Məhkəmə qərarları › İş №3(059)-283/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-283/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-283/2025 10.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu, 535.1-ci, 157-ci və 206-cı maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Məhkəməyə daxil olmuş 09 aprel 2025-ci il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 11 yanvar 2025-ci il tarixdə, saat 01:30 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa o, 12 yanvar 2025-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən “Madagascar” uşaq əyləncə mərkəzi və ailəvi restoranında X4 qəsdən vuraraq, ona dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmişdir. Həmçinin o, 13 yanvar 2025-ci il tarixdə, saat 11:10 radələrində barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-də olan araşdırma ilə bağlı gətirildiyi RPŞ-də narkotik vasitələrdən istifadə etməsinə dair şübhələr olduğundan müayinəyə aparılmış, habelə müayinə zamanı onun sidiyində narkotik vasitədən qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən 09 aprel 2025-ci il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 3(059)-283/2025 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-283/2025, 3(059)-284/2025, 3(059)-285/2025 və 3(059)-286/2025 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)- 283/2025 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərtib etdiyi protokolları müdafiə etməklə, onların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 11 yanvar 2025-ci il tarixdə, saat 01:30 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra, Şəxs 12 yanvar 2025-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən “Madagascar” uşaq əyləncə mərkəzi və ailəvi restoranında X4 qəsdən vuraraq, ona dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmişdir. Daha sonra, 17 yanvar 2025-ci il tarixdə RPŞ-nin TQ-nin təhqiqatçısı Mətləb Qarayev tərəfindən cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar əsasında Şəxs barəsində 09 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, habelə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bundan başqa, 13 yanvar 2025-ci il tarixdə, saat 11:10 radələrində Şəxs barəsində olan araşdırma ilə bağlı gətirildiyi RPŞ-də onun narkotik vasitələrdən istifadə etməsinə dair şübhələr olduğundan, Şəxs müayinə olunması üçün Sumqayıt şəhər Narkoloji dispanserinə aparılmış, habelə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan həmin tarixli tibbi müayinə protokoluna əsasən, onun sidiyindən narkotik vasitələrdən istifadə etməsi aşkar edilmişdir. Daha sonra, 28 yanvar 2025-ci il tarixdə RPŞ-nin İB-in müstəntiqi Anar Əmirov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar əsasında Şəxs barəsində 09 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmiş, habelə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci, 157ci və 206-cı maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, hazırda xatırlamasa da, 11 yanvar 2025-ci il tarixdə, saat 01:30 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində ola bilər ki, RPŞ-nin PPXB-nün polis nəfəri X10 ilə rastlaşmış, lakin, həmin vaxt orada ucadan nalayiq ifadələr işlətməmiş, ictimai qaydanı pozmamış, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətasını törətməmişdir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən üzərinə qoyulmuş vəzifələri pozmaması üçün saat 01:30 radələrində yaşadığı evdə olmuşdur. Bundan başqa, 12 yanvar 2025-ci il tarixdə, saat 12:00 radələrində zərərçəkmiş şəxs X7 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, onların birgə nikahından doğulmuş 17 dekabr 2017-ci il təvəllüdlü Cənnət Bədəlovanı görmək üçün Siyəzən rayonunun ərazisində yerləşən “Madagascar” uşaq əyləncə mərkəzi və ailəvi restoranına getmiş, habelə orada Cəmilə ilə Cənnətin restoranın üçüncü mərtəbəsində əyləşdiklərini görmüşdür. Belə ki, qeyd olunan tarix həftənin bazar gününə təsadüf etdiyindən qızı Cənnəti özü ilə aparmaq istəsə də, Cəmilə Bədəlova buna imkan verməmiş və sonuncu ilə aralarında mübahisə yaranmışdır. Lakin o, Cəmilə Bədəlovaya qəsdən fiziki ağrı yetirməmiş, sonuncunu boğmamış, sadəcə onu itələyərək qızı Cənnət ilə əyləşmişdir. Bundan başqa o, 13 yanvar 2025-ci il tarixdə, saat 11:10 radələrində barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-də olan araşdırma ilə bağlı gətirildiyi RPŞ-də narkotik vasitələrdən istifadə etməsinə dair şübhələr olduğundan Sumqayıt şəhərinə müayinəyə aparılmışdır. Buna baxmayaraq o, narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, 12 yanvar 2025-ci il tarixdə, saat 12:00 radələrində qızı X8 ilə birlikdə Siyəzən rayonunun ərazisində yerləşən “Madagascar” uşaq əyləncə mərkəzi və ailəvi restoranda olarkən Şəxs ora gəlmiş, habelə birgə nikahdan doğulmuş Cənnət adlı qızlarını özü ilə aparacağını bildirmişdir. Bundan sonra, Şəxs etiraz edərək, Cənnətin onunla birlikdə qalmasını, yemək yedikdən sonra gedəcəklərini qeyd etmişdir. Daha sonra, Şəxs sağ əli ilə onun boğaz nahiyəsindən yapışaraq sıxmışdır. Bundan sonra, həmin nahiyə qızarmaqla, qaraltı yaranmışdır. Bu səbəbdən də, Siyəzən rayon Polis Şöbəsinin növbətçi hissəsinə zəng edərək, bu barədə məlumat vermişdir. Bundan sonra, “Madagascar” uşaq əyləncə mərkəzi və ailəvi restoranda işləyən ofisiant ona Cavidin çıxıb getməsini bildirmiş, o da, öz növbəsində qızı Cənnətlə birlikdə yaşadığı, Siyəzən şəhərinin Babək Bayramov küçəsində 234-cü məhəllədə yerləşən atası Cərullaya məxsus evə getmişdir. Belə ki, həmin vaxt qorxduğu və həyəcan keçirtdiyi üçün RPŞ-nin əməkdaşları gəlib qeyd olunan ünvanda yerləşən evlərində onun şikayət ərizəsini və izahatını almışlar. Beləliklə, Şəxs şikayətçi olmaqla, sonuncu ilə barışmamışdır. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin PPXB-nün polis nəfəri X10 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Siyəzən rayon sakini kimi tanısa da, aralarında düşmənçilik və ədavət olmamışdır. 11 yanvar 2025ci il tarixdə, saat 01:30 radələrində RPŞ-nin PPXB-nün polis nəfəri Sadiq Zeynalov ilə Siyəzən şəhərinin Heydər Əliyev küçəsində Siyəzən rayon İcra Hakimiyyətinin qarşısında xidmətdə olarkən, Şəxs ona yaxınlaşaraq hansı səbəbdən zənglərinə cavab verməməsini soruşmuş, habelə onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, Şəxs rəhbərliyin onunla görüşməsinə icazə vermədiyini, əvvəllər eyni məzmunlu anlaşılmazlıq səbəbindən görüşdüklərini qeyd etsə də, sonuncu nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra o, Şəxs nizam intizama dəvət etməmiş, sonuncu özü oradan çıxıb getmişdir. Belə ki, Şəxs ilə aralarında yaranmış yanlış anlaşılma səbəbindən əvvəllər 2-3 dəfə görüşmüş, onunla söhbət etmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 206-cı maddələri ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 157-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, iş materiallarında olan 17 yanvar 2025-ci il tarixli cinayət təqibinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, habelə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbirin görülməsi üçün sözügedən qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərardan və işin faktiki hallarından görünür ki, Şəxs 12 yanvar 2025-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən “Madagascar” uşaq əyləncə mərkəzi və ailəvi restoranda X4 qəsdən vuraraq, ona dərəcəsi təyin edilməyən fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 13 yanvar 2025-ci il tarixli, 6 nömrəli rəyin surətindən görünür ki, X2 bədəni üzərində boynun sağ yan səthinin cızığı aşkar edilmişdir. Həmin xəsarət iti uclu əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə yarana bilər, yaranma müddəti bir-iki günə qədər olub, 12 yanvar 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. İş materiallarında olan 28 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, habelə onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 18 yanvar 2025-ci il tarixdə verilmiş 298 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin surətindən görünür ki, Şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 13 yanvar 2025-ci il tarixli, A/121 nömrəli tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs sidiyindən onun narkotik vasitələrdən istifadə etməsi aşkar edilmişdir. Məhkəmə iclasında nümayiş etdirilməklə, tədqiq olunmuş 12 yanvar 2025-ci il tarixdə tarixdə baş vermiş hadisəni əks etdirən videogörüntüdə, həmin tarixdə, saat 12:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən “Madagascar” uşaq əyləncə mərkəzi və ailəvi restoranda Şəxs sağ əli ilə X2 boğaz nahiyəsindən yapışaraq sıxması müşahidə olunur. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 20 oktyabr 2021-ci il tarixli, 3(059)-166/2021 saylı qərarının surətindən görünür ki, Şəxs 15 sentyabr 2021-ci il tarixdə, saat 00:10 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 12 saylı fərdi yaşayış evində X5 qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirdiyinə görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat inzibati cərimə edilmişdir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 07 may 2024-cü il tarixli, 1(059)-27/2024 saylı hökmünün surətindən görünür ki, Şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 22 yanvar 2025-ci il tarixli, 2(059)-18/2025 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Bədəlova (Allahverdiyeva) Cəmilə Cərulla qızı ilə cavabdeh Şəxs arasında Siyəzən rayon qeydiyyat şöbəsində 24 oktyabr 2012-ci il tarixdə, 189 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 01 yanvar 2015-ci il təvəllüdlü X9 və 17 dekabr 2017-ci il təvəllüdlü X8 anaları, iddiaçı X2 himayəsində və yanında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X7 tərəfindən 10 aprel 2025-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçi olmaqla, sonuncu ilə barışmamışdır. İnzibati xəta haqqında materialı araşdırıb, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 206-cı maddələri ilə tərtib edilmiş 09 aprel 2025-ci il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokolları və onlara əlavə edilmiş sənədləri nəzərdən keçirərək, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs 3(059)- 285/2025 və 3(059)-286/2025 saylı inzibati xəta haqqında materiallara münasibətdə İXMnin 157-ci və 206-cı maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Sözügedən Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, inzibati xətaların xarakterlərini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz əməllərinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, qısa müddətdə iki inzibati xəta törətməsini, əvvəllərdə zərərçəkmiş şəxs olan keçmiş arvadına qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirdiyinə görə inzibati məsuliyyətə cəlb olunmasını, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, hüquq pozuntusuna meylliyini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinə görə məhkum olunmasına, məhkumluğunun ödənilməməsinə və çəkilməmiş cəzası qalmasına baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 157-ci və 206-cı maddələrinin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/2 hissəsində inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Eyni zamanda, Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda qeyd edirəm ki, Şəxs 09 aprel 2025-ci il tarixdən saat 17:30-dan inzibati qaydada tutulması və buraxılmadan məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Digər, yəni Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tərtib edilmiş 09 aprel 2025-ci il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan 3(059)-283/2025 və 3(059)-284/2025 saylı inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Eyni zamanda, İXM-nin 535.1-ci maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 -ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (hazırda İXM-nin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verildiyi halda sonuncu məsuliyyətə cəlb oluna bilərdi. Lakin, məhkəmə iclasında iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatlardan, eləcədə tədqiq edilən digər sübutlardan belə qənaətə gəlinir ki, Şəxs Siyəzən şəhərinin Heydər Əliyev küçəsində ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozma, eləcə də, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətaları törətməmiş, şəxsi münasibətlərlə bağlı həmin küçədə xidmət aparan tanıdığı polis əməkdaşı Nicat Sultanova yaxınlaşaraq, hansı səbəbdən telefon zənglərinə cavab vermədiyini soruşmuş, intizamsızlıq nümayiş etdirməmiş və özü oradan uzaqlaşıb sərbəst şəkildə getmişdir. Beləliklə, Şəxs qəsdi ictimai qaydanın pozulmasına və yaxud polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamağa yönəlməmişdir. Bu hallar isə Şəxs qeyd olunan əməllərin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyini sübut edir. Bundan başqa, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarından görünür ki, iş materiallarına inzibati xəta haqqında protokolları tərtib etmiş orqan tərəfindən sübut kimi inzibati xəta haqqında protokollar və dindirilməsi üçün şahid təqdim edilmişdir. Qeyd edirəm ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollardan da göründüyü kimi həmin protokollar barəsində inzibati iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, o, həmin protokollarla razılaşmamış və izahat verməkdən imtina etmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bilməmiş, o, ictimai qaydanı pozmadığını, polislərə tabesizlik göstərmədiyini və hər hansı nalayiq ifadə işlətmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nicat Sultanov da izahatında Şəxs nizam intizama dəvət etmədiyini, sonuncunun tabesizlik göstərmədiyini, özünün oradan çıxıb getdiyini qeyd etmişdir. Bundan sonra, sədrlik edən X15 Bədəlovun ünvanlı və ya ünvansız nalayiq ifadələr işlətməsi barədə soruşduqda isə o, bunu izah edə bilməmişdir. Bundan başqa, Şəxs polisin qanuni tələblərinə hansı formada tabesizlik göstərilməsi ilə bağlı sədrlik edənin suallarına da, proses iştirakçıları tərəfindən əsaslı və təfərrüatlı cavab verilməmişdir. Beləliklə, istər təqdim edilən sənədlərdən, istərsə də, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından Şəxs tərəfindən ictimai qaydanın pozulmasına və ya polis işçisi qanuni tələblərinə qəsdən tabe olmamasına yönələn hərəkətlər etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn və ya polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmama hərəkətləri etməsini təsdiq edən sübut təqdim edilmədiyindən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən, o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 76-cı maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, tərtib edilmiş protokollarda qeyd olunan dispozitiv şərtlər göstərilməmiş, aparılan inzibati araşdırma zamanı protokollarda qeyd edilən inzibati xətalar təfərrüatlı araşdırılmamış, Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Belə olan halda, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyində onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 34.4, 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 3(059)-283/2025 və 3(059)-284/2025 saylı işlər üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 206-cı maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 09 aprel 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar