Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-263/2024 09.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən vəkil X2, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, 07 avqust 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 08 noyabr 2024-cü il tarixdə, saat 02:50 radələrində ünvan 2 ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 09 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 09 noyabr 2024-cü il tarixli, 3(059)-263/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-262/2024 saylı və 3(059)- 263/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-263/2024 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolları müdafiə etməklə, onların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, RPŞ-nin PPXB-nün polis nəfəri-sürücüsü X5 08 noyabr 2024-cü il tarixli raportu, habelə Şəxs verdiyi izahat əsasında sonuncunun barəsində 09 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, Şəxs 08 noyabr 2024cü il tarixdə, saat 02:50 radələrində Siyəzən rayonunun Sədan kəndi ərazisində sərxoş halda ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, həmçinin onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Siyəzən Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə 2024-cü ilin aprel ayında cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 07 noyabr 2024-cü il tarixdə Sumqayıt şəhərində dostları ilə 3 bakal spirtli içki olan pivə içmiş, daha sonra, tanımadığı taksi sürücüsü ilə Sumqayıt şəhərindən, yaşadığı ünvan 1 ünvanına gəlmişdir. Bundan sonra, taksi sürücüsü evin qarşısında onu gözləsə də, o, həmin avtomobili qanunsuz olaraq ələ keçirərək, qaçırmış, habelə Siyəzən rayonunun Qalaaltı kəndi istiqamətində hərəkət etdirməyə başlamışdır. Belə ki, onun sürücülük hüququ olmasa da, sözügedən avtomobili idarə etmiş, habelə 08 noyabr 2024-cü il tarixdə, saat 02:50 radələrində Siyəzən rayonunun Sədan kəndi ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Bu zaman, hadisə yerinə Siyəzən RPŞ-nin PPXB-nün əməkdaşları Emil Bağırov və Mansur Musayev yaxınlaşmış, sonuncular ondan nə baş verdiyini soruşsalar da, o, nalayiq ifadələr işlətməmiş, ictimai qaydanı pozmamış, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələri ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, sözügedən hadisələr ilə bağlı hər hansı bir təzyiq və təsir olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs işin faktiki halları ilə əlaqədar göstərilənlərə etiraz etməmiş, əksinə həmin protokolu imzalamaqla, təqsirini inkar etməmişdir. Hətta o, 08 noyabr 2024-cü il tarixdə Siyəzən rayon Polis Şöbəsində izahat verərkən həmin tarixdə, saat 02:50 radələrində Siyəzən rayonunun Sədan kəndi ərazisində ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozduğunu, onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını, əməlindən peşmançılıq hissi keçirdiyini, bir daha belə əməl törətməyəcəyini qeyd etmiş, habelə sonda izahatı özünün yazdığını qeyd etməklə, yanaşı bunu öz imzası ilə təsdiq etmişdir. Həmçinin, məhkəmə iclası zamanı ona bu barədə sual verilərkən, sözügedən izahatın tərəfindən yazılıb, imza edildiyini bildirmiş və nəticədə onun təqsirsiz olmasına daxili inam yaranmamışdır. Belə ki, məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin PPXB-nün polis nəfəri-sürücüsü X7 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisədən əvvəl barəsində olan cinayət işi ilə əlaqədar tanımış, lakin, sonuncuya qarşı düşmənçilik və ya ədavəti olmamışdır. 08 noyabr 2024-cü il tarixdə RPŞ-nin PPXBnün polis nəfəri X4 ilə xidmətdə olarkən növbətçi hissədən Opel markalı avtomobilin qanunsuz olaraq ələ keçirilərək, qaçırılması barədə məlumat daxil olmuş, habelə bu məlumat əsasında onlar Siyəzən rayonunun Sədan kəndi ərazisində xidmətlərini davam etdirmişlər. Həmin tarixdə, saat 02:50 radələrində kənd ərazisində olarkən yolun kənarında Opel markalı avtomobilin yol kənarındakı beton ilə toqquşduğunu, habelə həmin avtomaşının içərisində Şəxs sərxoş halda olduğunu görmüşlər. Daha sonra, Şəxs avtomobildən enərək, ucadan nalayiq ifadələr işlətməyə başlamış, habelə onların tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra, RPŞ-nə aparılması üçün Şəxs çətinliklə xidməti avtomobilə əyləşdirilmiş, habelə yolda olarkən sonuncu avtomobilə təpik zərbələri endirmişdir. Beləliklə, hadisə təxminən 30 dəqiqə davam etmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid Siyəzən RPŞ-nin PPXB-nün polis nəfəri X4 şahid Emil Bağırovun izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(059)-53/2021 saylı hökmünün surətindən görünür ki, Şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 27 avqust 2008-ci il təvəllüdlü Şəbnəm adında bir yetkinlik yaşına çatmayan övladı vardır. İşdə olan 08 noyabr 2024-cü il tarixli qəbzin surətindən görünür ki, həmin tarixdə, saat 03:31-də Şəxs alkoqolun miqdarı 4,177 faiz olmuşdur. İşdə olan sənədlərdən, o cümlədən raportlardan və izahatlardan görünür ki, Şəxs 08 noyabr 2024-cü il tarixdə, saat 02:50 radələrində ünvan 2 ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin, bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddində tənbeh tətbiq etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sözügedən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində bir yetkinlik yaşına çatmayan övladının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onların qanuni tələblərinə əməl etməməsini, habelə hərəkətlərini davam etdirərək, nalayiq ifadələr işlətməsini, mülkiyyət əleyhinə olan cinayət əməlinə görə məhkum olunmasına, məhkumluğunun ödənilməməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, sərxoş halda eyni vaxtda iki inzibati xəta törətməsini, öz əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, törətdiyi xətalar ilə idarəçilik qaydalarının pozulduğunu, həmçinin bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 09 noyabr 2024-cü il tarixdən saat 12:00-dan inzibati qaydada tutulması və buraxılmadan məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 34.3, 40, 43, 48-51, 110, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 09 noyabr 2024-cü il tarixdən saat 12:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-263/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-263/2024
09.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver