Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-29/2022 23.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X3 iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: 07 sentyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzərinə X1 yaşadığı Siyəzən şəhərinin H. Əliyev küçəsindəki 140 saylı evdə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibinin cırıq olması səbəbindən şalvarın sağ ətək hissəsinə düşmüş 1 ədəd kağız bükülünün içərisində digər bir ədəd kağız bükülüdə ümumi təmiz çəkisi 0,107 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 23 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, 07 sentyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzərinə X1 yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 140 saylı evdə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibinin cırıq olması səbəbindən şalvarın sağ ətək hissəsinə düşmüş 1 ədəd kağız bükülünün içərisində digər 1 ədəd kağız bükülüdə ümumi təmiz çəkisi 0,107 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar olunaraq götürüldüyünü bildirdi. Həmçinin, o, 05 yanvar 2022-ci il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, xeyli müddət olar narkotik vasitə olan heroindən çəkmə üsulu istifadə etmişdir. Təxminən 04 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında gəzərkən yerdən tapdığı 1 ədəd kağız bükülünün içərisində heroin olduğunu görüb öz istifadəsi üçün götürmüşdür. Bundan sonra, o, 07 sentyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində Turxan Kərimovla görüşərək, sonuncunun işi ilə əlaqədar Mərifət Quliyevin yaşadığı ünvana getmiş, həmin vaxt Turxan ona mağazaya keçəcəyini, bu müddət ərzində onu Mərifətin evində gözləməsini xahiş etmişdir. O, Mərifətin Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 140 saylı evində olarkən Azər Adgözəlov da, Mərifətə zəng edərək onun yanına gəlmək istədiyini bildirmişdir. O, Mərifətin yaşadığı ünvana olarkən masanın üzərində heroin bükülüləri olmuş, sonuncu əvvəllər narkotik vasitə istifadə etdiyini eşitdiyindən ona narkotik vasitə istifadə etməyi təklif etmiş, bu zaman o, 1-2 tüstü həmin masanın üzərində olan narkotikdən istifadə etmişdir. Bundan sonra, Azər də Mərifətin yaşadığı ünvana gəlmiş və onlarla birlikdə əyləşmiş, lakin, bu vaxt onlar birlikdə narkotik vasitə istifadə etməmişlər. Belə ki, həmin gün, təxminən saat 14:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları qəfil evə daxil olmuş və ünvana baxış və üzərilərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq, vəzifələri, müdafiə hüquqları izah olunmuş və bununla bağlı ona bildiriş verilmişdir. Əvvəlcə üzərinə şəxsi axtarış keçirilsə də, narkotik vasitə aşkar edilməmiş, həmin vaxt üzərindən yalnız 180 manat məbləğində pul müəyyən edilmişdir. Belə ki, əynində olan şalvarın sağ yan cibi cırıq olduğu üçün üzərində olan narkotik vasitə cibindən ayaq hissəyə düşmüşdür. Daha sonra, üzərinə yenidən baxılmış, bu zaman şalvarının ayaq hissəsində olan narkotik vasitə bükülüsü aşkar edilmişdir. Şifahi sorğu zamanı o, həmin bükülüdəki kütlənin narkotik vasitə olan heroin olduğunu və 3 gün öncə yerdən tapdığını bildirmişdir. Bundan sonra, aşkar olunmuş predmetlər müvafiq qaydada qablaşdırılmış, habelə bu barədə protokol tərtib edilmişdir. Eyni zamanda, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi təsir olunmamış və 180 manat məbləğində pulu özünə qaytarılmışdır. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədinin, eləcə də himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, 07 sentyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzərinə X1 yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 140 saylı evdə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibinin cırıq olması səbəbindən şalvarın sağ ətək hissəsinə düşmüş 1 ədəd kağız bükülünün içərisində digər 1 ədəd kağız bükülüdə ümumi təmiz çəkisi 0,107 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və o, barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, toplanmış material üzrə aparılan araşdırma zamanı Şəxs məxsus 1 ədəd zərfdə qablaşdırılmış ümumi təmiz çəkisi 0,107 qram, qalıq çəkisi 0,067 qram olan narkotik vasitə-heroin kütləsi maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Şəxs üzərində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, HK-1/753 saylı materiala əlavə edilmişdir. Eyni zamanda, bu qərarından görünür ki, Şəxs şübhəli kimi 07 sentyabr 2021-ci il tarixdə, saat 14:17-də tutulsa da, onun əməlində cinayət tərkibi olmadığına görə 08 sentyabr 2021-ci il tarixdə, saat 13:00-da azad edilmişdir. Bundan əlavə, qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2021-ci il tarixli, 6/3956 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №96” dairəvi möhür əksi olan “Şəxs” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,107 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 20 noyabr 2021-ci il tarixdə verilmiş 4592 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 03 sentyabr 2014-cü il təvəllüdlü Ayan və 26 avqust 2017-ci il təvəllüdlü Yəhya adında uşaqları vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, qrup şəklində narkotik vasitədən istifadə etməklə, onu təbliğində iştirakını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 07 sentyabr 2021-ci il tarixdə, saat 14:17-də tutulmuş və 08 sentyabr 2021-ci il tarixdə, saat 13:00-da azad edilmişdir ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. İXM-nin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Eyni zamanda, Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, həmçinin Şəxs üzərində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, HK-1/753 saylı materiala əlavə edilməsi nəzərə alınmalı və onun üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,067 qram olan, maddi sübut sayılan narkotik vasitə heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində həbs təyin olunsun. Şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 25 (iyirmi beş) gün müddətində inzibati həbs tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 24 (iyirmi dörd) gün müddətində inzibati həbs saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 23 fevral 2022-ci il tarixdən saat 12.00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,067 qram olan maddi sübut, narkotik vasitə heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-29/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-29/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver