Məhkəmə qərarları › İş №3(059)-27/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-27/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-27/2022 28.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Siyəzən rayon prokurorunun nümayəndəsi X1 iştirakı ilə xx xxxx 1984-cü il tarixdə keçmiş Dəvəçi rayonu, Balaca Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən rayonu, Balaca Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, ümumilikdə çəkisi 6 kq 100 qr olan 2 ədəd “Nərə” cinsli və çəkisi 7 kq 100 qr olan 1 ədəd “Xəzər qızıl” cinsli balıqları (hər ikisi bütöv halda) BH-2833 bort nömrəli üzmə vasitəsi ilə 21 yanvar 2022-ci il tarixdə, saat 15:40 radələrində Siyəzən rayonunun Balaca Həmyə kəndinin ərazisindən Xəzər dənizinə daxil olaraq ovladığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev tərəfindən 19 fevral 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, habelə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, X2 ilə birlikdə 21 yanvar 2022-ci il tarixdə, saat 08:00 radələrində balıq tutmaq məqsədilə BH- 2833 bort nömrəli üzmə vasitəsi ilə Siyəzən rayonu, Balaca Həmyə kəndi istiqamətindən Xəzər dənizinə daxil olmuş, həmin gün saat 14:30-15:00 radələrində toru yığarkən 2 ədəd “nərə” və 1 ədəd “Xəzər qızıl” cinsli balığı da ovladıqlarını görmüş, bundan sonra saat 15:40 radələrində sahilə çıxmış, habelə həmin vaxt onlar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin Şimal X6 Həmyə sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, o cümlədən ovladıqları 2 ədəd “nərə” və 1 ədəd “Xəzər qızıl” cinsli balıq aşkar edilməklə, müvafiq qaydada götürülmüşdür. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını xahiş edir. nəzərə alınmasını xahiş edir. Siyəzən rayon prokurorunun nümayəndəsi X3 izahatında göstərdi ki, Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 19 fevral 2022-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş, habelə Şəxs barəsində toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. İnzibati xəta haqqında araşdırmanı aparan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasına dəvət edilmiş şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, ümumilikdə çəkisi 6 kq 100 qr olan 2 ədəd “Nərə” cinsli və çəkisi 7 kq 100 qr olan 1 ədəd “Xəzər qızıl” cinsli balıqları (hər ikisi bütöv halda) BH-2833 bort nömrəli üzmə vasitəsi ilə Siyəzən rayonunun Balaca Həmyə kəndinin ərazisindən Xəzər dənizinə daxil olaraq ovlamışdır. İşdə olan DSX-nin X7 Şöbəsinin əməkdaşları və Şəxs, Qənbər Mədətov eləcə də Rəvan Muradov tərəfindən tərtib edilmiş 3 nömrəli aktın surətindən görünür ki, 21 yanvar 2022-ci il tarixdə, saat 15:40-da ümumilikdə çəkisi 6 kq 100 qr olan 2 ədəd “Nərə” cinsli və 1 ədəd “Xəzər qızıl” cinsli balıqlar araşdırma aparılması məqsədilə Şəxs, Qənbər və Rəvan Muradovlardan götürülərək Sahil Mühafizəsi ŞRŞ-nin anbarındakı soyuducuya yerləşdirilmişdir. İşdə olan şəxsi məlumatlardan görünür ki, Şəxs himayəsində 02 fevral 2010-cu il təvəllüdlü Aslan, 12 sentyabr 2012-ci il təvəllüdlü İldırım və 24 avqust 2020-ci il təvəllüdlü Şükran adında 3 yetkinlik yaşına çatmayan uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su resursları ovunun Qaydaları”nın 2.5.3-cü yarımbəndinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu qadağandır. Balıq və digər su bioresurslarının ovu zamanı bu balıqlar ov alətinə düşərsə, onlar diri halda suya buraxılmalıdır. Bu Qaydaların 3 nömrəli əlavəsinə əsasən nərəkimilər fəsiləsi balıqçılıq obyektlərinə aid edilmiş qiymətli balıq və digər su bioresurslarının siyahısına daxildir. Odur ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi, həmçinin himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətaya inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, Şəxs İXM-nin 272.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın bilavasitə obyekti olmuş predmet, o cümlədən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin Şimal Regional Şöbəsinin anbarındakı soyuducuya yerləşdirilmiş ümumilikdə çəkisi 6 kq 100 qr olan 2 ədəd “Nərə” cinsli və çəkisi 7 kq 100 qr olan 1 ədəd “Xəzər qızıl” cinsli balıqlar müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib ona inzibati xətanın bilavasitə obyekti olmuş predmet, o cümlədən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin Şimal Regional Şöbəsinin anbarındakı soyuducuya yerləşdirilmiş ümumilikdə çəkisi 6 kq 100 qr olan 2 ədəd “Nərə” cinsli və çəkisi 7 kq 100 qr olan 1 ədəd “Xəzər qızıl” cinsli balıqlar müsadirə edilməklə, 700 (yeddi yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar