Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-252/2024 08.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X2, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, 13 avqust 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "X6" MMC-də ictimai işlər üzrə sosial işçi kimi çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13 dekabr 2023cü il tarixdə aralarında yaranmış mübahisə zamanı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs sol bilək nahiyəsinə dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, ona qəsdən fiziki ağrı vermişdir. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 08 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Rəvan Ağamirzəyevin 11 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən, Şəxs barəsində 08 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Belə ki, hadisə 13 dekabr 2023-cü il tarixdə baş vermiş, lakin, Şəxs yerini müəyyən etmək mümkün olmadığından 11 fevral 2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, 08 oktyabr 2024-cü il tarixdə sonuncunun yeri müəyyən olunaraq RPŞ-yə gətirildiyindən onun barəsində icraatı dayandırılmış inzibati iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs sol bilək nahiyəsinə dərəcəsi təyin edilməyən xəsarət yetirməməklə, yanaşı ona qəsdən fiziki ağrı verməmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qaynıdır. 13 dekabr 2023-cü il tarixdə Şəxs ünvan 2 ünvanında onun sol bilək nahiyəsinə vuraraq, dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, qəsdən fiziki ağrı vermişdir. Odur ki, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, HK-1/1292, HK-1/1297 və HK-1/1298 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilməklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbirin görülməsi üçün sözügedən qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 13 dekabr 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs sol bilək nahiyəsinə dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, ona qəsdən fiziki ağrı vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 14 dekabr 2023-cü il tarixli, 262 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol bilək nahiyəsinin yumşaq toxumalarının səthi əziyi aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti bir-iki günə qədər olub, 13 dekabr 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 11 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, HK-1/1292, HK-1/1297 və HK-1/1298 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilməklə, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 11 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs barəsindəki inzibati xəta haqqında iş üzrə icraat sonuncunun yerini müəyyən etmək mümkün olmadığından həmin tarixdən dayandırılmışdır. İş materiallarına əlavə olunmuş 07 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, HK-1/772 və HK-1/773 saylı materiallar üzrə cinayət işinin başlanması rədd edilməklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati qaydada müvafiq tədbirin görülməsi üçün sözügedən qərarın surəti RPŞ-nin İTByə göndərilmişdir. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardadın surətindən görünür ki, 07 avqust 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Şəxs yeri müəyyən olunaraq RPŞ-yə gətirildiyindən onun barəsində icraatı dayandırılmış inzibati iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu Məcəllənin 104.1.1-ci və 104.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə, inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda dayandırılır. Sözügedən Məcəllənin 104.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında iş üzrə icraatın dayandırılmasına qədər səlahiyyətli vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri aparmalı, bu Məcəllənin 104.1.1 və 104.1.3-cü maddələrində nəzərdə tutulmuş və inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün səbəb olmuş halların aradan qaldırılması üçün bütün tədbirləri görməlidir. Həmin Məcəllənin 104.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat səlahiyyətli vəzifəli şəxsin qərarı ilə dayandırılır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Bu Məcəllənin 104.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxs 48 saat ərzində həmin qərarın surətini müvafiq prokurora göndərməlidir. Yenə bu Məcəllənin 104.5-ci maddəsinə əsasən Prokuror inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı aldığı vaxtdan bir ay müddətində həmin qərarın qəbul edilməsində bu Məcəllənin 104.1-ci maddəsinin tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin yoxlama ilə əlaqədar prokuror müvafiq qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında iş üzrə icraatın materiallarını tələb etdikdə, materiallar bir gün ərzində prokurora təqdim edilməlidir. Sözügedən Məcəllənin 104.6-cı maddəsinə əsasən Prokuror inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın bu Məcəllənin 104.1-ci maddəsi pozulmaqla qəbul edildiyini müəyyən etdikdə, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edir və onun surətini qərarı qəbul etmiş səlahiyyətli vəzifəli şəxsə göndərir. Bu halda prokuror həmçinin səlahiyyətli vəzifəli şəxs barəsində bu Məcəllənin 596.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edir. İşin faktiki hallarından da göründüyü kimi 13 dekabr 2023-cü il tarixdə aşkara çıxarılmaqla, baş vermə anı həmin tarixdən hesablanmış sağlamlıq əleyhinə olan inzibati xəta haqqında iş üzrə araşdırma 11 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın əsasında aparılmış, habelə inzibati xəta haqqında iş üzrə icraat 11 fevral 2024-cü il tarixdə dayandırılaraq, 08 oktyabr 2024-cü il tarixdə təzələnmişdir. Belə ki, iş materiallarında olan 11 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs barəsindəki inzibati xəta haqqında iş üzrə icraat sonuncunun yerini müəyyən etmək mümkün olmadığından həmin tarixdən dayandırılmışdır. Lakin, sözügedən qərar tərtib olunarkən, qanunvericiliyin tələblərinə riayət olunmamış, yəni, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılmasına qədər səlahiyyətli vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri aparmamış, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün səbəb olmuş halların aradan qaldırılması üçün tədbirlər görməmiş, sözügedən qərarda İXM-nin 115-ci maddəsində qeyd edilən məlumatlar tam göstərilməmiş, möhür vurulmamış, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxs 48 saat ərzində həmin qərarın surətini müvafiq prokurora göndərməmiş, nəticədə prokuror tərəfindən həmin qərarın qəbul edilməsində İXM-nin 104.1-ci maddəsinin tətbiq edilməsinin düzgünlüyü yoxlanılmamışdır. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul olunarkən inzibati xətalar məcəlləsinin tələblərinə riayət edilməmişdir. Bu səbəbdən də, sözügedən 11 fevral 2024-cü il tarixli qərar icraatın dayandırılmasına əsas vermir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Şəxs 02 avqust 2024-cü il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhərinin H.Aslanov küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bu səbəbdən də, o, Siyəzən RPŞ-nə gətirilərək növbətçi hissəyə təhvil verilmiş, həmçinin 07 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati qaydada müvafiq tədbirin görülməsi üçün sözügedən qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Bu da öz növbəsində, Şəxs yerini müəyyən etmək mümkün olmadığından, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılmasına əsas deyildir. Çünki, inzibati xəta haqqında iş üzrə icraat Şəxs yerini müəyyən etmək mümkün olmadığından dayandırılmış olsaydı belə, sonuncu 02 avqust 2024-cü il tarixdə RPŞ-nə gətirildiyində, inzibati xəta haqqında iş üzrə icraat təzələnməli, onun barəsində hazırkı protokol tərtib edilərək məhkəməyə təqdim edilməli idi. Bu mənada qeyd olunmalıdır ki, hazırda Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud olsa da, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən üç aydan artıq müddət keçdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Sözügedən Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə hesab edirəm ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən üç aydan artıq müddət keçdiyindən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 38.5, 53.1.6, 114.1.4, 114.2.1-ci və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №3(059)-252/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-252/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver