evin kənarındakı otlaq sahədən 3 ədəd, 20 sentyabr 2023-cü il tarixdə 2 ədəd, cəmi 5 ədəd ördəyi, 23 sentyabr 2023-cü il tarixdə isə evin həyətyanı sahəsinin girişində olan 1 ədəd dəmir barmaqlı qapını oğurlamış, göstərilən əməlləri tək icra etmiş, habelə dəmir qapını 5 manat 80 qəpiyə metal qəbulu sexinə satmışdır. Bundan başqa, ayrı-ayrı vaxtlarda oğurladığı cəmi 5 ədəd ördəyi Şabran şəhərindəki bazarda təxminən 40 manata satmışdır. Eyni zamanda, 30 sentyabr 2023-cü il tarixdə spirtli içki qəbul etmiş, habelə spirtli içkinin təsirindən Siyəzən şəhərinin Şəhriyar küçəsində nalayiq ifadələr işlətməyə başlamış, bu səbəbdən də, ona yaxınlaşmış polis əməkdaşlarına tabesizlik göstərərək RPŞ-yə getməkdən boyun qaçırmışdır. Hazırda törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, yaşadığı Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən həyətyanı sahəsindən 17 sentyabr 2023-cü il tarixdə 3 ədəd, 20 sentyabr 2023-cü il tarixdə isə 2 ədəd olmaqla, cəmi 5 ədəd ördəyi, habelə 23 sentyabr 2023-cü il tarixdə evinin dəmir giriş qapısını oğurlamışdır. Eyni zamanda, ördəklərin birinin bazar qiyməti təxminən 10 manat təşkil edir. Beləliklə, ona ümumilikdə 80 manat məbləğində ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün Şəxs şikayətçidir. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin PPXB-nin polis nəfəri X3 izahatında göstərdi ki, rayon ərazisində baş vermiş oğurluq hadisələrinə görə şübhəli olduğu üçün 30 sentyabr 2023-cü il tarixdə, saat 17:40 radələrində Siyəzən şəhərinin Şəhriyar küçəsində onunla birgə xidmətdə olan Emil Zeynalovla birlikdə Şəxs görüb, sonuncuya yaxınlaşmış, habelə RPŞ-yə dəvət etmişlər. Bu zaman spirtli içki qəbul etmiş Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, əl-qol hərəkətləri etməklə, onlara qarşı tabesizlik göstərməyə başlamış, habelə sözügedən küçədə səs-küy salmaqla, ictimai qaydanı pozmuşdur. Bundan sonra, o, əraziyə avtomobil çağırmış, habelə gələn avtomaşınla Şəxs Siyəzən RPŞ-yə aparmışlar. Məhkəmə iclasında iştirak edən digər şahid, Siyəzən RPŞ-nin PPXB-nin polis nəfəri, sürücü X4 şahid Mansur Musayevin izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İşdə olan sənədlərdən və izahatlardan görünür ki, Şəxs 17 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən evin kənarındakı otlaq sahədən 3 ədəd, 20 sentyabr 2023-cü il tarixdə 2 ədəd, cəmi 5 ədəd ördəyi, 23 sentyabr 2023-cü il tarixdə isə evin həyətyanı sahəsinin girişində olan 1 ədəd dəmir barmaqlı qapını oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 80 manat məbləğində ziyan vurmuşdur. İşdə olan 02 oktyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Eyni zamanda qərardan, Zərərçəkmiş şəxs 02 oktyabr 2023-cü il tarixdə məhkəməyə ünvanlandığı ərizədən, eləcə də, işin faktiki hallarından görünür ki, Zərərçəkmiş şəxs 30 sentyabr 2023-cü il tarixdə 1 ədəd dəmir qapını yararlı vəziyyətdə təhvil alsa da, qalan zərəri ödənilmədiyindən Şəxs şikayətçidir. İşdə olan sənədlərdən, o cümlədən raportlardan görünür ki, Şəxs 30 sentyabr 2023cü il tarixdə, saat 17:40-17:45 radələrində Siyəzən şəhərinin Şəhriyar küçəsində rayon ərazisində baş vermiş xırda talam faktları ilə əlaqədar şübhəli bilindiyindən ona yaxınlaşmış ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının onlarla şöbəyə getməklə bağlı qanuni tələblərinə qəsdən tabe olmayaraq, əl-qol hərəkətləri etməyə başlamış, habelə həmin məqamda orada, eləcə də küçədə ictimai qaydanı pozub, ucadan nalayiq ifadələr işlətmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci, 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd olunan Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 227-ci, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gənc yaşda olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs əməllərində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, müxtəlif vaxtlarda üç inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 227-ci, 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 30 sentyabr 2023-cü il tarixdə, saat 17.40 radələrindən faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci, 510-cu və 535.1ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 30 sentyabr 2023-cü il tarixdən saat 17.40-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxs, Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar