Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-293/2024 05.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN-in Baş DYPİ-i tərəfindən EQ seriyalı, 24442380 nömrəli protokol əsasında qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında 31 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X3 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyən etdi : X2 şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-in Baş DYPİ-i tərəfindən EQ seriyalı, 24442380 nömrəli protokol əsasında qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında 31 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 3(011)- 5904/2024 saylı qərarı ilə X3 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət vermiş şəxs X4, eləcə də, qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş), idarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmə səbəbləri barədə məlumat, eləcə də işə baxılmasının təxirə salınması haqqında vəsatət verməsə də, şikayətçi Yədulla Şahgəldiyev 02 dekabr 2024-cü il tarixdə məhkəməyə yazılı vəsatətlə müraciət edərək, Bakı şəhərinin Xətai rayonunda qeydiyyatda olmasının və faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşamasının nəzərə alınmasını, inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə inzibati xəta haqqında işin baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli və Azərbaycan Respublikası DİN-in Baş DYPİ-i tərəfindən EQ seriyalı, 24442380 nömrəli protokol əsasında qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında 31 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X3 şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən: Şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Şəxsin olduğu yer” dedikdə isə, onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. İş materiallarında olan X4 məxsus AZE seriyalı, 18460754 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, sonuncu ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, iş materiallarını araşdıraraq hesab edirəm ki, X2 ünvan 2 ünvanında qeydiyyatda olduğundan, sonuncunun vəsatəti təmin edilməli, Azərbaycan Respublikası DİN-in Baş DYPİ-i tərəfindən EQ seriyalı, 24442380 nömrəli protokol əsasında qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında 31 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Yədulla Şahgəldiyevin şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3,129.1.3, və 132.2-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Vəsatət təmin edilsin. X1 Azərbaycan Respublikası DİN-in Baş DYPİ-i tərəfindən EQ seriyalı, 24442380 nömrəli protokol əsasında qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında 31 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-293/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-293/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver