Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-259/2025 08.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hаkim Quluzadə Günel Cəbrayıl qızı Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş materialda, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətalar törətdiyi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəməyə təqdim edilmiş materialları yoxlayaraq hesab edirəm ki, müxtəlif vaxtlarda törədilmiş hər iki inzibati xətaya dair işlər eyni şəxs, yəni Şəxs aid olduğundan və bu işlərin baxılması Azərbaycan Respublikası İXM-nin 34.2 və 43.1-ci maddələrinə əsasən Siyəzən Rayon Məhkəməsinin səlahiyyətləri çərçivəsində həll edildiyindən həmin inzibati xətalara dair işlərə bir icraatda baxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, materiallar məhkəmədə baxılacaq dərəcədə tam toplanmışdır. Əlavə material toplanılmasına və sənəd tələb edilməsinə ehtiyac yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 420-ci maddəsinə əsasən, QƏRARA ALDİM: Şəxs barəsində məhkəməyə daxil olmuş inzibati iş məhkəmə baxışına hazırlanmış hesab edilsin. 3(059)-258/2025 və 3(059)-259/2025 nömrəli inzibati xəta materialları birləşdirilərək 3(059)-258/2025 nömrə altında baxılsın. İnzibati xəta materiallarına baxılması 08 aprel 2025-ci il tarixə, saat 16:30-a Siyəzən Rayon Məhkəməsinin binasında (ünvan:ünvan 2də
Məhkəmə qərarları › İş №3(059)-259/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-259/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver