Məhkəmə qərarları › İş №3(059)-261/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-261/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-261/2024 04.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24358378 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın və protokolun ləğv edilməsi barədə X3 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq məhkəmə, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən barəsində tərtib edilmiş 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24358378 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı və protokolu ləğv etməklə, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi X4 tərəfindən onunla əsaslandırılmışdır ki, o, 26 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri istiqamətində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində **-XF-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və **-ZC-*** dövlət qeydiyyat nişanlı özü boşaldan yarımqoşqu ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin, foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə barəsində 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24358378 saylı inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmiş, inzibati qaydada cərimə olunmuş, habelə nəqliyyat vasitəsinin görüntülərinə dair fotoşəkillər mobil telefonuna göndərilmişdir. Belə ki, protokol və video görüntülər ilə müəyyən olunur ki, idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı yükün çəkisinə görə limit 38000kq olduğu halda, çəki normadan artıq 40960 kq olmuş və bununla da ona Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə 600 manat inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, ona tətbiq olunmuş inzibati tənbeh vermə haqqında elektron qərar əsassızdır. Çünki, idarə etdiyi nəqliyyat vasitəsinin yük götürmə qabiliyyətinə münasibətdə nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşmamışdır. Belə ki, hərəkətdə olarkən idarə etdiyi, **-XF-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsinin, icazə verilmiş maksimal kütləsi 18000 kq, yüksüz kütləsi 7097 kq, yük götürmə qabiliyyəti 10903 kq, **-ZC-*** dövlət qeydiyyat nişanlı yarım qoşqunun icazə verilmiş maksimal kütləsi 35000 kq, yüksüz kütləsi 5500 kq, yük götürmə qabiliyyəti 29500 kq olmuşdur. Bununla da, **-XF-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsinin yük götürmə qabiliyyəti ilə **-ZC-*** dövlət qeydiyyat nişanlı yarım qoşqunun birlikdə yük götürmə qabiliyyəti 40403 kq təşkil edir. Əgər onun yükü normadan artıq olsaydı, yük bölünən olduğundan Azərbaycan Respublikası İXM-nin 127-1.3-cü maddəsinin tələbinə görə nəqliyyat vasitəsi qarşıdakı postda saxlanılaraq, artıq yük boşaldılmalı idi. Lakin, xətanın baş verməsi ehtimal edilən tarixdə onun avtomobili hər hansı postda saxlanılmamış və artıq yükün boşaldılması baş verməmişdir. Bu faktın özü də, bir daha sübut edir ki, idarə etdiyi nəqliyyat vasitəsində yükün həcmi qanunda nəzərdə tutulmuş normadan artıq olmamışdır. Beləliklə, barəsində elektron qaydada tərtib edilmiş 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24358378 saylı inzibati xəta haqqında qərar qanunsuz olduğundan, həmin qərarın, eləcə də, müvafiq protokolun ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini təsdiq edərək, əlavə olaraq izahatında göstərdi ki, o, 26 oktyabr 2024-cü il tarixdə, saat 05:42 radələrində “X7” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xızı rayonunun Giləzi qəsəbəsindən keçən Bakı-Quba yolunun 65.1-ci kilometrliyi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə qanunsuz olaraq Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. Bundan sonra, 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24358378 saylı inzibati tənbeh vermə haqqında elektron qərar əvvəlcə onun mobil telefonuna sms vasitəsilə göndərilmiş, 16 noyabr 2024-cü il tarixdə isə həmin qərarın surətini əldə etmişdir. Belə ki, idarə etdiyi yük avtomobili üçoxlu dartıcı, ikioxlu yarımqoşqusu olmaqla, ümumilikdə 5 oxludur. Odur ki, barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, həmin orqanların nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlərr. ti xəta haqqında işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24358378 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X4 26 oktyabr 2024-cü il tarixdə, saat 05:42 radələrində “X7” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xızı rayonunun Giləzi kəndindən keçən Bakı-Quba yolunun 65.1-ci kilometrliyi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. Lakin, “AsanPay” ödəniş portalından çıxarılaraq iş materiallarına əlavə olunmuş məlumatın surətindən müəyyən edildi ki, 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24358378 saylı inzibati xəta haqqında protokol (qərar) mövcud deyil. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi inzibati xətaya səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Sözügedən Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış mötəbər sübutlarla müəyyən edilmişdir ki, X3 barəsində qəbul edilmiş 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24358378 saylı inzibati tənbeh vermə haqqında elektron qərar və protokol hazırda mövcud deyildir. Belə olan halda, iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilməməklə yanaşı, sözügedən elektron qərarın ümumiyyətcə ləğv olunaraq, mövcud olmadığı müəyyən olunmuşdur. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında elektron qərar mövcud olmadığından, gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bununla da, Nişad Hüseynovun şikayət verdiyi 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24358378 elektron qərar mövcud olmadığından onun dəyişdirilməsi və ya ləğv edilərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilməz. Bundan əlavə məhkəmə şikayətin “protokolun ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, protokolun ləğv edilməsi qaydası və halları inzibati xətalar qanunvericiliyi ilə təsbit edilmədiyindən, həmçinin protokol mövcud olmadığından şikayətin bu hissədə də, təmin edilməsi istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24358378 saylı qərar mövcud olmadığına görə X1 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin 26 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24358378 saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar