Məhkəmə qərarları › İş №3(059)-281/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-281/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-281/2024 22.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X8, X9 və X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X10, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X7 iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, X28 küçəsi, ev 40 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci və 227-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, barəsində inzibati xəta haqqında haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 aprel 2024-cü il tarixdə, saat 21:00 radələrində Siyəzən şəhərinin Sabir küçəsində qısqanclıq zəminində X4 ilə arasında söz mübahisəsi olmuş və bu zaman X11 dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bundan başqa, o, 20 sentyabr 2024-cü il tarixdə, saat 22:00 radələrində Siyəzən şəhərinin X28 küçəsində X12 dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bundan başqa, o, 20 sentyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində Siyəzən şəhərinin X28 küçəsində yerləşən ünvanın həyətyani sahəsində qisqanclıq zəminində X13 dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bundan başqa, 21 sentyabr 2024-cü il tarixdə arvadı X9 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən, sonuncunun adından “whatsap” tətbiqi vasitəsi ilə mesaj yazaraq Zərərçəkmiş şəxs 100 manat məbləğində pulunu etibardan sui-istifadə etməklə yəni, aldatma yolu ilə talamışdır. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Siyəzən Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 3(059)-281/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-281/2024, 3(059)-282/2024, 3(059)-283/2024 və 3(059)-284/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-281/2024 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X16 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirmişdir ki, Siyəzən RPŞ-nin təhqiqat qrupundan daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 227-ci maddələri ilə inzibati protokollar tərtib edilib baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, o, anası X11 hər hansı xəsarət yetirməmiş, anası ilə arvadı Həlimə Əzimova arasında olan münaqişə zamanı arvadı anasına xəsarət yetirmiş, o da arvadını qorumaq üçün günahı öz boynuna götürmüşdür. Lakin arvadı Həlimə Əzimovaya hər hansı xəsarət yetirməmiş, onun xəyanətini aşkar etdikdən sonra arvadı ilə münasibətindən şübhə etdiyi digər zərərçəkmiş Elşad Zalovu görüşə çağırmışdır. O, arvadı Həliməyə hər hansı xəsarət yetirməmişdir. Elşad Zalova hər hansı xəsarət yetirdiyini xatırlaya bilmir, lakin həmin vaxt çox əsəbi olduğu üçün çox güman ki, ona xəsarət yetirmiş ola bilər. Zərərçəkmiş şəxs münasibətdə isə özünü tam olaraq təqsirli bilir, belə ki, onun pula ehtiyacı olduğu üçün əgər Gözəldən pul istədiyi təqdirdə Gözəlin ona pul verməyəciyini bildiyi üçün, arvadı Həlimənin telefonu ilə onun adından Gözəldən 100 manat pul almışdır. Hazırda qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir, onunla aralarında barışıq əldə edilmişdir, odur ki, sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X17 izahat verərək və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla aralarında barışıq əldə edilmişdir, odur ki, sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X19 izahatında göstərdi ki, Şəxs onun mobil telefon nömrəsini sosial şəbəkə vasitəsi əldə etmiş, habelə ondan qapı düzəltməsini istəyərək, 100 manat məbləğində ilkin ödəniş etmişdir. Bundan sonra, o, qapının düzəldərək, Mazanın evinə gətirmiş və orada qapını yerə yerləşdirmişdir. Daha sonra, qalıq qalan pulunu istəmək üçün Mazan ilə əlaqə saxlamış, habelə sonuncu onu aldadaraq yaşadığı evin qarşısına gətirzdirmiş, lakin bu zaman ona hücum edərək, əlindəki dəyənək vasitəsi ilə baş nahiyəsinə zərbə endirmişdir. Hazırda Şəxs şikayətçi olmaqla yanaşı, sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X20 izahatında göstərdi ki, əri Şəxs dəfələrlə onu döymüş, onun adından istifadə edərək başqa şəxslərdən pul almış, ünvanlı sosial yardımlarının dayandırılmasına səbəb olmuşdur. Bununla yanaşı, X19 barəsində qeyd olunan yalandır. Odur ki, Şəxs şikayətçi olmaqla yanaşı, sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Materiallardan görünür ki, Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Emil Zülfiqarov tərəfindən qəbul edilmiş X6 şikayəti üzrə 06 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 12 aprel 2024-cü il tarixli, 65 nömrəli rəyinin surətindən görünür ki, X6 bədəni üzərində boynun sağ yan səthinin, sol gözaltı nahiyənin və hər iki əlin orta barmağının sıyrıqları, başın alın nahiyəsinin yumşaq toxumlarının əziyi aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti 1-2 günə qədər olub 11 aprel 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Emil Zülfiqarov tərəfindən qəbul edilmiş X8 21 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 30 sentyabr 2024-cü il tarixli, 160 nömrəli rəyinin surətindən görünür ki, X8 bədəni üzərində başın sol gicgahın və sol almacıq nahiyəsinin yumşaq toxumalarının əziyi, alt çənədə patoloji dəyişikliyə uğramış, 35-ci diş tacının hissəvi qopması aşkar olunmuşdur.Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, öz boyu hündürlüyündən yıxılma xarakterik deyil, yaranma müddəti bir günə qədər olub 20 sentyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Emil Zülfiqarov tərəfindən qəbul edilmiş X9 şikayəti üzrə 21 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 22 sentyabr 2024-cü il tarixli, 159 nömrəli rəyinin surətindən görünür ki, X9 bədəni üzərində başın sağ said nahiyəsinin qançırı aşkar olunmuşdur. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, öz boyu hündürlüyündən yıxılmaya xarakterik deyil, yaranma müddəti bir günə qədər olub 20 sentyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olunduğuna görə dərəcəsi təyin edilmir. Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Emil Zülfiqarov tərəfindən qəbul edilmiş X5 şikayəti üzrə 08 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə təqdim edilmiş protokollara ayrı-ayrılıqda qiymət verməklə aşağıdakıları qeyd edir. X1 şikayəti üzrə tərtib edilmiş MN ******* saylı protokola münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəməyə iclasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs X6 ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, Şəxs ilə barışmışdır, onu bağışlayır. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, zərər çəkmiş şəxs X6 Şəxs ilə barışmasını, onun Şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli, lakin zərər çəkmiş şəxslə barışdığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Zərərçəkmiş Zərərçəkmiş şəxs şikayəti üzrə tərtib edilmiş MN ******* saylı protokola münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəməyə iclasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır, onu bağışlayır, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şəxs ilə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, onun Şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli, lakin zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən və onunla barışdığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X2 şikayəti üzrə tərtib edilmiş MN ******* saylı protokola münasibətdə məhkəmə qeyd edir ki, Şəxs törədilmiş inzibati xətada özünü təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. X3 şikayəti üzrə tərtib edilmiş MN ******* saylı protokola münasibətdə məhkəmə qeyd edir ki, Şəxs törədilmiş inzibati xətada özünü qismən təqsirli bilərək hadisəni tam xatırlamadığını, zərərçəkmiş şəxsə xəsarət yetirmiş ola biləcəyini bildirsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə, həmçinin hazırki məhkəmə prosesi gedişi zamanı məhkəmə zalında zərərçəkmiş şəxs izahat verərkən yenidən onun üzərinə hücüm etməsi faktını nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 01 iyul 2012-ci il təvəllüdlü Oqtay, 15 sentyabr 2014-cü il təvəllüdlü Rauf və 21 dekabr 2017-ci il təvəllüdlü Tuncay adında üç yetkinlik yaşına çatmayan övladı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alaraq, barəsində ağırlaşdıran halların olmadığını qeyd edib, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, həmçinin məhkəmə iclasındakı rəftarı ilə islah olunmadığını göstərdiyini nəzərə alaraq, ona İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi-inzibati həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/2 hissəsinə yaxın həcmdə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs 22 noyabr 2024-cü il tarixdə saat 01.40da tutulması (faktiki saxlanması) və buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və inzibati həbsetmənin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(059)-283/2024 saylı və 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(059)-281/2024 saylı işlər üzrə icraata xitam verilməli, İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 25 gün müddətində inzibati həbs tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu xx.xx.2014-cü il 01:40 tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31, 34, , 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(059)-283/2024 saylı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(059)-281/2024 saylı işlər üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli 22 noyabr 2024-cü il tarixdən, saat 01:40-dan hesablansın. Şəxs oğlu qərarın icrası ilə bağlı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar