Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-249/2023 05.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən Vəkil, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin polis sahə rəisi X1 iştirakları ilə 10 avqust 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" ASC-də yuyulma üzrə aparatçı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, bu şəhərin eyni küçəsindəki 30 A saylı fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 07 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin Şəhriyar küçəsində, birgə yaşadıqları 30 A saylı fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs sağ üz nahiyəsindən vuraraq, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, 07 iyul 2023-cü il tarixdə, saat 11:00 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs əri Şəxs tərəfindən döyülməsi barədə Siyəzən RPŞ-nə edilmiş müraciət əsasında onlardan izahat alınmış, habelə təhqiqatçının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə rəsmi nikaha daxil olmuş, habelə birgə nikahdan iki övladları vardır. Habelə hal-hazırda Zərərçəkmiş şəxs ilə boşanma ərəfəsində olmaqla, nikahın pozulması ilə bağlı Siyəzən Rayon Məhkəməsinin icraatında olan mülki işləri, uşaqların valideynlərdən hansının himayəsinə verilməsi ilə əlaqədar Siyəzən Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına göndərilmişdir. 06 iyul 2023cü il tarixdə, saat 19:00 radələrində evdə olduğu zaman, anası Kəmalə Güləliyeva, arvadı Zərərçəkmiş şəxs otağında olmamasına baxmayaraq sərinkeşin işlək vəziyyətdə olduğunu görüb götürmüşdür. Belə ki, həmin sərinkeş onlara məxsus olmuşdur. Bundan sonra, Zərərçəkmiş şəxs anasının sərinkeşi götürməsi səbəbindən, otağına gələrək, evlərinin qapısını və kilidini sındırmış, o da, Nüşabəni otaqdan çıxarmışdır. Bundan sonra, Nüşabə anasının və onun barəsində nalayiq ifadələr işlətməyə başlamış, Nüşabə anasının üstünə hücum çəkmək istəyərkən, o da, arvadını itələmişdir. Daha sonra, anası Kəmalə Güləliyeva, eyni zamanda Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, habelə o, evdən çıxaraq işə getmişdir. Bundan başqa o, Nüşabəni vurmamış, habelə 07 iyul 2023-cü il tarixdə, saat 02:00 radələrində işdən evə qayıdaraq yatmışdır. Bundan sonra o, 07 iyul 2023-cü il tarixdə, saat 09:00 radələrində evdən çıxmış, habelə saat 18:00 radələrində anası işdən gəldikdən sonra evə qayıtmışdır. Hesab edir ki, arvadı Zərərçəkmiş şəxs onu qısqandığı üçün, habelə onun görüşdüyü Ülkər adlı qadını döydüyünə görə cəzaya məhkum olunmasının qisasını almaqdan ötrü şərləmək istəyir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 06 iyul 2023-cü il tarixdə, saat 19:00 radələrində hamamda paltar yuyan zaman oğlu Hüseyn yanına gələrək atası Şəxs onun övladları ilə birgə yaşadığı otağa keçdiyini bildirmiş, bu səbəbdən də o, həmin otağa getmiş, lakin Həsən orada olmamışdır. Bundan sonra, oğlu yenidən onun yanına gələrək atasının onların otağında olan sərinkeşi götürdüyünü bildirmişdir. Belə ki, həmin sərinkeş Şəxs məxsus olmuşdur. Bundan sonra o, Şəxs hansı səbəbdən ondan icazəsiz otağına daxil olaraq, sərinkeşi götürməsini soruşmuş, habelə aralarında mübahisə yaranmışdır. Daha sonra o, qapını vurub qırmış, habelə özünə məxsus televizoru Həsənin otağından götürmüşdür. Bundan başqa o, qaynənəsi Kəmalə Güləliyevanın başını divara vurmamış, habelə sonuncu özü öz başını divara vuraraq, ona şər atmaq niyyətində olmuşdur. Mübahisə zamanı Həsən onu təhqir etdiyindən, o da, öz növbəsində Həsənin ünvanına nalayiq ifadələr işlətmiş, habelə sonuncu onun qarın nahiyəsindən təpiklə vurmuşdur. Bundan sonra, DİN-nin 102 xidmətinə vermiş olduqları məlumat əsasında polis əməkdaşları gəlib onlardan izahat almış, habelə həmin vaxt Şəxs evdə olmamışdır. 07 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərinə əmisiqızı gilə qonaq getmək üçün evdən çıxmış, habelə bank kağızlarını götürməyi unutduğundan təkrar evə qayıtmış, bu zaman Həsənin onun ayaqqabılarını təpiklə vuraraq yerə atdığını görmüşdür. Belə ki, Şəxs hansı səbəbdən ayaqqabıları yerə atdığını soruşduqda, sonuncu onun qapılarını sındırdığından bu hərəkəti etdiyini bildirmişdir. Bu zaman o, Həsəni nalayiq ifadələrlə təhqir etmiş, habelə sonuncu barmağında üzük olan sağ əli ilə onun sağ üz nahiyəsindən bir dəfə yumruqla vurmuş, nəticədə dodağından xəsarət almaqla, dişi sınmışdır. Bundan sonra, Şəxs evdən qaçmaq istədiyini gördüyü üçün, evin seyf qapısını bağlamış, lakin sonuncu mətbəxin pəncərəsindən çıxaraq, ona “görürsən evdən necə çıxırlar” deyərək getmişdir. Daha sonra o, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına çağrı vermiş, habelə həkimlər yerində ona tibbi yardım göstərə bilməyəcəklərini, onlarla birlikdə xəstəxanaya getməli olacağını, orada dodağına tikiş qoyulacağını bildirmişlər. Bundan sonra o, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri ilə birlikdə xəstəxanaya getmiş, orada ona ilkin yardım göstərilərək, dodağına tikiş qoyulmuş, evə qayıtmışdır. Odur ki, Şəxs şikayətçi olmaqla, barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 01 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 06 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin Şəhriyar küçəsində, birgə yaşadıqları 30 A saylı fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs sağ üz nahiyəsindən vuraraq, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 24 iyul 2023-cü il tarixli, 128 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üzün sağ yarısının əzilmiş yaraları və üst çənədə 16-cı dişin tac hissəsinin hissəvi qopması aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti 07 iyul 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 05 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Şəxs şikayətçidir və barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 07 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin Şəhriyar küçəsində, birgə yaşadıqları 30 A saylı fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs sağ üz nahiyəsindən vuraraq, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bununla belə onun məsuliyyətini yüngülləşdirən halların olmasını, o cümlədən himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 450 (dörd yüz əlli) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-249/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-249/2023
05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver