Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-291/2024 26.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızı, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X2, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən rayonu, Məşrif Ərazi Dairəsinin Qozağacı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyənetdim: Şəxs 18 noyabr 2024-cü il tarixdə, saat 18:11-də Siyəzən rayonun Qala yolu istiqamətində xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 25 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, o, 21 noyabr 2024-cü il tarixdə, saat 20:35 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, idarə etdiyi avtomobildən enərək qaçıb uzaqlaşmış və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 25 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 3(059)-291/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-291/2024 saylı və 3(059)- 292/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-291/2024 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolları müdafiə etməklə, onların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkillərinin və PPXB-nün polis nəfərlərinin izahatları əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə müvafiq protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 18 noyabr 2024-cü il tarixdə idarəçiliyində olan avtomobil ilə Siyəzən rayonun Qalaaltı kəndində gedən yolun üzərindəki körpüdən keçərkən PPXB-nün xidməti avtomobilinin işıqlarının yanmasını görmüş, habelə həmin xidməti avtomobilə yaxınlaşaraq, polis əməkdaşlarına “nə qulluq” edə biləcəyi barədə soruşmuş, sonuncular isə “çox sağol” deyə bildirmişlər. Bundan sonra, o, idarəçiliyində olan avtomobil ilə Siyəzən rayonuna yaxınlaşarkən PPXB-nün əməkdaşları tərəfindən saxlanılmış, habelə sonuncular ona xidməti avtomobillərinin nasaz olduğu bildirərək, ondan avtomobillərini digər avtomobilə bağlamaq üçün ip istəmişlər. Bu zaman o, yaxınlıqdakı fermadan ip gətirə biləcəyini bildirərək, avtomobili ilə ferma istiqamətində hərəkət etmiş, həmin an arxası ilə üç avtomobil gəldiyini gördüyü üçün qorxduğundan, avtomobili ilə oradan uzaqlaşmışdır. Qeyd edir ki, arxası ilə gələn avtomobillərin PPXB-nə məxsus olduğunu bilmədiyi üçün bunu etmişdir. Bundan başqa, o, 21 noyabr 2024-cü il tarixdə idarəçiliyində olan avtomobil ilə Siyəzən şəhərinin Heydər Əliyev küçəsi ilə hərəkətdə olarkən avtomobili DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq, avtomobili axtarışda olduğu üçün rayon Polis Şöbəsinə aparılmalı olduğu bildirilmişdir. Bu zaman o, hansı səbəbdən saxlanılmasını bilmiş və avtomobilindən enərək, onun aparılmasına etirazının olmadığını qeyd edərək avtomaşını orada qoyub qaçaraq uzaqlaşmışdır. Həmin vaxt, avtomobilində yolüstü yanacaqdoldurma məntəqəsində düşürdülməsini xahiş edən şəxs də olmuşdur. O, polis əməkdaşları tərəfindən axtarıldığını bilməmiş, o, Şöbəyə dəvət olunmamışdır. İnzibati xəta haqqında protokolları isə nəyə imza etdiyini bilmədən imza etmişdir. Hazırda barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi iş materiallarında olan sübutlarla, habelə məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin PPXB-nün polis nəfəri-sürücüsü X9 izahatında göstərdi ki, o, 18 noyabr 2024-cü il tarixdə postacı yoldaşı ilə birlikdə Siyəzən rayonun Qalaaltı kəndi yolunda xidmətdə olarkən Şəxs RPŞ-nin İB-nə gətirilməsi barədə məlumat daxil olmuşdur. Bundan bir qədər sonra, həmin ərazidə gördükləri ağ rəngli, “Niva” markalı avtomobilin sürücüsü Şəxs onlara yaxınlaşmış, onlar isə bu barədə RPŞ-yə məlumat verib, həmin avtomobilin arxası ilə hərəkət etmişlər. Siyəzən rayonun ərazisinə yaxınlaşdıqları zaman Şəxs idarə etdiyi avtomobil tərəflərindən saxlanılmış, sonuncuya yaxınlaşaraq, özlərini təqdim edərkən isə, Şəxs avtomobilini qamışlıq ərazi istiqamətində hərəkət etdirmişdir. Bundan sonra, Şəxs idarə etdiyi avtomobilin qarşısını xidməti avtomobil ilə kəsməyə nail olsalar da, sonuncu avtomobilini saxlamayıb, qəza şəraiti yaradaraq yüksək sürətlə avtomobili sürüb oradan uzaqlaşmışdır. Məhkəmə iclasında iştirak edən şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X4 şahid Emin Qəribovun izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid, X5 izahatında göstərdi ki, o, Siyəzən şəhərinin ərazisində yerləşən “Azpetrol” adlı yanacaqdoldurma məntəqəsində işləyir. 21 noyabr 2024-cü il tarixdə, saat 20:00 radələrində Siyəzən rayonun mərkəz deyilən ərazisindən işlədiyi yanacaqdoldurma məntəqəsinə getmək üçün həmin istiqamətdə hərəkət edən Şəxs idarəçiliyində olan “Niva” markalı avtomobilə əyləşmişdir. Bundan sonra, Şəxs idarə etdiyi avtomobil təxminən 1-2 kilometr hərəkət etdikdən sonra, DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman, YPX-i əməkdaşları Şəxs yaxınlaşıb, özlərini təqdim edərkən, sonuncu avtomobildən enib, oradan qaçaraq, uzaqlaşmışdır. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X7 izahatında göstərdi ki, o, 21 noyabr 2024-cü il tarixdə, təxminən saat 20:30 radələrində Siyəzən şəhərinin ərazisində DYPB-nin inspektoru ilə birlikdə xidmətdə olarkən rəhbərlik tərəfindən saxlanılması tapşırılmış “Niva” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb, sürücüsünə saxla işarəsi vermişlər. Bu zaman sürücü Şəxs avtomobilini dərhal saxlasa da, sonuncu inspektorun ona yaxınlaşmasını görüb, avtomobildən enib, qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt, Şəxs avtomobilində əyləşmiş X5 işə getməsi üçün həmin avtomobildə əyləşdiyini, İkramı tanımadığını bildirmiş, habelə sonuncunun avtomobili Elşən Məmmədovun şahidliyi ilə rayon Polis Şöbəsinin cərimə meydançasına aparılmışdır. İşdə olan X6 ərizəsindən və Siyəzən RPŞ-nin İB-nin müstəntiqi X8 raportundan görünür ki, Ramin Əmirov 15 noyabr 2024-cü il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Siyəzən rayonun Qozağacı kəndində yaşayan İkram adlı şəxsin “Siyəzənneft” NQÇİ-nin 1 saylı NQÇS-nin 4 saylı xidmət sahəsində yerləşən Gil-Gilçay yatağından “Siyəzənneft” NQÇİ-nə məxsus olan 1 ədədi 8 düyümlü 5 metr uzunluğunda, 1 ədədi 8 düyümlü 7 metr uzunluğunda və 1 ədədi 10 düyümlü 5 metr uzunluğunda olan metal boruları idarə etdiyi yükləyici ekskavatora oğurluq etməyə cəhd göstərdiyini qeyd etmiş, həmçinin Anar Əmirov 15 noyabr 2024-cü il tarixli raportla şöbə rəisinə müraciət edərək araşdırma aparılması və izahatının alınması üçün İkram adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək, İB-nə gətirilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AZ № 012670 saylı xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, xx xxxx 1997-ci il təvəllüdlü Şəxs 25 noyabr 2024-cü il tarixdə 17:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXMnin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, sözügedən hadisələr ilə bağlı hər hansı bir təzyiq və təsir olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs həmin protokolu imzalamaqla, təqsirini inkar etməmişdir. Bununla yanaşı, Şəxs məhkəmə iclasında izahatında 18 noyabr 2024-cü il tarixdə idarəçiliyində olan avtomobil ilə hərəkətdə olarkən arxası ilə gələn üç avtomobilin polis əməkdaşları olduğunu bilmədiyini qeyd etsə də, 21 noyabr 2024-cü il tarixdə idarə etdiyi avtomobil ilə DYPB-nin əməkdaşları tərəfindən saxlanılarkən, 18 noyabr 2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar saxlanıldığını bildiyini qeyd etməsi, yəni onun uyğunsuz izahatına münasibətdə qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sözügedən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gənc yaşda olması və ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs əməllərində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən onun barəsində məsuliyyəti ağırlaşdıran halların olmamasını, gənc yaşda olması və ilk dəfə inzibati xəta törətməsi kimi yüngülləşdirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, müxtəlif vaxtlarda iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, heç bir yerdə işləməməsini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirini deyil, daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 25 noyabr 2024-cü il tarixdən saat 17:30-dan inzibati qaydada tutulması və buraxılmadan məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.2, 34.4, 40, 43, 48-51, 110, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli tutulduğu 25 noyabr 2024-cü il tarixdən saat 17:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-291/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-291/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver