Məhkəmə qərarları › İş №3(059)-280/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-280/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-280/2024 03.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi ilə, 10 avqust 1985-ci il tarixdə Quba rayonunun Haput kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonunun Haput kəndində qeydiyyatda olan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 17 fevral 2024-cü il tarixdə, saat 16:30 radələrində Şəxs Siyəzən rayonunun Yuxarı Ələz kəndində sonuncunun müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə edərək saxladığı “İjevsk” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, İJ-K modelli, Л-619909 nömrəli, çaxmaqlı, hamar tək lüləli, yivsiz ov silahı aşkar olunaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 15 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməklə, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, Siyəzən rayon Polis Şöbəsinin 14 noyabr 2024-cü il tarixli, 3-13-106/2- 12780/2024 saylı məktubundan görünür ki, Şəxs götürülmüş “İjevsk” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, İJ-K modelli, Л-619909 nömrəli, çaxmaqlı, hamar tək lüləli, yivsiz ov silahı RPŞ-nin növbətçi hissəsində saxlanılır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin 12 mart 2024-cü il tarixli, 24/550 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd Л-619909 nömrəli silah, “İjevsk” silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJ-K modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır və silah texniki cəhətdən saz olmaqla, atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni “İjevsk” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, İJ-K modelli, Л-619909 nömrəli, çaxmaqlı, hamar tək lüləli, yivsiz ov silahı müsadirə edilməklə, 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni “İjevsk” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, İJ-K modelli, Л-619909 nömrəli, çaxmaqlı, hamar tək lüləli, yivsiz ov silahı müsadirə edilməklə, 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar