Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-246/2025 30.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Şabran rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Tərtib edilmiş protokola əsasən Şəxs 04 sentyabr 2024-cü il tarixdə, saat 19:00 radələrində Siyəzən rayonunun Zarat kəndində Zərərçəkmiş şəxs məxsus bir baş qoyunu oğurlamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən 29 mart 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərtib etdiyi protokolu müdafiə edərək, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, göstərdi ki, Zərərçəkmiş şəxs 04 sentyabr 2024-cü il tarixdə Siyəzən rayon Polis Şöbəsinə müraciət edərək, özünə məxsus 14 ədəd xırdabuynuzlu heyvanının Şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Bundan sonra, faktla bağlı RPŞ-nin TQ-da araşdırılma aparılmış, habelə material Azərbaycan Respublikasının CM-nin 179-cu maddəsi ilə istintaq aparılması üçün aidiyyəti üzrə Siyəzən rayon prokurorluğuna göndərilmişdir. Daha sonra, rayon prokurorluğunda müvafiq araşdırılma aparılmış, habelə 18 noyabr 2024-cü il tarixdə RPŞ-nin TQ-nin təhqiqatçısı Mətləb Qarayevin materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarı ləğv edilərək, material üzrə əlavə araşdırma aparılıb qanuni qərar qəbul edilməsi üçün təhqiqat qrupuna qaytarılmışdır. Beləliklə, material üzrə yenidən araşdırma aparılmış, habelə 08 dekabr 2024-cü il tarixdə Şəxs əməlində cinayət tərkibi olmadığından sonuncu haqqında cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Bundan sonra, Şəxs yenidən izahatı alınmış və sonuncu 14 deyil, 1 ədəd xırdabuynuzlu heyvan oğurladığını etiraf edərək, əməlindən peşmançılıq hissi keçirdiyini, habelə zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri ödəyəcəyini qeyd etmişdir. Bununla da, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişdir. Bundan başqa, Şəxs 10 iyun 2024-cü il tarixdən, 04 sentyabr 2024-cü il tarixədək, Zərərçəkmiş şəxs təsərrüfatında olan xırdabuynuzlu heyvanlara başçılıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 10 iyun 2024-cü il tarixdən, 04 sentyabr 2024-cü il tarixədək, Zərərçəkmiş şəxs təsərrüfatında olan xırdabuynuzlu heyvanlara başçılıq etmiş, lakin, işə başlayan zaman sonuncuya məxsus heyvanları sayaraq təhvil almadığından, ümumilikdə neçə ədəd olduğunu bilməmişdir. Buna baxmayaraq, həmin heyvanların içərisində onun özünün təxminən 7-8 ədəd quzusu olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs təsərrüfatında olan heyvanlar onun sərəncamında olduğu müddətdə bir ədəd xırdabuynuzlu heyvanı oğurlasa da, Siyəzən rayon Polis Şöbəsində izahat verərkən polis əməkdaşlarından qorxduğu üçün 12 ədəd quzu oğurladığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qızı izahatında göstərdi ki, Şəxs 10 iyun 2024cü il tarixdən, 04 sentyabr 2024-cü il tarixədək, onun təsərrüfatında olan 550 ədəd xırdabuynuzlu heyvana başçılıq etmiş, habelə bunun qarşılığında ona aylıq 400 manat pul vermişdir. Belə ki, Şəxs həmin heyvanları sərəncamında olduğu müddətdə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən otlaq sahələrinə aparmış, habelə axşam olduqda geri gətirmişdir. Bundan başqa, 2024-cü ilin avqust ayının birinci yarısında eyni qaydada Şəxs heyvanları otlaq sahəsindən geri gətirdikdə onu qarşılamış, habelə 7 ədəd qoyunun yerində olmamasını görmüş və bu barədə sonuncuya bildirsə də, o, heç bir məlumatının olmadığını qeyd etmişdir. Bundan təxminən bir həftə sonra, yenidən heyvanları saydığında 6 ədəd qoyunun yerində olmadığını müşahidə etmişdir. Daha sonra, Şəxs uzaqlaşdırmaq qərarına gələrək, başqa maldar axtarmış, habelə bu barədə Valeh adlı şəxslə razılığa gəlsə də, sonuncu ona 06 sentyabr 2024-cü il tarixdən işə başlaya biləcəyini qeyd etdiyindən, həmin tarixədək Hafislə davam etmək məcburiyyətində qalmışdır. Bundan başqa, heyvanları sayarkən yanında X2 olmaqla, yanaşı sonuncu heyvanların sayının azaldığını hər dəfəsində onunla birlikdə müşahidə etmişdir. Lakin, Siyəzən rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı tərəfindən istər Nurlan Cəbrayılov, istərsə də, digər şahidlər çağırılaraq izahatları alınmamış, iş üzrə hərtərəfli araşdırma aparılmamışdır. Beləliklə, 04 sentyabr 2024-cü il tarixdə Nurlan ilə birlikdə heyvanları yenidən saydıqlarında daha bir ədəd qoyununda yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, Nurlan ilə Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən X3 məxsus kafeyə getmiş, habelə orada həmin bir ədəd qoyunun kəsilərək soyulmuş vəziyyətdə asılqandan asıldığını görmüşdür. Həmçinin, Şəxs Siyəzən RPŞ-də ilk dəfə izahat verərkən 12 ədəd qoyunu oğurladığını, 5 ədədini Qormaza satdığını etiraf etmiş, habelə ona orada polis əməkdaşları tərəfindən qorxu, təsir və ya təziq olmamışdır. Beləliklə, Şəxs ona bir ədədinin qiyməti 200 manat olan 14 ədəd qoyunu mənimsəyərək 2800 manat ziyan vurmuş və bu zərəri ödəməmişdir. Odur ki, Şəxs şikayətçidir. İş materiallarında olan 08 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun haqqında cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən 30 mart 2025-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, Şəxs onun 14 baş qoyununu mənimsəyərək dəymiş 2800 manat ziyanı ödəmədiyi üçün o, Şəxs şikayətçidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs müxtəlif tarixlərdə Siyəzən rayonunun Zarat kəndində Zərərçəkmiş şəxs məxsus olmaqla, ona etibar edilərək, baxılması üçün sərəncamına verilmiş 14 ədəd xırdabuynuzlu heyvanı mənimsəməklə, talayıb Zərərçəkmiş şəxs 2800 manat məbləğdə ziyan vurmuşdur. Bununla da, məhkəmə Şəxs müxtəlif tarixlərdə törətdiyi əməllərin cinayətin mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama normalarının təsir dairəsinə düşməsi, eyni zamanda, zərərçəkmiş şəxsə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurması ehtimalına kifayət qədər əsas verir ki, bu da onun əməllərində cinayət tərkibinin əlamətlərinin olması ehtimalını artırır. Göründüyü kimi Şəxs baxılan inzibati xəta haqqında materialda göstərilən əməli törətməsi təsdiq olunacağı halda, onun əməlində mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamanın olub-olmaması araşdırılmalı və CM-nin 179-cu maddəsinin tərkibinin olub-olmamasına hüquqi qiymət verilməlidir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Sözügedən Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinin şərhinə əsasən bu maddə, özgənin əmlakını talamanın iki müstəqil formasını nəzərdə tutur: mənimsəmə və israfetmə. Özgənin əmlakını talamanın bu iki müstəqil formasının hər birinin özünəməxsus obyektiv xüsusiyyətləri vardır. Bu obyektiv xüsusiyyətlər özgənin əmlakını ələ keçirmənin üsulunda özünü göstərir. Şərh edilən cinayətin obyekti də, mülkiyyət münasibətləridir. Mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbardar, təchizatçı, kassir və sair) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Əmlak hər hansı təşkilatın işçisi hesab edilməyən xüsusi şəxslərə də, etibar edilə bilər (onlara yuxarıda qeyd olunan sərəncam vermə, idarə etmə, saxlama və sair səlahiyyətlər verməklə). Təqsirkara səlahiyyətlər podrat, icarə, saxlama və sair mülkihüquqi müqavilələr əsasında da, verilə bilər. Bundan başqa, mənimsəmə və ya israf etmənin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Təqsirkar özgənin ona etibar edilmiş əmlakını qanunsuz və əvəzsiz olaraq götürdüyünü və ya həmin əmlak barəsində sərəncam verdiyini dərk edir və bu əməli törətməyi arzu edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin İ bəndinin İ cümləsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, mənimsəmə və israf etməni oğurluqdan fərqləndirən əsas əlamət ondan ibarətdir ki, mənimsənilən və ya israf edilən əmlak təqsirkar şəxsə etibar edilmiş olur. Oğurluq zamanı təqsirkarın talanan əmlaka heç bir münasibəti olmur, onun həmin əmlak barədə sahiblik, istifadə və ya sərəncam üzrə heç bir səlahiyyəti olmur. İşin faktiki hallarından göründüyü kimi fərdi qaydada qoyunçuluqla məşğul olan Zərərçəkmiş şəxs təsərrüfatında 550 baş xırdabuynuzlu heyvanı olmuş və o, bu heyvanları uzun illərdir tanıdığı, həmkəndlisi Şəxs etibar etmiş, habelə sonuncunun həmin heyvanlara baxması qarşılığında 10 iyun 2024-cü il tarixdən ona aylıq 400 manat pul vermişdir. Buna baxmayaraq, Şəxs 2024-cü ilin avqust ayından həmin ilin 04 sentyabr tarixinədək Zərərçəkmiş şəxs ona etibar etdiyi bir ədədinin qiyməti 200 manat olmaqla, ümumilikdə 2800 manat dəyərində 14 ədəd xırdabuynuzlu heyvanını (qoyununu) öz mülkiyyətinə keçirib, mənimsəməklə talamışdır. Bundan başqa, Şəxs Siyəzən rayon Polis Şöbəsində izahat verərəkən Zərərçəkmiş şəxs məxsus 12 ədəd xırdabuynuzlu heyvanı oğurladığını etiraf etmişdir. Lakin, məhkəmə iclası zamanı rayon Polis Şöbəsində polis əməkdaşlarından qorxduğu üçün heyvanların onun tərəfindən oğurlandığını etiraf etməsini bildirsə də, buna məhkəmə tərəfindən daxili inam yaranmamışdır. Çünki, Şəxs sözügedən hadisə ilə bağlı hər hansı bir təzyiq və təsir olmadan işin faktiki halları ilə əlaqədar izahat vermiş, habelə onun hazırda qeyd etdikləri özünün söz və mülahizələrindən ibarət olmaqla, müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi güdür. Göründüyü kimi, Zərərçəkmiş şəxs təsərrüfatında olan 550 baş xırdabuynuzlu heyvanı Şəxs etibar etdikdən sonra sonuncunun onun heyvanlarını mənimsəmək niyyəti yaranmışdır ki, bu da əmlakın talanmasının oğurluq formasını deyil, mənimsəmə və ya israf etmə formasını ehtiva edir. Çünki, Şəxs Zərərçəkmiş şəxs əmlakını gizli olaraq oğurlayıb talamamış, ona inanılıb, tapşırılaraq etibar edilmiş 550 ədəd xırdabuynuzlu heyvanın 14 ədədini öz mülkiyyətinə keçirib, mənimsəməklə, talayıb zərərçəkmiş şəxsə 2800 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü bəndinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı vəziyyətdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməli və onun əməlində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğuna görə Siyəzən Rayon Məhkəməsində baxılan 3(059)-246/2025 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Eyni zamanda qeyd edirəm ki, Şəxs 29 mart 2025-ci il tarixdə, saat 10:30-dan inzibati qaydada tutulmuş, daha sonra azad olunmadan müşayiət altında məhkəməyə gətirilmişdir. Hazırda, İXM-nin 227-ci maddəsi ilə Şəxs barəsində başlanmış icraata xitam verildiyindən onun barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğuna görə Siyəzən Rayon Məhkəməsində baxılan 3(059)- 246/2025 saylı inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Zərərçəkmiş şəxs Şəxs tərəfindən ona vurulmuş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-246/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-246/2025
30.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver