Məhkəmə qərarları › İş №3(059)-27/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-27/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-27/2021 29.01.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206cı, 227-ci və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı Siyəzən şəhəri, S.Xeyrullayev küçəsindəki 76 saylı evin həyətində yerləşən tövlədə narkotik vasitə olan kokosdan istifadə etmiş, bundan sonra, tanışı Mövlanverdiyev Cəbrayıl Məmməd oğlu ilə birgə xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radələrində Siyəzən şəhəri, Yeni planlar deyilən massivdə Zərərçəkmiş şəxs aid fərdi yaşayış olmayan yarımçıq tikilinin həyətyanı sahəsindən 4 ədəd 70 mm diametrli 2,5 metr uzunluğunda dəmir boruları oğurlamaqla, zərər çəkmiş şəxsə cəmi 40 manat məbləğində ziyan vurmuşdur. Bundan əlavə, o, xx xxxxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində Bayraq meydanının yaxınlığında oğurluqda şübhəli bilindiyindən ora gəlmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşının onunla şöbəyə getməklə bağlı qanuni tələbinə qəsdən tabe olmayaraq, oradan qaçmağa cəhd göstərmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı 0991577, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(059)-27/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-27/2021 saylı, 3(059)- 28/2021 və 3(059)-29/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-27/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı Siyəzən şəhəri, S.Xeyrullayev küçəsindəki 76 saylı evin həyətində yerləşən tövlədə narkotik vasitə olan kokosdan istifadə etmiş, bundan sonra, tanışı Mövlanverdiyev Cəbrayıl Məmməd oğlu ilə birgə xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radələrində Siyəzən şəhəri, Yeni planlar deyilən massivdə Zərərçəkmiş şəxs aid fərdi yaşayış olmayan yarımçıq tikilinin həyətyanı sahəsindən 4 ədəd 70 mm diametrli 2,5 metr uzunluğunda dəmir boruları oğurlamaqla, zərər çəkmiş şəxsə cəmi 40 manat məbləğində ziyan vurmuşdur. Bundan əlavə, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində Bayraq meydanının yaxınlığında oğurluqda şübhəli bilindiyindən ora gəlmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşının onunla şöbəyə getməklə bağlı təklifindən, imtina edərək yayınmış, habelə hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Həmçinin, xx xxxxxx 2021-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı, 227-ci və 535.1-ci maddələrinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı, 227-ci və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, o, xx xxxxxx 2021-ci il tarixdə, axşam saatlarında Sumqayıt şəhərində nənəsinin yas mərasimində olarkən tanımadığı şəxsdən əvəssiz olaraq narkotik vasitə olan kokos almış, xx xxxxxx 2021-ci il tarixdə, saat 13:00 radələrində isə həmin narkotik vasitəni tüstü yolu ilə yaşadığı Siyəzən şəhəri, S.Xeyrullayev küçəsindəki 76 saylı evin həyətində yerləşən tövlədə istifadə etmişdir. Həmçinin, xx xxxxxx 2021-ci il tarixdə, saat təxminən 13:00 radələrində Siyəzən şəhəri ərazisində olan zaman pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu zaman o, tanışı Mövlanverdiyev Cəbrayıl Məmməd oğlu ilə rastlaşmış və birlikdə Siyəzən şəhərində yerləşən Yeni planlar adlanan massivə getmişlər. Burada Zərərçəkmiş şəxs aid yarımtikilinin həyətyanı sahəsində olan dəmir boruları Cəbrayıla göstərərək oradan oğurluq etmək istədiyini bildirmişdir. Bundan sonra, o, Cəbrayılla birlikdə həmin yarımtikilinin setkadan olan divarlarından tullanaraq həyətyanı sahəyə keçmiş və ətrafa göz gəzdirib, heç kimin olmadığını müəyyən etdikdən sonra həyətdə olan 4 ədəd təxminən 2-3 metr uzunluğunda olan boruları oradan Cəbrayılla birlikdə götürərək sonradan satmaq üçün yaşadığı ünvanın həyətyanı sahəsinə gətirib qoymuş, lakin, sata bilməmişdir. Daha sonra, xx xxxxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində Bayraq meydanının yaxınlığında olarkən Siyəzən RPŞ-nin əməkdaşı ona yaxınlaşaraq, özünü təqdim edib, oğurluqda şübhəli olduğunu bildirmiş, habelə onunla Siyəzən RPŞ-yə getməyi təklif etmişdir. Bu zaman o, polisin qanuni tələbinə tabe olmaqdan, həmçinin şöbəyə getməkdən imtina etmiş, atasını çağırıb, sonra gələcəyini bildirməklə, dərhal qaçmağa başlamışdır. Lakin, təxminən 5 metr sonra polis əməkdaşı onu saxlamağa nail olmuşdur. Daha sonra, polis əməkdaşı onu yolda saxlatdırdığı avtomaşına əyləşdirərək şöbəyə gətirmişdir. O, Siyəzən RPŞ-də olarkən özünü şübhəli apardığı üçün sərxoş olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. Burada onun içkili olmadığı müəyyən edilsə də, sidiyindən götürülmüş analizdən narkotik vasitə olan kokosdan istifadə etməsi aşkar edilmişdir. Odur ki, etdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədinin nəzərə alınmasını xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X4 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 14:00 radələrində xidmətdə olarkən Siyəzən şəhəri, H.Əliyev küçəsində Bayraq meydanının yaxınlığında Zərərçəkmiş şəxs aid Siyəzən şəhəri, Yeni planlar adlanan massivindəki yarımçıq tikilinin həyətyanı sahəsində baş vermiş oğurluqda şübhəli bilinən Şəxs yaxınlaşaraq özünü təqdim edib, baş vermiş hadisə ilə əlaqədar şübhəli olduğu üçün onu RPŞ-yə dəvət etmiş, bu zaman sonuncu onun qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərib qaçmağa başlamışdır. Bununla belə, o, Şəxs arxası ilə təxminən 5 metr qaçmaqla, onu saxlamağa nail olmuş, habelə, yenidən Elnura onunla rayon Polis Şöbəsinə getməli olduğunu bildirib, sonuncu ilə birlikdə yolda saxlatdırdığı avtomaşına əyləşərək RPŞ-yə getmişlər. RPŞ-yə gətirildikdən sonra Şəxs verilən suallara qeyri-adekvat cavablar verdiyi üçün həmin şəxsin alkoqol və ya qeyri-alkoqol sərxoş olması barədə şübhələr yaranmışdır. İşdə olan sənədlərdən və izahatdan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 13:00 radələrində yaşadığı Siyəzən şəhəri, S.Xeyrullayev küçəsindəki 76 saylı evin həyətində yerləşən tövlədə narkotik vasitə olan kokosdan istifadə etmişdir. İşdə olan xx xxxxxx 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, bu qərardan görünür ki, Şəxs tanışı Mövlanverdiyev Cəbrayıl Məmməd oğlu ilə birgə xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radələrində Siyəzən şəhəri, Yeni planlar deyilən massivdə Zərərçəkmiş şəxs aid fərdi yaşayış olmayan yarımçıq tikilinin həyətyanı sahəsindən 4 ədəd 70 mm diametrli 2,5 metr uzunluğunda dəmir turbaları oğurlamaqla, zərər çəkmiş şəxsə cəmi 40 manat məbləğində ziyan vurmuşdur. Eyni zamanda qərardan, eləcə də işin faktiki hallarından görünür ki, talanmış turbalar zərər çəkmiş şəxsə qaytarılsa da, sonuncu Şəxs ilə barışmamışdır. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində Bayraq meydanının yaxınlığında oğurluqda şübhəli bilindiyindən ora gəlmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşının onunla şöbəyə getməklə bağlı qanuni tələbinə qəsdən tabe olmayaraq, oradan qaçmağa cəhd göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər X1 hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxx 2021-ci il tarixli, A/51 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə olan kokosdan istifadə etməsi aşkar edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı, 227-ci və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Sözügedən Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, Şəxs İXM-nin 206-cı, 227-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, müxtəlif vaxtlarda üç inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/3 hissəsində inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 14:00 radələrindən inzibati qaydada tutulması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı, 227-ci və 535.1ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 14.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar