Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-294/2024 29.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Hacıvəliyev Azər Hümmət oğlunun 22 oktyabr 2024-cü il tarixli, EQ 24301611 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə və ona əlavə edilmiş materiala baxaraq, m ü ə y y ə n e t d i m: Hacıvəliyev Azər Hümmət oğlunun 22 oktyabr 2024-cü il tarixli, EQ 24301611 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət, Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 3(060)-2877/2024 saylı qərardadı əsasında inzibati xətanın törədildiyi yer, yəni, Bakı-Quba yolunun 46.5-ci kilometrliyi Siyəzən rayonunun inzibati ərazisi hesab edilməklə, ərazi aidiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, iş materiallarını araşdırıb, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə materialın aidiyyəti üzrə düzgün göndərilmədiyi qənaətinə gəlirəm. Belə ki, işdə olan 22 oktyabr 2024-cü il tarixli, EQ 24301611 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Hacıvəliyev Azər Hümmət oğlu həmin tarixdə yolda müəyyən edilmiş hərəkət surətini 31 km/saat aşdığına görə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan mötəbər sənədlərdən, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya sistemindən götürülmüş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Hacıvəliyev Azər Hümmət oğlu Sumqayıt şəhəri, X2 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 16, mənzil 42 ünvanında qeydiyyatdadır. Belə ki, işdə olan 22 oktyabr 2024-cü il tarixli, EQ 24301611 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən göründüyü kimi inzibati xəta hadisəsi həmin gün, saat 17:55-də Bakı-Quba yolunun 46.5-ci kilometrliyində baş vermişdir. Həmçinin, X1 Hümmət oğlu (fərdi identifikasiya nömrəsi 5DGFR96) Sumqayıt şəhəri, X2 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 16, mənzil 42 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 132.1-ci maddəsinə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsini həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, iş materiallarını araşdıraraq bir daha hesab edirəm ki, inzibati xətanın törədildiyi yer, eləcə də, şikayətçinin qeydiyyat ünvanı Siyəzən rayonunun inzibati ərazisi olmadığına, bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilmiş şikayətə bu məhkəmədə baxılmasına əsaslar yaranmadığına görə X1 Hümmət oğlunun 22 oktyabr 2024-cü il tarixli, EQ 24301611 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olduğu halda, Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilmədən Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən də, belə qənaətə gəlirəm ki, yaranmış fikir ayrılığına görə aidiyyət məsələsinin müzakirəsi edilməsi məqsədilə materiallar Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarına əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Sözügedən Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118,129.1.3, və 132.2-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 Hümmət oğlunun 22 oktyabr 2024-cü il tarixli, EQ 24301611 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət materiallarla birlikdə aidiyyət məsələsinin həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-294/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-294/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver